» » » Mühasibin, mühasibat şirkətinin işinin məqsəd və vəzifələri (2-ci hissə)

Mühasibin, mühasibat şirkətinin işinin məqsəd və vəzifələri (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Mühasibin, mühasibat şirkətinin işinin məqsəd və vəzifələri (2-ci hissə)

Mühasiblər və mühasibatlıq firmaları – bu, dövlətin agentləridir və ya vergilərin möhtəşəm optimallaşdırıcılarıdır? Düzgün seçimi necə etməli?

Optimallaşdırmaya gəldikdə isə, yaxşı mühasib, şübhəsiz ki, vergilərin hesablanması sahəsində Vergi Məcəlləsini yaxşı bilməlidir və qanunla birbaşa yol verilən vergi qənaətin bütün güzəştlərini və digər metodlarını tətbiq etməlidir. Məsələn, bir işçinin mükafatlandırılmasının bir hissəsini, mümkünsə vergidən azad olunan xərclərin ödənilməsinə keçirmək. Lakin, biznesin strukturlaşdırılması baxımından tətbiq olunan hüquqi strukturları və biznes-proseslərini reinjirinqi (istehsalat-təsərrüfat və maliyyə-iqtisadi fəaliyyətin maksimal effektinə nail olmaq üçün biznes proseslərinin əsaslı şəkildə yenidən nəzərdən keçirilməsi və radikal yenidən layihələndirilməsi müvafiq təşkilati-sərəncamverici və normativ sənədlərlə rəsmiləşdirilməsi) üçün çox vacibdir. Hüquqi sənədlər və menecment mühasibin vəzifəsinə aid deyildir.


Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz


Bundan başqa, əsas funksiya –  təsərrüfat əməliyyatlarının düzgün əks olunmasına nəzarət nəzərə alınmaqla –  yenə də şirkətin maraqlarına uyğun olaraq, mühasib nəzarət orqanlarının iddiaları və əmlak hüquqlarının itirilməsi riskləri baxımından vergi optimallaşdırılması sxemlərini tənqidi qiymətləndirməlidir. Sxemin yaradıcısı isə  – peşəkar vergi məsləhətçisi və ya digər məsləhətçi – mühasibi bu risklərin idarə edilməsinə inandırmalıdır.

Şübhəsiz ki, məsləhətçi sxemin hazırlanmasında bütün nüansları nəzərə almalıdır. Lakin, sxemin etibarlılığı yalnız ona daxil edilmiş ideyalarla deyil, ilk növbədə, onun faktiki həyata keçirilməsi və sənəd dövriyyəsi ilə təmin edilir. Mühasib isə sənəd dövriyyəsinə qarşı tələblərin ciddi şəkildə yerinə yetirilməsinə nəzarət etməlidir. Onun fikirləri icra baxımından vacibdir.

Belə bir analogiya ortaya çıxır. Vergi məsləhətçisi – bu, xəstə olduğumuz zaman qəbula getdiyimiz bir həkimdir. Mühasib isə orqanizmin immun müdafiəsidir (bura hüquqşünas ştatı da daxil edilməlidir, ancaq, mühasibdən fərqli olaraq, heç də hər bir müəssisdə hüquqşünas ştatı olmur) və biz həkim kabinetinin kandarından keçdiyimiz andan fasiləsiz olaraq sağlamlığa nəzarət edir. Güclü immun müdafiəsi aqressiv optimallaşdırma sxemlərini rədd etməlidir, çünki onlar şirkətin vergi və əmlak təhlükəsizliyinə ciddi şəkildə təsir göstərirlər.

Qeyd:

  1. Mühasibat uçotu və vergi uçotu sahəsində qanunvericiliyə riayət olunması mühasibatın ən mühüm funksiyasıdır ki, bu da ilk növbədə şirkətin özünə lazımdır, bundan sonra da dövlətə lazımdır.
  2. Vergi qanunvericiliyi ilə birbaşa Sizin biznesiniz üçün icazə verilmiş vergi qənaəti metodlarının tətbiqini mühasibə həvalə etmək olar və lazımdır.
  3. Biznesin qurulmasını, o cümlədən vergi optimallaşdırılması məqsədilə peşəkar vergi məsləhətçilərinə etibar etmək lazımdır. Bu prosedur xüsusi səlahiyyətlər tələb edir.


Teleqram qrupumuza üzv olun



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Kadr Xidmətləri üçün linkə daxil olun

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun