Vergi orqanları işçilərinin yeni aylıq vəzifə maaşları təsdiqlənib
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 124
Bakı şəhəri, 30 mart 2018-ci il
Azərbaycan Respublikasının vergi orqanları işçilərinin
aylıq vəzifə maaşları və “Azərbaycan Respublikasının
vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il
4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik,edilməsi
haqqında
“Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamının 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə müvafiq qaydada bu qərarın 1-3 nömrəli əlavələrinə uyğun olaraq təsdiq edilsin.
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.
3. Bu qərarın 1-4 nömrəli əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.
5. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.
6. “Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 187; 2017, № 3, maddə 477) 1-5-ci hissələri ləğv edilsin.
7. Bu qərar 2018-ci il martın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Aparatının işçilərinin aylıq vəzifə maaşları
|
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Aparatın rəhbəri | 1111 |
| 2. | Aparatın rəhbərinin müavini | 1034 |
| 3. | Departamentin baş direktoru, təminedici idarənin və şöbənin (mərkəzin) direktoru | 979 |
| 4. | Departamentin baş direktorunun, təminedici idarənin və şöbənin (mərkəzin) direktorunun birinci müavini | 847 |
| 5. | Departamentin baş direktorunun, təminedici idarənin
və şöbənin (mərkəzin) direktorunun müavini, yardımçı idarənin və şöbənin (mərkəzin) direktoru |
836 |
| 6. | Departamentin, təminedici idarənin tərkibində olan
idarənin direktoru, şöbənin rəhbəri |
825 |
| 7. | Nazirin müşaviri, nazirin köməkçisi | 803 |
| 8. | Departamentin, təminedici idarənin tərkibində olan idarənin direktorunun və şöbənin rəhbərinin müavini,
yardımçı idarə və şöbənin (mərkəzin) direktorunun müavini |
781 |
| 9. | Baş mühasib, bölmə direktoru (rəhbəri), yardımçı idarənin tərkibində olan şöbənin rəhbəri, departamentin tərkibində olan idarənin tərkibindəki şöbənin rəhbəri | 682 |
| 10. | Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş
təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi |
594 |
| 11. | Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı | 583 |
| 12. | Aparıcı mütəxəssis, aparıcı iqtisadçı | 572 |
| 13. | Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı, hüquqşünas, mühasib | 561 |
Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları
|
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Orqanın baş direktoru | 605 |
| 2. | Orqanın baş direktorunun birinci müavini | 484 |
| 3. | Orqanın baş direktorunun müavini | 462 |
| 4. | İdarənin direktoru (rəisi), şöbənin rəhbəri (rəisi) | 385 |
| 5. | İdarə direktorunun (rəisinin), şöbə rəhbərinin (rəisinin) müavini | 363 |
| 6. | Bölmə rəhbəri (rəisi), baş mühasib, idarənin
tərkibində olan şöbənin rəhbəri (rəisi) |
358 |
| 7. | Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş
mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəhbərinin (rəisinin) müavini |
352 |
| 8. | Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük
müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq |
347 |
| 9. | Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist,
kriminalist |
341 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli
vergi orqanları işçilərinin aylıq vəzifə maaşları
|
Sıra №-si |
Vəzifələrin adı |
Bakı şəhəri üzrə |
Gəncə və Sumqayıt şəhərləri üzrə | Ərazi vergi
departamentləri, idarələri və filialları üzrə |
Şəhər və rayon şöbələri
üzrə (manatla) |
| 1 | 2 | 3 | 4 | 5 | 6 |
| 1. | Vergi orqanının baş
direktoru (direktoru) |
594 | 583 | 572 | 550 |
| 2. | Vergi orqanının baş direktorunun (direktorunun) birinci
müavini |
473 | 462 | 451 | 429 |
| 3. | Vergi orqanının baş direktorunun (direktorunun) müavini | 440 | 429 | 418 | 396 |
| 4. | Vergi orqanının tərkibində idarənin direktoru, şöbənin
rəhbəri |
380 | 374 | 369 | 358 |
| 5. | Vergi orqanının tərkibində idarənin
direktorunun, şöbənin rəhbərinin müavini |
358 | 352 | 347 | 336 |
| 6. | Vergi orqanının
tərkibindəki idarənin tabeliyində olan şöbənin, bölmənin rəhbəri, baş mühasib |
352 | 347 | 341 | 330 |
| 7. | Baş
mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəhbərinin müavini |
347 | 341 | 336 | 325 |
| 8. | Böyük dövlət vergi
müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas |
341 | 336 | 330 | 319 |
| 9. | Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı,
hüquqşünas, mühasib |
336 | 330 | 325 | 314 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə
Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları
| Sıra
№- si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
| 1. | Arxiv müdiri, sürücü | 242 |
| 2. | İnspektor (müfəttiş), təsərrüfat və anbar
müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi |
231 |
| 3. | Kargüzar, arxivçi, ekspeditor, katibə-
makinaçı, katib (katibə) |
226 |
| 4. | Kuryer | 220 |
| 5. | Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti | 171 |
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 30 mart
tarixli 124 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
4 nömrəli əlavə
Azərbaycan Respublikası Vergilər Nazirliyinin
Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları
| Sıra
№-si |
Vəzifələrin adı | Aylıq vəzifə
maaşı (manatla) |
| 1. | Tədris Mərkəzinin rəisi | 979 |
| 2. | Tədris Mərkəzi rəisinin 1-ci müavini | 847 |
| 3. | Tədris Mərkəzi rəisinin müavini | 836 |
| 4. | Kafedra müdiri, şöbə rəisi | 825 |
| 5. | Bölmə rəisi, baş mühasib | 682 |
| 6. | Dosent, baş elmi işçi, baş müəllim, baş iqtisadçı, baş mütəxəssis | 594 |
| 7. | Elmi işçi, aparıcı mütəxəssis | 572 |
| 8. | Müəllim, mütəxəssis | 561 |
| 9. | Xəzinədar | 231 |
Mənbə: cabmin.gov.az
Sual: Müəssisənin kassasına təsisçi pul qoyub və həmin pul müəssisənin bankdakı dollar hesabına qoyulub. Bu düzgündürmü yoxsa buna görə cərimə düşürmü?
Hörmətli təsərrüfat subyektinin rəhbəri, Sizin rəhbərlik etdiyiniz məhdud məsuliyyətli cəmiyyət “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən “Məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit)”. Əks halda Sizə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə, qanunvericiliklə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında protokol tərtib ediləcəkdir. Müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Sizin Cəmiyyət məcburi auditdən keçməmişdir. Belə olan halda Sizdən xahiş edirik ki, 1 ay müddətinə 2016–cı il üzrə maliyyə hesabatlarınızı, eyni zamanda 31 mart 2018-ci il tarixədək 2017–ci il üzrə maliyyə hesabatlarınızı auditor rəyi ilə təsdiq etdirəsiniz və bu barədə məlumatları Azərbaycan Respublikasının Auditorlar Palatasına təqdim edəsiniz (Standartlaşdırma, hesabatlılıq və təhlil idarəsi, Ünvan: AZ1072, Bakı şəhəri, S.Y.Bakuvi küçəsi 35, Telefonlar: 465-21-75, mobil +99450 22550-50. Veb-sayt:
İşəgötürən: Ati and Partners MMC