Vergilər Nazirliyi: Bəzi sahibkarlar POS-terminal işlətməkdən imtina edir

posted in: Xəbər | 0

“Hazırda Azərbaycanda böyük otellərin, ticarət və ictimai iaşə müəssisələrinin hamısında POS-terminallar var”.

Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bəzi kiçik müəssisələr POS-terminal işlətməkdən imtina edir: “Doğrudan da kiçik otellərdə, kiçik turist obyektlərində, mağazalarda bu və yaxud digər bəhanələri əsas gətirərək deyirlər ki, POS-terminal yoxdur. Amma axtaranda piştaxtanın altında tapılır. Bu, işləməlidir. Görünür ki, qanunvericilik baxımından bu barədə düşünülməlidir. POS-terminaldan imtinaya görə müəyyən tələblər qoyulmalıdır”.

Nazir müavini son illər POS-terminalların sayının azalmasına da münasibət bildirib: “Bu, bank sektorunda baş verən dəyişikliklə bağlıdır. Bağlanan banklar oldu, başqa suallar ortaya çıxdı. Amma bu məsələ tədricən yoluna düşəcək. Nağdsız heaablaşmalara keçməyin alternativi yoxdur. Əgər kimsə geriyə qayıdış olacağını fikirləşirsə, yanılır. Bu, mümkün deyil. Dünya bir istiqamətdə gedir və biz onun əksinə gedə bilmərik və getməyəcəyik”.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycan və Qırğızıstanın audit qurumları arasında əməkdaşlıq sazişi imzalana bilər

posted in: Audit, Xəbər | 0

Azərbaycan Qırğızıstana audit qurumları arasında əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsi məqsədi ilə ikitərəfli əməkdaşlıq üzrə sazişin imzalanmasını təklif edib.

Belə bir təkliflə Qırğızıstanda və Rusiyada səfərdə olan Azərbaycanın Hesablama Palatasının nümayəndə heyəti çıxış edib.

Qırğızıstana səfərin məqsədi ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, eləcə də iki qurum arasında müvafiq sahələr üzrə bilik və təcrübə mübadiləsinin gələcək istiqamətlərini müəyyən etməkdən ibarət olub.

Nümayəndə heyətinin səfərinin növbəti hissəsi Moskva şəhərində Rusiya Federasiyası Hesablama Palatası tərəfindən keçirilmiş büdcə prosesi, metodologiya və ictimaiyyətlə əlaqələr və informasiya mövzusunda keçirilmiş seminarda iştirakla bağlı olub.

Seminarın sonunda Azərbaycan və Rusiyanın Hesablama Palataları arasında gələcək əməkdaşlıq əlaqələri gücləndirilməsi və inkişafı məsələləri ətraflı şəkildə müzakirə edilib.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Allen Carr – Dünyanı dəyişən mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Dünyada vaxtilə mühasib işləmiş, lakin sonra ömrünü bundan daha faydalı işlərə sərf etmiş insanlara az-az rast gəlmək olur. Onlardan biri də ingilis Allen Carr-dır.

Allen Carr 1934-cü il sentyabrın 2-də Londonda anadan olub. 18 yaşının tamamında bütün gənclər kimi o da ordu sıralarında xidmətə çağırılır və elə ordu sıralarında xidmət zamanı siqaret çəkmək kimi bir zərərli vərdişə düçar olur. Ordudan tərxis olunduqdan sonra Allen Karr mühasiblik peşəsi üzrə təhsil alır və elə bu peşə üzrə də əmək fəaliyyətinə başlayır. Londonda adi həyat sürməyə başlayır.

Hər şey ondan ötrü 1983-cü ilin iyulun 15-dən kəskin şəkildə dəyişir. Otuz illik siqaret çəkmə stajından və onu tərgitməklə bağlı bir neçə uğursuz cəhddən sonra o, nəhayət sözügedən ilin 15 iyul tarixində siqareti atır. Onun həyatını da elə kəskin şəkildə dəyişdirən, məhz bu amil olur. O, siqaretdən necə can qurtarmağın yolları ilə bağlı öz təcrübəsini həmin zərərli vərdişi davam etdirməkdə olan insanlarla bölüşmək qərarı verir. Siqaretlə mübarizə aparmağın carçısına çevrilən Allen öz metodikasından yararlanmaqla “Siqareti atmağın ən yüngül üsulu” adlı məşhur kitabını yazır. Bununla kifayətlənməyən bu yorulmaz şəxs “Yüngül üsul” adlı (“Easy Way”) beynəlxalq klinikalar şəbəkəsi yaradır. Həmin andan başlayaraq yəni, metodun siqaret çəkənlər arasında populyarlaşdırılması üzərində çalışmalara başlayır. Həmin metodun effektivliyi özünü çox gözlətməyib. Allen Carr-ın metodundan istifadə etməklə dünyanın müxtəlif yerlərində on minlərlə insan həmin zərərli vərdişdən can qurtara bilib. Maraqlıdır ki, keçmiş mühasib, təkcə siqaretə qarşı mübarizə aparmayıb. O, həm də öz metodunun alkoqol asılılığından xilas olmağa da kömək etdiyinə əmin olduğundan, adamların spirtli içki asılılığından xilas olması sahəsində də böyük nailiyyətlər əldə edə bilir. Bunun ardınca isə o, artıq çəkidən əziyyət çəkən insanlara kömək etməyə başlayır. Carr-ın metodu daha çox psixoloji amillərə söykəndiyindən istənilən zərərli vərdişləri önləməkdə həqiqətən də insanlara çox kömək edir.

2006-cı ilin iyun ayında həkimlər Carr-ın ağ ciyər xərçəngi xəstəliyinə tutulduğunu aşkar edirlər və ona 9 ay ömrü qaldığını bildirirlər. Lakin, Carr heç 9 ay da yaşaya bilmir. O, 2006-cı il noyabrın 29-da İspaniyanın Malaqa şəhərində vəfat edir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işə cəlb edilmiş işçilərə görə məsuliyyət tədbirləri

posted in: Xəbər | 0

İşəgötürənlər tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşağıda qeyd edilən qanunvericiliklərlə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki,

Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə görə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllərin təkrar törədilməsi isə 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Qeyd: Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Şəxs bu qeyddə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir.

İşəgötürən öz fəaliyyəti ilə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə, cərimə və sanksiyalara məruz qalmaması üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməli, müəyyən edilmiş qaydada əmək müqavilələrinin rəsmiləşdirilməsini təmin etməlidir.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az