Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

posted in: Xəbər | 0

Əmək vəzifələrinin kobud pozuntusu halı və işçi hüquqları

işçi hüququİşçi hüququ çox qədim dövrlərədək fərqli formalarda təqdim edilmişdir. Bəşər cəmiyyətinin inkişafı və dövrlərin dəyişməsi işçi hüquqlarının da formalaşmasına təsir etmişdir.

Bu yazımızda işçilər tərəfindən törədilən kobud pozuntular və bu halların hüquqi tənzimlənməsindən bəhs edəcəyik.

Əvvəla qeyd edək ki, bu kimi kobud pozuntular işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas hesab edilir. Buna baxmayaraq işəgötürən həmin əsasla əmək müqaviləsinə xitam verdikdə belə bu pozuntunun onun iş prosesinə zərərini təsdiq etmək öhdəliyi daşıyır. Qanunvericiliyə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işçinin əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə

– müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun

– və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

Göründüyü kimi heç də işəgötürən hər bir halda işçinin əmək vəzifələrini kobud pozuntusu halına istinad edərək əmək müqaviləsinə xitam verə bilməz.


Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)


Əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına aiddir:

– özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

Göründüyü kimi bu əsas özündə işçinin bütün iş gününün müəyyən edilməsini tələb edir. İşçinin bütün iş günü, daha dəqiq desək tam iş günü əmək müqaviləsi ilə müəyyən edilməlidir. Həmçinin işçinin tam iş günü üzrlü səbəb (əmək müqaviləsi, kollektiv müqavilə, müəssisədaxili qaydalar və ya kollektiv sazişlə müəyyən edilir) halında işdə olmaması kobud pozuntuya aid edilmir.

– alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

Qeyd edək ki, bu nüans mütləq qaydada təsdiqini tapmalıdır. Həm aktlaşdırılmalı, həm də mümkün olduğu halda işçinin alkoqol müayinəsindən keçməsi ilə bu hal öz təsdiqini tapa bilər.

– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

Mülkiyyətçi anlayışına istinadən qeyd edə bilərik ki, işçi işəgötürənin mülkiyyətində olan əmlaka, təqsirli anlayışına görə isə qəsdən və ya ehtiyatsızlıqdan zərər vurduqda bu hal kobud ehtiyatsızlıq hesab ediləcək.

– təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

– qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

Bu əsas sırf əmək müqaviləsi üzrə vəzifələrindən irəli gələrək müvafiq sirri saxlamağa görə öhdəlik daşıyan işçilərə şamil edilir.

– əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

Bu halda işəgötürənin qanuni mənafeyinə gətirilən ciddi xələl mütləq qaydada sübut olunmalıdır.

– əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

Bu halda işçiyə ilkin intizam tənbehinin qanunvericiliyin tələblərinə riayət edilməklə verilməsinə diqqət yetirilməlidir.

– iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

Göründüyü kimi heç də hər bir halda işçinin kobud pozuntulara görə əmək müqaviləsinə xitam verilə bilməz.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)

posted in: Xəbər | 0

Pul növündə inzibati cərimə (məbləğlər, tutulma qaydası və gecikdirmə)

Bu yazımızda son günlər aktual hesab edilən inzibati cərimələr mövzusu barədə məlumat verməyə çalışacağıq.

İnzibati cərimə inzibati qaydada hüquq pozuntusu – inzibati xəta törətmiş şəxsin barəsində tətbiq edilir.

Cərimə pul, xətanın obyekti olmuş predmetin dəyəri, vurulmuş ziyanın miqdarı, ödənilməmiş vergi və digər ödənişlərin məbləği formasımda olur.

Pul formasında cərimə aşağıdakı limitlərdə tutulur:

Fiziki şəxslər 5000 AZN-dək

Vəzifəli şəxslər 10 000 AZN-dək

Hüquqi şəxslər 50 000 AZN-dək

İnzibati cərimə barədə səlahiyyətli orqanın qərarı qəbul edildiyi gündən 30 gün, məhkəmənin qərarı isə qəbul edildigi gündən 10 gün keçənədək icra edilməlidir.

18 yaşına çatmayana tətbiq edilən cəriməni onun valideyni yaxud qanuni nümayəndəsi ödəyir.

