Vergi orqanları tərəfindən işçi sayı və əmək haqlar barədə məlumatların dəqiqləşdirilməsi

posted in: Vergi, Xəbər | 0

Vergi ödəyicisinin işçi sayı və hesablanmış əmək haqqı ilə bağlı vergi orqanına təqdim etdiyi ƏDV, sadələşdirilmiş vergi və Muzdlu işlə ələqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində kameral vergi yoxlanması zamanı kənarlaşmalar aşkar edildikdə vergi ödəyicilərinə uyğunsuzluq məktubları göndərilir. Bu uyğunsuzluqlar əsasən aşağıdakı hallar üzrə yaranır:

  • “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “işçi sayı” və “gəlirin məbləği” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “bildiriş” bazasında qeyd edilmiş “işçi sayından və gəlir məbləğindən” az göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Ay təsnifatı” bölməsində göstərilən “işçi sayı” rəsmiləşdirilmiş son operativ vergi nəzarəti tədbiri nəticəsində müəyyənləşdirilən “işçi sayı”ndan az göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “2 nömrəli Əlavəsi”ndə aylar üzrə göstərilmiş işçilərin sayı “Sadələşmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində aylar üzrə göstərilmiş işçilərin sayından fərqli göstərildikdə.
  • “ƏDV və Sadələşdirilmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş “işçilərin sayı və gəlirin məbləği” müvafiq il üçün təqdim edilmiş illik Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin “2 nömrəli Əlavəsi”ndə aylar üzrə qeyd edilmiş işçilərin sayından və gəlirin məbləğindən fərqli göstərildikdə.
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar hesablanmış gəlirin ümumi məbləği” sətrindəki məbləğ ilə həmin bəyannamənin “Hesabat dövrünün 1-ci, 2-ci və 3-cü aylarında muzdlu işlə əlaqədar hesablanmış gəlirin məbləği” sətirlərindəki cəmi məbləğə bərabər olmadıqda.
  • İl üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “2 nömrəli Əlavəsi”ndə hesabat dövrünün aylarında muzdlu işlə əlaqədar gəlir məbləği olmasına baxmayaraq, həmin ilin Rübü üzrə “Sadələşmiş verginin bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində hesabat dövrünün aylarında muzdlu işlə əlaqədar gəlir məbləği göstərilmədikdə.
  • Hesabat dövrü ərzində müvafiq orqandan əcnəbi və vətəndaşlığı olmayan şəxs (şəxslər) üçün iş icazəsi alınmasına baxmayaraq təqdim edilmiş “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” və “Ay təsnifatı” bölməsində xarici fiziki şəxslər üzrə işçi sayı göstərilmədikdə.
  • Hesabat dövrü ərzində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə “Fərqlənmə nişanı” əldə edilməsinə baxmayaraq təqdim edilmiş “ƏDV, Sadələşdirilmiş verginin və Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin “Muzdlu işlə əlaqədar vergi” bölməsində göstərilmiş işçi sayı az göstərildikdə.
  • “Aksiz vergisi bəyannaməsi”ndə və “Mədən vergisinin bəyannaməsi”ndə aylar üzrə gəlir göstərilməsinə baxmayaraq, həmin dövrlər üzrə təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ndə işçilərə əmək haqqı hesablanmadığı göstərildikdə.

Qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmaqla müvafiq dövrlər üzrə vergi ödəyicisi tərəfindən vergi orqanına dəqiqləşdirilmiş bəyannamə və zəruri olduğu təqdirdə bu kənarlaşmanın yaranması səbəbini göstərən izahlı məktub təqdim edilməlidir. Həmin uyğunsuzluqların aradan qaldırılması ilə bağlı suallar yarandıqda Vergilər Nazirliyinin 195- 1 Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər.

Vergi ödəyicisinə göndərilmiş uyğunsuzluq məktublarında qeyd edilən sənədlər göstərilən müddətədək təqdim edilmədiyi halda vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi öhdəlikləri yenidən hesablanır.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

posted in: Maliyyə, Xəbər | 0

Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Bu barədə nazirliyin QHT-lərə müraciətində bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş və normativ hüquqi akt Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.

