» » » Bəşəriyyət işçi qüvvəsinin ən miqyaslı böhranı ilə üzləşib

Bəşəriyyət işçi qüvvəsinin ən miqyaslı böhranı ilə üzləşib

posted in: Xəbər | 0
birbank biznes

iqtisadi böhranDünyanın əksər şirkətləri 2021-ci ildə yeni əməkdaşların işə götürülməsində çətinliklərlə qarşılaşıblar. İşəgötürənlərin üçdə ikisi işçi qüvvəsi böhranı ilə qarşılaşıb: onlar namizədlərin çatışmazlığı ilə üzləşiblər, ManPowerGroup beynəlxalq kadrlar korporasiyasının yeni tədqiqatı bunu üzə çıxarıb.

Analitiklər 43 ölkədən olan 45 min şirkətin kadrlar şöbəsinin əməkdaşları arasında sorğu aparıb. Onlardan 69 faizi 2021-ci ilin üçüncü rübündə vakansiya yerlərini doldurmaqda çətinlik çəkiblər. Bununla yanaşı Avropa və Şimali Ameikadan olan 15 ölkə 1962-ci ildən bəri ilk dəfə böyük sayda vakant iş yerlərinin qaldığını xəbər verib. ManPowerGroup əmək bazarındakı cari vəiyyəti son 15 il ərzində ən genişmiqyaslı böhran kimi qiymətləndirib.

Bununla yanaşı, sorğulanan ölkələrdəki bütün şirkətlər qeyd ediblər ki, işçi qəbul etmək 2020-ci ilin son üç ayı ilə müqayisədə bir qədər asanlaşıb. Analitiklərin proqnozuna görə, 2021-ci ilin üçüncü rübündə əmək bazarı ən çox ABŞ-da (25 faiz), Tayvanda (24 faiz) və Avstraliyada (17 faiz) yüksələcək. Ən az vakansiyalar isə Argentinada (1 faizə yaxın) Panama, CAR-da müşahidə ediləcək, Honkonqda isə ümumiyyətlə yeni iş yerləri olmayacaq. Bundan əlavə, 43 ölkədən 42-də işəgötürənlər əməkdaşların maşlarını qaldırmağa hazır olduqlarını bildiriblər.

“Davam edən kadr çatışmazlığı o deməkdir ki, şirkətlər pandemiyanın nəticələrindən iqtisadiyyatın bərpası şəraitində uğurla işləmək üçün əməkdaşları qoruyub saxlamalı və onlara zəruri bacarıqları öyrətməlidirlər”, –  ManPowerGroup-un baş direktoru Yonas Prizinq bəyan edib.

Respondentlərin 40 faizə yaxını personalın təhsili ilə aktiv şəkildə məşğul olduqlarını qeyd ediblər. Elə bir o qədər şirkət işçilərinə çevik iş qrafiki təqdim edir, işəgötürənlərin demək olar ki, üçdə biri isə maaşları qaldırdıqlarını xəbər veriblər. Bəzi şirkətlər müqavilələrin imzalanmasına görə bonuslar və daha uzunmüddətli məzuniyyətlər vəd ediblər. Bir qayda olaraq, işçilərin cəlb edilməsi üçün stimullar şirkətlərin sahəsindən asılıdır. Məsələn, maliyyə sahəsindən olan özünüinkişaf kursları və qismən “məsafədən” işləməyi təklif edirlər, istehsal sahəsindən olan şirkətlərdə isə əməkdaşları daha yüksək əməkhaqqı və çevik iş qrafiki ilə cəlb edirlər.

İşçilərin çatışmazlığı artıq bir çox ölkələrin əsas sənaye sahələrinə zərbə vurub. Böyük Britaniyada yük maşınlarının sürücüləri və anbar işçilərinin çatışmazlığı üzündən ərzaq böhranı yaşanır. Yükləri daşımağa və məhsulların saxlanılmasını izləməli olan işçilər çatışmadığından, mağazaların rəfləri boş qalmaq riski ilə üzləşib.

ABŞ-da isə yolların çəkilişi üçün ixtisaslı işçi heyətinin, metro işçiləri və texniki xidmət üzrə əməkdaşlarının qıtlığı, prezident Co Baydenin infrastrukturun inkişafı üzrə trilyon dollarlıq planını poza bilər.



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun