İstehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişinin təyini necə həyata keçirilir?

posted in: Xəbər | 0

Sual: İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi hansı qaydada həyata keçirilir.

Cavab: Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq aşağıdakı müddətlərdə ödənilməlidir:

  • aylıq sığorta ödənişləri – sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;
  • birdəfəlik sığorta ödənişi – sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;
  • əlavə sığorta ödənişi – TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.

Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır.

Mənbə: nhmt-az.org

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Hansı halda torpaqlar vergidən azaddır?

posted in: Vergi, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 207.1.3-ci maddəsinə əsasən istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar torpaq vergisindən azaddır. Göstərilən maddəyə əsasən izahat verməyinizi sizdən xahiş edirəm.

Cavab: Bildiririk ki, sözügedən maddə istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqlarının, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqların tamamailə torpaq vergisindən azad edildiyini müəyyən edir.

İstehsal fəaliyyətinə cəlb edilməmiş dövlət torpaqları dedikdə bələdiyyələrin, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməmiş dövlət torpaqları, yəni Torpaq Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan dövlət ehtiyat fonduna daxil olan torpaqlar nəzərdə tutulur.

Meşə fondunun torpaqlarına Torpaq Məcəlləsinin 31-ci maddəsinin müddəalarına uyğun olaraq meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilən meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları aid edilir.

Su fondu torpaqları isə Torpaq Məcəlləsinin 32-ci maddəsinin müddəalarına uyğun olaraq əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir və özündə aşağıdakı torpaq sahələrini cəmləşdirir:

  • Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;
  • su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;
  • hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

Dövlət mülkiyyətinə daxil olan torpaqların bitmiş siyahısı Torpaq Məcəlləsinin 46-cı maddəsi ilə müəyyən edilir və meşə və su fondu torpaqları da (o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar da) bu siyahıya daxil edilir.

Bu maddədə sadalanan torpaq sahələri yalnız o halda torpaq vergisinə cəlb edilmir ki, onlar istehsal fəaliyyətinə cəlb edilməmiş olsunlar.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

1 ildən aşağı təcrübə ilə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Tax Clinic MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Nəzrin x.

İş barədə məlumat

  • Mühasibat və vergi uçotunun aparılması
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər

  • Mühasibatlıq və vergi sahəsində nəzəri biliklər;
  • Ofis proqramlarını bilməli;
  • İşə məsuliyyətli;
  • Riyazi bilikləri olmalı.

Əmək haqqı: 200-300 AZN

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu ölkədə kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur

posted in: Xəbər | 0

Bəyannamələrin verilməsi ilə bağlı son tarix ərəfəsində ABŞ Vergi Xidməti vergi ödəyicilərinə kriptovalyuta əməliyyatları nəticəsində əldə etdikləri gəlirlər barədə məlumat verməyin zəruriliyini xatırlatmışdır.

Xəbərdarlıq bildirişində göstərilmişdir ki, bu gəlirlər barədə məlumatın təqdim edilməməsi ağır nəticələrə səbəb ola bilər.

Vergi Xidmətinin normativ tələblərinə uyğun olaraq, ABŞ-da rəqəmsal valyutalar federal vergitutma məqsədləri ilə əmlak obyektləri qismində qiymətləndirilir. Kriptovalyuta üçün eynilə əmlak aktivləri üçün tətbiq olunan qaydalar tətbiq edilir.

Hazırda dünyada 1500-dən artıq kriptovalyuta mövcuddur. ABŞ-ın Vergi Xidmətində qeyd edildiyi kimi, kriptovalyutalar anonim təbiətli olduğuna görə, vergi ödəyicilərinin çoxu bu aktivlərdən əldə etdikləri gəlirləri gizlətməyə cəhd göstərirlər. ABŞ qanunlarına əsasən, vergidən yayınmanın «qiyməti» vətəndaşa beş ilə qədər həbs cəzasına və ya 250 min dollar pul vəsaitinə başa gələ bilər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az