Cərimə yalnız nağdsız qaydada ödənilir.

Cərimə müəyyən edilmiş müddətdə ödənilmədikdə fiziki şəxslərin əmək haqqı və sair gəlirlərinə, hüquqi şəxslərin bank hesabı və sair hesablarına tutma yönəldilir. Kifayət qədər vəsait olmadıqda iş məcburi icraya göndərilir.

Yol hərəkəti qaydaları əleyhinə tətbiq edilən cərimə 30 gün müddətində ödənilməzsə, hər gecikdirilmiş gün üçün cərimə məbləğinin 1%-i həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulu 2 aydan çox olmayan müddətə tətbiq edilir. Sonrakı müddət üçün nəqliyyat vasitəsinin saxlanması barədə qərar verilir.

Yol hərəkəti qaydaları və ətraf mühitin mühafizəsi əleyhinə olan işlər üzrə cərimə qərar qəbul olunduqdan dərhal sonra yaxu 5 iş günü ərzində ödənilərsə, 10% cərimə məbləğinə güzəşt tətbiq edilir.


Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibin, mühasibat şirkətinin işinin məqsəd və vəzifələri (1-ci hissə)

posted in: Xəbər | 0

Mühasibin, mühasibat şirkətinin işinin məqsəd və vəzifələri (1-ci hissə)mühasibat uçotu

Mühasiblər və mühasibatlıq firmaları – bu, dövlətin agentləridir və ya vergilərin möhtəşəm optimallaşdırıcılarıdırlar? Düzgün seçimi necə etməli?

Çox vaxt mühasibatlıq şirkətlərinin xidmətləri siyahısında indi vergi optimallaşdırılmasını görə bilərsiniz. Bunun üçün mövcud vəziyyət çox əlverişlidir. Bəs vergi optimallaşdırılması mühasibatlığın səlahiyyətinə aiddirmi? Bu suala birmənalı cavab vermək mümkün olmadığından, mən bununla bağlı düşüncələrimi ayrıca bir yazıda ifadə etmək qərarı verdim.

Bir-birinə diametral olaraq iki nöqteyi-nəzər geniş yayılıb

Birinci: mühasib – sizin şirkətdə dövlətin agentidir. O, istisnasız olaraq hər şeyi dövlətin maraqları çərçivəsində edir.

İkinci: istənilən halda vergiləri minimuma endirmək mühasibin vəzifəsidir və əgər şirkət daha çox vergi ödəyirsə, deməli, o, pis mühasibdir.

Fikrimcə, hər ikisi düzdür.

Bəli, mühasibat uçotu və vergi uçotu sahəsində qanunvericiliyə riayət olunmasına nəzarət mühasibin vəzifələrinə daxildir. Amma, bu vəzifənin düzgün nəzərdən keçirilməsi belə olmalıdır: mühasib bunu ilk növbədə şirkətin maraqlarına uyğun olaraq edir! Vergi məsuliyyətinə cəlbetmə riskləri ilə yanaşı, əmlak riskləri də var. Bizneslərdən birində belə bir vəziyyət yaranmışdı.

Anbardar anbardan böyük məbləğdə mal oğurlamışdı. İnventarlaşdırma zamanı hər şeyin üstü açıldı, əməkdaş bunu etiraf etdi. Amma, nəzərdə tutulan rəsmiləşdirilmiş sənədlərin (əmək müqaviləsi, vəzifə təlimatı, tam maddi məsuliyyət haqqında müqavilə) olmasına baxmayaraq, cinayət təqibi sual altında idi.

Müstəntiq malların hərəkətini və malların çatışmazlığını əks etdirən lazımi qaydada tərtib edilmiş ilkin sənədlərin tam dəstini (daxil olma, maddi məsuliyyət, inventarlaşdırma komissiyasının təyin edilməsi haqqında əmr, inventarlaşdırma aktı, çatışmamazlıq haqqında mühasibat arayışı), hətta əməkhaqqı (məni daha çox əməkhaqqı borcunun olmaması haqqında arayış da verməyimiz təəccübləndirdi) və ona görə fərdi mənfəət vergisi və ödənişlər üzrə günahkar bir işçi ilə qarşılıqlı hesablaşmaları tələb etdi. Mühasibatlıq bütün istənilən sənədləri təqdim etdi. Nəticədə anbardar mühakimə olundu.