“Adı çəkilən qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatlarınız 30 gün müddətində Maliyyə Nazirliyinə təqdim edilməlidir. Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq proqramı hazırlanıb. www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron qaydada hesabatlarınızı təqdim edə bilərsiniz.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonu ilə müraciət edə bilərsiniz:

Telefon: (012) 404 46 99, daxili nömrələr – 129 Sevinc Məmmədova, 282 Elnarə Kazimova, 469 Günay Mamedova”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (11-ci addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

11-ci addım

Qiyməti ƏDV ilə birlikdə və ƏDV olmadan bilmək. Faktura hesabını, həmin sənədin xarakteristikasını bilmək.

Bütün vergilər hər ay, rüb və il başa çatdıqdan sonra ödənilir. Gəlirdən vergini hesablamaq üçün mühasibatlıq öncə müəssisənin gəlirini müəyyən etməlidir. Əmlak vergisini hesablamaq üçün mühasibat şöbəsi ilk növbədə müəssisənin əmlakının dəyərini müəyyən etməlidir. Fərdi mənfəət vergisini, eləcə də sosial vergini hesablamaq üçün mühasibat şöbəsi hər bir əməkdaşın gəlirini müəyyən etməlidir. Bu hesablamaların hər biri – çox ciddi bir məsələdir. Lakin, bu yalnız  müəssisə mühasibatlığı çərçivəsində baş verir.

Əlavə dəyər vergisi – tamamilə başqa bir şeydir. Əlavə dəyərə hesablanan vergi adətən qısaca – ƏDV adlandırılır. ƏDV-nin hesablanması üçün ayrı bir sənəd var – faktura hesabı.

  • əmtəənin ƏDV-siz qiyməti;
  • ƏDV vergi tarifi;
  • ƏDV məbləği;
  • ƏDV ilə malların qiyməti.

Malları göndərən müəssisədə faktura tərtib edilmiş fakturalar kimi qeyd olunur və malları alan müəssisədə isə faktura, alınan fakturalar kimi qeyd olunur.

Mağazada adi bir alıcıya mal satılan zaman faktura yazılmır, orada kassa çeki vurulur, burada ƏDV məbləği göstərilir. Faktura kompüter proqramı tərəfindən verilir.

“ƏDV olmadan” bir qiymət və ƏDV daxil başqa bir qiymət var. ƏDV-nin məbləğini müəyyən etmək üçün, bütün məbləği ƏDV-dən 1,18 (ƏDV dərəcəsi ilə 18%) bölməlisiniz və siz ƏDV olmadan qiyməti alacaqsınız. Sonra bu məbləği 18% artırın və ƏDV məbləğini əldə edin. Məsələn: ƏDV ilə birlikdə 140 minlik məbləğdir. Məbləği ƏDV nəzərə alınmadan və ƏDV məbləğini müəyyən etmək lazımdır.

Müəyyən edirik: 140.000 / 1.18 = 118.644 ƏDV olmayan məbləğdir. Sonra 125.000 x 18% = 22.500 bu, ƏDV məbləğidir.

ƏDV-siz 125 000 məbləği, ƏDV ilə birlikdə nə qədər olacaq?Müəyyən edirik: 125 000×1,18 = 147.500

Məqalənin əvvəlki hissəsini (10-cu hissəni) bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergi orqanları ilə bağlı lətifələr

posted in: Məqalə, Vergi, Xəbər | 0

Yeni ruslardan biri ekzotik adada sahildə əyləşib istirahət edir. Sahilə yaxın sularda bir butılkanın üzdüyünü görür… Tez butılkanı qapıb alır və qapağını açır və oradan Cin çıxır – “Mən sənin istənilən arzunu yerinə yetirməyə hazıram!” Yeni rus:

  • İyirmi beş mərtəbəli villa istəyirəm, beş göyərtəli, dəniz layneri kimi yaxta istəyirəm, yaxtanın lövbər salması üçün liman da şəxsən, mənə məxsus olsun…

Cin onun bütün əmrlərini yerinə yetirir, amma deyir:

  • Bütün bunlar sənin olacaq. Harda istəyirsən gəz, nə istəyirsən et, al, bu da səndən ötrü pulla dolu bir neçə otaq… Lakin, bu kiçik otağa nəbadə daxil olasan… Heç vaxt bura girmə…

Yeni rus hər şeydən yorulur və fikrə dalır, “görəsən, bu kiçik otaqda axı nə ola bilər? Bəlkə orada almazlar və ya başqa şeylər var?” … Otağın qapısını açır… orada isə…. VERGİ MÜFƏTTİŞİ…

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az