Azercell-də bu tələbələr üçün mühasibat üzrə təcrübə proqramı

posted in: Xəbər | 0
Azercell-də Təcrübə Proqramı nəzəri bilikləri real iş şəraitində tətbiq etməyə, telekommunikasiya sənayesi haqda bilikləri əldə etməyə, maraqlı və məsuliyyətli layihələrdə iştirak etməyə, və gələcəkdə burada karyera qurmağa imkanlar yaradır. Mərhələli dəyərləndirmələr nəticəsində seçilən tələbələr və məzunlar Azercell şirkətində təcrübə keçəcəklər.
YAY TƏLƏBƏ TƏCRÜBƏ PROQRAMI ÜZRƏ MÜRACİƏT
Proqramda son iki kursun tələbələri və 2018-ci ilin məzunları iştirak edə bilərlər (Bakalavr, Magistr)

Təcrübə proqramı üzrə müraciət etmək üçün:

  • müvafiq təcrübə sahəsini seçin;
  • elektron müraciət ərizəsini doldurun;
  • müraciət formasının qeyd olunan qrafalarına tələbə biletinin skan versiyasını PDF formatında yükləyin.

SABAH – AZERCELL YAY TƏLƏBƏ TƏCRÜBƏ PROQRAMI 2018

Təhsil Nazirliyi ilə Azercell Telekom MMC arasında imzalanmış anlaşma memorandumuna əsasən Azercell SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayıracaq.

Proqramda SABAH qruplarının son iki kursunda təhsil alan və 2018-ci ilin məzunları iştirak edə bilərlər (Bakalavr).

TƏCRÜBƏ PROQRAMI ÜZRƏ SEÇİM PROSESİ

İlk seçim mərhələsi təqdim olunan müraciət formalarının dəyərləndirilməsindən ibarətdir. Növbəti mərhələyə dəvət almış tələbələr və məzunlar isə müxtəlif testlər, çalışmalar və müsahibələr vasitəsilə seçiləcəklər. Dəyərləndirmələr zamanı tələbələr və məzunlar akademik fəaliyyətləri, ixtisas üzrə nəzəri bilikləri və maraqları sayəsində seçiləcəklər. Son seçim turu dəyərləndirmə və üz-üzə keçirilən müsahibələrdən ibarət olacaqdır.

  • Təcrübə proqramına müraciət müddəti 2-12 Aprel 2018
  • SABAH qrupları tələbələrindən yalniz @ sabah.edu.az ünvanından gələn müraciətlərə baxılacaq
  • Bir tələbə və ya məzun eyni zamanda bir neçə təcrübə sahəsi üzrə müraciət edə bilər.
  • Bütün müraciətlər yalnız elektron ərizə formasında qəbul olunur.
  • Müraciət ərizəsinə tələb olunan sənədlərin skan versiyası əlavə edilməsə, müraciətlər nəzərə alınmayacaq.
  • Yalnız ilk seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Təcrübə sahəsini seçmək üçün vakansiyalar bölümünə müraciət edin

Əlavə məlumat üçün internship@azercell.com e-mail ünvanına və 496 70 07 telefonla müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün bu linkə daxil olmağınız xahiş olunur.

Mənbə: azercell.com

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Sadələşdirilmiş vergi ödəyicisinin dövriyyəsi azalarsa 6%-dən 4%-ə necə keçə bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlər. Məsələn, 6 faiz ödəyici. Bəs dövriyyəm azalsa yenidən 4 faizli ödəyici necə ola bilərəm?

Cavab: Bildiririk ki, vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya müvafiq hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur.

Müvafiq olaraq, sorğunuzda sözügedən şəxs ilin sonunadək sadələşdirilmiş vergini 6 faiz dərəcə ilə tətbiq etməli, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan az olduqda növbəti ilin aprel ayının 20-dən gec olmayaraq vergi orqanına 4 faiz dərəcəli ilə tərtib olunan “Sadələşdirilmiş verginin bəyannaməsi”ni təqdim etməlidir.

Bax: Vergi Məcəlləsinin 218.1-ci və 218.2-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

2600 manat əmək haqqı ilə Baş mühasibin müavini tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Bank

Vəzifə öhdəlikləri:

  • Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına və Vergi orqanlarına təqdim olunan hesabatların hazırlanması;
  • Departamentin işçiləri tərəfindən aparılan mühasibat yazılışlarının yoxlanılması və təsdiqlənməsi;
  • Əməliyyat günü ərzində balansın açılması və bağlanmasının təmin edilməsi;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • İşçilərə ödənilən əmək haqqının, habelə digər ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
  • Zərurət yarandıqda beynəlxalq audit şirkətləri ilə işləməsi;
  • Strukturun fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsivə s.

Tələblər:

  • Ali təhsilli olması (iqtisadiyyat və maliyyə sahəsi arzuolunandır);
  • Maliyyə sahəsi üzrə beynəlxalq sertifikatları olan namizədlərə üstünlük verilir;
  • Banklar haqqında qanunvericiliyə müvafiq olaraq məqbul və lazımi keyfiyyətlərə malik olması;
  • Bank mühasibatlığında ən azı 5 illik iş təcrübəsinin olması;
  • Vergi və bank fəaliyyətini tənzimləyən qanunvericiliyin tələblərini yüksək səviyyədə bilməsi.

  Davranış səriştələri:

  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Öz-üzərində işləməyə və şəxsi inkişafına meyilli olması
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Təşəbbüskarlıq, operativlik və məsuliyyətlilik kimi mübət keyfiyyətlərə malik olması.

Əmək haqqı: 2000-2600 AZN

Telefon: (+99412) 5961868

Email: office@hcb.az

Mənbə: hcb.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu şirkət 3 illik maliyyə hesabatlarının auditinə 219.480 manat xərcləyəcək

posted in: Audit, Xəbər | 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom” MMC 2017-2019-cu illər üçün maliyyə hesabatlarının auditinə dair elan etdiyi açıq tenderin nəticəsini açıqlayıb.

Tenderin qalibi “PwC Azerbaijan” audit şirkəti olub.

Bu məqsədlə şirkətə 219.480 manat ödəniləcək.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az