» » » Ekosistemlərin nüvəsi (1-ci hissə)

Ekosistemlərin nüvəsi (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

Ekosistemlərin nüvəsi (1-ci hissə)

süni zəkaRəqəmsallaşdırma bank sektorunu necə dəyişdi

Hazırda bir çox adamlar taksini küçədən tutmur, mobil əlavədən sifariş verirlər, marşrutu kağız xəritədən deyil, naviqatorun köməyi ilə öyrənirlər. Mənzil-kommunal xidmətlərin ödənişini banklarda etməyi də demək olar ki, yaddan çıxarmağa başlamışıq, çünki həmin ödənişləri küçələrdə qurulan terminallar və ya smartfonların mobil əlavələri vasitəsilə həyata keçirmək mümkündür.

Rəqəmsal transformasiya son bir neçə il ərzində istisnasız olaraq biznesin bütün sahələrinə toxunub, istehlakçıda isə bir çox şeyləri onlayn yerinə yetirmək vərdişləri yaranıb. Bu yenilik hələ pandemiyadan xeyli əvvəl formalaşmışdı – koronovirus bütün iqtisadiyyatın,  – ilk növbədə isə maliyyə sahəsində – rəqəmsallaşdırmanı yalnız sürətləndirib.

Kütləvi auditoriyaya istiqamətlənmiş mobil bank tətbiqləri gündəlik həyatımızı daha rahat edir və bu, banklara nə üçün lazımdır.

Dünya liderləri sırasında

İnternetin sürətli inkişafı son on il ərzində biznes üçün yeni imkanlar açmış və onlayn-ticarət və bank sektorunu stimullaşdırmışdırıb. Cəmi üç onillik yaşı olan Rusiya bank sektorunda aşkar üstünlüklər yaranmışdır: onun inkişafının ən fəal mərhələləri rəqəmsallaşdırma dövrünə təsadüf edir, buna görə müasir texnologiyaların əsas biznes proseslərinə inteqrasiyası erkən mərhələlərdə baş vermişdir.


Ekosistemlərin nüvəsi (2-ci hissə)


Rusiya hələ 2019-cu ildə ödənişlərin daha çox ağıllı cihazlardan istifadə edildiyi TOP-5 Avropa ölkələrinin top-beşliyinə daxil olub və rəqəmsal pul kisəsindən istifadə edilən əməliyyatların həcminə görə bölgənin ən böyük bazarına çevrilib. 2018-ci illə müqayisədə ölkədə bankların onlayn xidmətlərindən istifadə edən müştərilərin sayı 1,5 dəfədən çox artmışdır.

Koronavirus bank sektorunun rəqəmsallaşdırılması prosesini sürətləndirdi. “Deloitte” beynəlxalq şəbəkəsi tərəfindən hazırlanmış kommersiya banklarının rəqəmsallaşdırılmasına dair son beynəlxalq araşdırmanın müəllifləri də bununla razılaşırlar. Onların fikrincə, hazırda Rusiya bankları xidmətlərinin rəqəmsallaşdırılmasına görə dünya liderləri arasındadır və Rusiyada bank xidmətlərindən istifadə artmaqdadır və qlobal göstəriciləri üstələyir.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun