İnflyasiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırq.

  • Məlum olduğu kimi, müharibə çox xərc aparan bir hadisədir. Belə ki, 1923-cü ilin noyabr ayında Almaniyada birinci dünya müharibəsinə çəkilən hərbi xərcləri hesablamaq barədə qərar qəbul edilib. Sən demə, müharibə keçmiş imperiyaya 15,4 pfenninqə başa gəlibmiş. Çünki bunun nəticəsi olaraq reyxin pul vahidi olab marka, inflyasiya nəticəsində həmin dövrlə müqayisədə trilyon dəfə ucuzlaşıbmış! Təxminən hər 49 saatdan bir qiymətlər iki dəfə yüksəlirmiş, inflyasiya isə illik  göstəricilər üzrə 3,25×106 faiz həcmində baş verirmiş. 1923-cü il inflyasiyası Almaniyada ona gərib çıxarmışdı ki, bir amerikan dollarına 4,7 trilyon marka pul verirdilər.
  • 1944-cü il Yunanıstan üçün heç də sevindirici il olmayıb. Həmin vaxt inflyasiya 8,55×109% (hər 28 saatdan bir qiymətlər ikiqat qalxıbmış) təşkil edib.
  • 1993-cü ilin oktyabrından 1994-cü ilin yanvar ayına qədər Yuqoslaviyada hiperinflyasiya yaşanıb – qiymətlər hər 16 saatdan bir ikiqat yüksəlib. İnflyasiya isə ildə 5×1015% təşkil edib.
  • Türkiyə də inflyasiya sahəsində  fərqlənən ölkələr sırasında yer alan dövlətlərdən olub. Belə ki, 2001-ci ildə 1 ABŞ dolları 1mln 650 min türk lirəsinə dəyişdirilib. 2004-cü ildə Türkiyə parlamenti dövriyyəyə yeni türk lirəsi buraxmaq barədə qərar qəbul etdi. 2005-ci ilin əvvəlindən dövriyyəyə buraxılan yeni türk lirəsi 1 000 000 keçmiş türk lirəsinə bərabər oldu.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Latviyada saxta şirkətlərin fəaliyyəti qadağan ediləcək

posted in: Xəbər | 0

Latviyanın Baş naziri, Maliyyə Sektorunun İnkişafı Şurasının sədri Maris Kuçiniskis  ölkədə saxta şirkətlərin fəaliyyətinə qadağa qoyan qərarı dəstəklədiyini bəyan etmişdir. Onun açıqlamasına əsasən, bu məsələyə   hökumət  aprelin 3-də, Latviya Seymi isə aprelin 8-də baxacaq.

Gözlənildiyinə görə, qarşıdakı altı ay ərzində banklar mənşəyi məlum olmayan şirkətlərlə işgüzar münasibətlərini tam dayandırmalıdırlar. Bu cür şirkətlərdən müxtəlif qanunsuz maliyyə əməliyyatlarında, eləcə də çirkli pulların yuyulmasında istifadə edilir.  Onlar offşor hesablardan və digər fırıldaq mexanizmlərindən də yararlanırlar.

Maliyyə naziri xanım Dana Reyzniyetse-Ozola qeyd etmişdir ki, nəzərdə tutulan qadağanın əsas məqsədi ölkənin maliyyə sektorunda sabitliyin, etibarlılığın və uzunmüddətliliyin təmin edilməsidir. Maliyyə sektoru risklər yaratmaq əvəzinə, iqtisadiyyatın inkişafına kömək etməlidir. Onun sözlərinə görə, bu sahədə tədbirlər planı hazırlanarkən Maliyyə Nazirliyindən, Banklar Assosiasiyasından  və digər aidiyyəti qurumlardan alınmış rəy və təkliflər nəzərdən keçirilmişdir. Tədbirlər planında ölkənin bank sisteminin nizama salınmasına xüsusi diqqət yetirilmişdir.

Maliyyə və Kapital Bazarı Komissiyasının sədri Peters Putninşin açıqlamasında isə qeyd edilmişdir ki, banklara öz gələcək fəaliyyətlərinin strateji planlarını hazırlamaq üçün on gün vaxt verilmişdir.  Bu müddət ərzində banklar saxta şirkətlərə xidmət göstərməkdən imtina etməklə üzləşəcəkləri ziyanın əvəzini nə ilə dolduracaqları ilə bağlı da məlumat verməlidirlər. Komissiyanın məlumatına əsasən, Latviya banklarının müştəriləri arasında iyirmi mindən artıq saxta şirkət vardır ki, onların da üçdə ikisi ölkə ərazisində qeydiyyata alınmışdır.  Həmin şirkətlərin Latviyanın bank təşkilatlarının kredit dövriyyəsindəki xüsusi çəkisi 36,57 faiz təşkil edir. Xarici müştərilərin isə 44,5 faizi bu bankların payına düşür.

Hökumət bankların gələcək fəlaiyyəti ilə bağlı öz mövqeyini açıqlayandan sonra Latviyanın nüfuzlu «Rietmumu» bankı offşor qurumların açdıqları hesablarla əlaqələrin dayandırılması barədə məlumat yaymışdır. Bank öz mövqeyini elə əsaslandırmışdır ki, «yeknəsək risk yaradan» müştərilərlə əməkdaşlıqdan imtina etmək qərara alınmışdır.

Mətbuatın yazdığına görə, artıq offşor şirkətlərin hesabları bağlanmışdır. Bu hesablara giriş əldə etmək üçün offşor şirkətin benefisiarlarını açıqlamaq və onların pul vəsaitlərinin haradan gəldiyi barədə məlumat vermək lazımdır. Şərtlərdən biri də işgüzar tərəfdaşlar, həmçinin onlarla tanışlığın şərtləri barədə məlumatın verilməsidir. Ekspertlər hesab edirlər ki, bu addımın atılması sayəsində offşor yurisdiksiyaları mənasını itirərək lazımsız bir şeyə çevriləcək.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Kapital Bank’da vakansiya

posted in: Audit, Bank, İş elanı, Xəbər | 0

Kapital Bank namizədləri Daxili Audit Departamentinin Baş auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

  • Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək
  • Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak
  • Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.

Öhdəliklər

  • İllik Audit Planına əsasən həyata keçirilən audit layihələrində qrup üzvü/rəhbəri kimi iştirak etmək
  • Audit layihələrinin həyata keçirilməsi üzrə planı hazırlanmaq və həyata keçirmək
  • Layihədə iştirak edən qrup üzvlərinin işinə nəzarət və onların peşəkar inkişafını təmin etmək
  • Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək və rəy formalaşdırmaq
  • Audit layihələri üzrə hesabatlarının düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlamaq

Tələblər

  • Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil
  • Bank sahəsində minimum 5 illik və ya audit sahəsində minimum 3 illik  iş təcrübəsi
  • Bank qanunvericiliyi və fəaliyyəti barədə nəzəri və praktiki biliklər
  • Ünsiyyətqurma və təhlil qabiliyyəti
  • Mükəmməl yazı bacarığı
  • Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri

Maraqlanan namizədlər bu linkə daxil olaraq CV-lərini göndərə bilər.

Mənbə: kapitalbank.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

3000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifənin adı: Baş Mühasib

Ümumi müddəalar:

  • Baş mühasib menecer kateqoriyasına aiddir.
  • Baş mühasib Maliyyə Direktorunun tabeliyində çalışır.
  • Baş mühasibin işə qəbul edilməsi və işdən azad edilməsi  mövcud qanunvericilik əsasında  həyata keçirilir.
  • Baş mühasib Azәrbaycan, rus və ingilis dillərini bilməli. Ali təhsilli, mühasibat uçotu, iqtisadiyyat, maliyyə ixtisasına malik olmalıdır. Beynəlxalq şirkətdə, mühasibat/maliyyə şöbəsində 2-3 il iş təcrübəsinə malik olmalı.

Əsas öhdəliklər

  • MS Office-yüksək səviyyədə;
  • Smart Bank proqramını bilməli;
  • Baş Mühasibat və maliyyə sahəsində ən az 3 il təcrübə;
  • Yuxarı maliyyə və nəzarət-təftiş orqanlarının mühasibat uçotunun təşkil edilməsi, hesabatların tərtibatı, sualları haqqında sərəncam, əmr, qərar, digər idarəedici, metodik və normativ materiallarını, həmçinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini bilməli;
  • Mülki, malliyyə, vergi və təsərrüfat qanunvericiliyin bilməli;
  • Müəssisənin strukturunu, strategiyasını və inkişaf etmə perspektivlərini bilməli ;
  • Mühasibat uçotunun müəssisədə təşkili haqqında əsasnaməni, təlimatları və onun aparılma qaydalarını bilməli;
  • Əməliyyatların rəsmiləşdirmə qaydaları və uçot sahələri üzrə sənəd dövriyyəsinin təşkilini bilməli;
  • Maliyyə hesablaşmalarının forma və qaydalarını bilməli;
  • Maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlili metodlarını, daxili təsərrüfat rezervlərinin üzə çıxarılmasını;
  • Pul vəsaitlərin, əmtəə-material dəyərlilərin qəbulu, mədaxili, saxlanılması və xərclənməsi qaydalarını;
  • Kreditor və debitorlarla hesablaşma qaydalarını;
  • Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtlərini, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinmə qaydalarını ;
  • Pul vəsaitlərin və əmtəə-material dəyərlilərin inventarizasiyanın keçirilmə qaydalarını;
  • Mühasibat balansı və hesabatlarının tərtib olunma qayda və müddətlərini bilməli;
  • Müasir hesablama texnikaların və onları mühasibatl uçotu işində istifadə etmə mümkünlüyünü;
  • MS Office və 1 C proqramından yüksək səviyyədə istifadə edəbilmə;
  • Peşəkar bilik və bacarıq;
  • Analitik düşünmə qabiliyyəti;
  • Səmərəlilik və təşəbbüskarlık qabiliyyəti;
  • İşə yüklənmə qabiliyyəti;
  • Dəqiqlik və səliqəlik qabiliyyəti;
  • İşin yüksək tempi və həcminə tab gətirmək qabiliyyəti;
  • Birgə iş/ komandada işləmə qabiliyyəti;
  • Planlaşdırma, koordinasiya qabiliyyəti;
  • Qətiyyətlilik qabiliyyəti;
  • Yeni ideyaları qəbul etmə qabiliyyəti;
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu;
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
  • Yuxarı maliyyə və nəzarət təftiş orqanlarının mühasibat uçotunun təşkili və hesabatların tərtibatı haqqında sərəncam, əmr, qərar, metodik və normativ materiallarını bilməli;

İş qrafiki: 5 günlük
İş yeri: Bakı şəhəri

Əmək Haqqı: 3000 AZN

Son müraciət tarixi: 10 Aprel, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi anar83.bayramov@gmail.com ünvanına göndərin.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az