Mənim tezisim çox sadədir.

Təsərrüfat əməliyyatlarının düzgün qeydiyyatı baxımından qanunvericiliyə əməl edilməməsi, mənafelərin qorunması üçün qanunla nəzərdə tutulmuş mexanizmlərin itirilməsi riski ilə nəticələnə bilər. Məsələn, cinayətkarların cinayət qaydasında təqibi.


Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz



Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Kadr Xidmətləri üçün linkə daxil olun

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşçilərin bədbəxt hadisələrdən sığorta haqqı nə qədərdir?

posted in: Xəbər | 0

Həyat sığortası Vakansiyaİstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Resbublikasının Qanunu ilə tənzimlənir. Mövzunu təhlil edən iqtisadçı ekspert Radil Fətullayev bildirib ki, Qanunun 3.1-ci maddəsinə əsasən, əmək fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər sığorta olunmalıdır:

1. Əmək müqaviləsi və mülki-hüquqi xarakterli müqavilə bağlamaqla işçi işə cəlb edən fiziki və hüquqi şəxslər;
2. İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
3. Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular;
4. Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər;
5. Məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili ödənişli vəzifələrdə işləyənlər (Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları istisna olmaqla);
6. Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər.

Sığorta olunmuş şəxslərə sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən bədbəxt hadisə nəticəsində ortaya çıxan aşağıdakı hallarla əlaqədar sığorta təminatı verilir:

  • Ölüm;
  • Əmək qabiliyyətinin daimi tam itirilməsi;
  • Əmək qabiliyyətinin daimi qismən itirilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi;
  • Əmək qabiliyyətinin müvəqqəti qismən itirilməsi;
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə sığorta haqqı xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı olan şəxslərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanan bir illik əməkhaqqı fondunun sığorta tarifinə hasili əsasında müəyyən edilir.

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri 2 faizdən artıq olmamaq şərtilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. Növbəti təqvim ili üçün sığorta tarifləri cari ilin dekabr ayının 1-dək müəyyən olunmalıdır. Peşə risklərinin dərəcələrini daha aydın şəkildə görmək üçün aşağıdakı cədvələ nəzər yetirək.

İstehsalatda bədbəxt hadisələrə qarşı sığorta olunanların kateqoriyaları üzrə peşə risklərinin dərəcəsinə uyğun tariflər (faizlər):

Peşə riskinin dərəcəsi Sığorta olunanların kateqoriyaları üzrə sığorta tarifi (faizlə)
qulluqçular fəhlələr
1 0,2 0,4
2 0,2 0,5
3 0,2 0,6
4 0,2 0,8
5 0,2 0,9
6 0,3 1,0
7 0,3 1,2
8 0,3 1,4
9 0,4 1,5
10 0,4 1,6
11 0,4 1,7
12 0,5 1,8
13 0,5 1,9
14 0,5 2,0

Qeyd edək ki, müəssisələrin fəaliyyət növləri üzrə peşə riskinin dərəcələri “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında aydın şəkildə öz əksini tapır. Həmin qərarda verilmiş iqtisadi fəaliyyət növlərindən bəzilərini müvafiq peşə risklərinin dərəcləri ilə birlikdə aşağıdakı cədv’əldə görə bilərik.

Risk dərəcələri üzrə bəzi fəaliyyət növləri:

İqtisadi fəaliyyət növü Peşə riskinin dərəcəsi
– Proqram təminatının işlənməsi, bu sahədə məsləhətlər və bununla əlaqədar fəaliyyət;

– Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa);

– Hüquq və mühasibat uçotu sahəsində fəaliyyət;

– İctimai birliklərin (təşkilatların) fəaliyyəti.

I dərəcə
– Avtomobillərin satışı;

– Daşınmaz əmlakla əlaqədar əməliyyatlar;

– Kirayə və lizinq fəaliyyəti;

– Təhsil, səhiyyə sahəsində fəaliyyət;

– Poçt və kuryer fəaliyyəti, sair fərdi xidmətlərin göstərilməsi və s.

II dərəcə
– Geyim istehsalı;

– Nəşriyyat fəaliyyəti;

– Baytarlıq fəaliyyəti;

III dərəcə
– Heyvandarlıq;

– Süd məhsullarının istehsalı;

– Kənd təsərrüfatı sahəsində xidmət göstərilməsi və s.

IV dərəcə
– Un və un məmulatlarının istehsalı;

– Ət məhsullarının istehsalı (emalı);

– İdman sahəsində fəaliyyət və s.

V dərəcə
– Kompüter, elektron və optik məhsulların istehsalı;

– Anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti;

– Kompüterlərin, şəxsi istifadə əşyalarının, məişət mallarının təmiri və s.

VI dərəcə
– Meyvə və tərəvəzlərin emalı və konservləşdirilməsi;

– Şüşə və şüşədən məmulatların istehsalı;

– Metalların emalı və metallara örtük çəkilməsi, maşınqayırmanın əsas texnoloji prosesləri və s.

VII dərəcə
– Rabitə; – Hava nəqliyyatının fəaliyyəti;

– Dəmir yolu vasitəsilə yük daşınması;

– Su nəqliyyatının fəaliyyəti və s.

VIII dərəcə
– Mebellərin istehsalı;

– Yük avtomobil nəqliyyatlarının fəaliyyəti;

– Mebeldən başqa ağacın emalı və ağacdan məmulatların və tıxacın istehsalı; hopdurma və hörmə materialların istehsalı və s.

IX dərəcə
– Məişət cihazlarının istehsalı;

– Elektrik naqillərinin və elektrik şəbəkələri üçün cihazların istehsalı;

– Sair kimyəvi məhsulların istehsalı və s.

X dərəcə
– Sair hazır metal məmulatlarının istehsalı;

– Balıq, xərçəngkimilər və molyuskaların emalı və konservləşdirilməsi və s.

XI dərəcə
– Balıqçılıq;

– Avtomobil, qoşqu və yarımqoşquların istehsalı və s.

XII dərəcə
– Əlvan metalların istehsalı;

– Sement, əhəng və gips istehsalı;

– Koks və təmizlənmiş neft məhsullarının istehsalı və s.

XIII dərəcə
– Bina tikintisi;

– Xam neft və təbii qaz hasilatı;

– Metal filizlərinin hasilatı;

– Mədənçıxarma sənayesinin digər sahələri və s.

XIV dərəcə

Peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq fərqləndirilən sığorta tarifləri aşağıdakı kimi müəyyən edilir:

1. Qulluqçular üçün – 0,2-0,5% arasında;
2. Fəhlələr üçün – 0,4-2,0% arasında.

Sığorta haqqı sığortalı tərəfindən sığortaçıya müqavilə ilinin əvvəlində icbari sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada hissə-hissə və ya birdəfəlik ödənilməlidir. Sığorta hadisəsi baş verdiyi təqdirdə zərər çəkmiş şəxsə sığorta ödənişləri sığortalının itirdiyi bədən üzvlərinin həyati əhəmiyyətinə və əmək qabiliyyətinə təsirlərinə görə sığorta məbləğindən faizlə hesablanır. Sığorta ödənişləri sığorta olunmuş şəxslərə birdəfəlik və ya müntəzəm olaraq ödənilə bilər.

Misal: Tutaq ki, “ABC” tikinti müəssisəsi sentyabr ayında fəaliyyətə başlayaraq 01 sentyabr tarixində 3 nəfərlə əmək müqaviləsi bağlayıb. İşçilərin aylıq əməkhaqqısı aşağıdakı kimidir:

Direktor – 900 manat;
Mühasib – 500 manat;
Fəhlə – 400 manat.

Müəssisə sığorta şirkəti ilə müqavilə bağlayaraq işçilərini bədbəxt hadisələrə qarşı sığortalayıb.
Bədbəxt hadisələrə (BH) qarşı sığorta haqqının hesablanması tələb olunur.

Direktor üçün BH-ə qarşı Sığorta haqqı:
900 x 12 x 0,5% = 54 manat.

Mühasib üçün BH-ə qarşı Sığorta haqqı:
500 x 12 x 0,5% = 30 manat.

Fəhlə üçün BH-ə qarşı Sığorta haqqı:
400 x 12 x 2% = 96 manat.


Mənbə: vergiler.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

1 678 679 680 681 682 683 684 2. 391