Nağd pul dövriyyəsi (2-ci hissə)

posted in: Xəbər | 0

Nağd ödənişlər barədə məqalənin 1-ci hissəsində söz açmışdıq.

2-ci hissə

Nağd pul vəsaitləri ilə bağlı təşkilatlar arasında hesablaşmalardan ötrü limit də tətbiq oluna bilər. Misal üçün, Rusiya Mərkəzi bankı hüquqi şəxslər arasında (eləcə də hüquqi şəxslər və fərdi sahibkarlar arasında) bu cür bir sövdələşmə üçün 100 min rubl limit təyin edib.

Mərkəzi Bank tərəfindən təyin edilən nağd-pul dövriyyəsi ilə bağlı qayda olduqca sərt hesab oluna bilər. Amma, müəssisələrin bir çoxu, məsələn, Rusiyada bu qaydalardan necə yan ötməyə uyğunlaşıblar.

Müəssisədə təyin olunmuş limitdən artıq pul məbləği varsa, kassir onu banka təhvil verməyib, həmin pulları sadəcə guya müəyyən xidməti tapşırıqları yerinə yetirmək məqsədilə işçilərdən birinə verə bilər.  (Bundan ötrü isə təbii olaraq, müəssisə rəhbərinin və baş mühasibin imzası ilə lazım olan sənədlər tərtib edilir). İşçi isə həmin pulları müəssisəyə lazım olduğu vaxtda geri qaytarır. Və bu zaman həmin əməkdaşın xidməti tapşırığı yerinə yetirə bilmədiyi qeyd olunur.

Mərkəzi bank tərəfindən dövriyyədə olan nağd-pul kütləsinə nəzarət etmək Rusiyada kommersiya banklarına həvalə olunub. Amma, kommersiya bankları üçün bu qeyri-təbii funksiyadır, çünki təşkilatlar həmin banklar üçün ilk növbədə müştəridirlər. Biznes qanunlarına görə isə müştəriləri incitmək olmaz. Əgər, hansısa bir bank hər hansı bir qanun pozuntusu aşkar etdərsə, bu hal üzə çıxmasın deyə bank öz müştərisinə kömək etməyə çalışır. Əgər, təşkilat bir neçə kommersiya bankında hesab açıbsa (hazırda bir qayda olaraq belə edirlər) onda müəssisə nəzarətedici bankı  özü seçir. Əgər təşkilat öz kassasından digər bir təşkilata təyin olunmuş limitdən artıq məbləğdə pul köçürməyi planlaşdırırsa, bunu qaydanı pozmadan da etmək mümkündür. Həmin əməliyyat belə həyata keçirilir: iki təşkilat limit daxilində bir neçə müqavilə bağlayır. Sonra isə böyük məbləğ bir neçə müqaviləyə uyğun ödənişlər əsasında həyata keçirilir. (Təcrübədə isə bir qayda olaraq cari hesabları açılmış bütün kommersiya bankları müəssisəyə nəzarət edə bilər.) Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, nağd-pul dövriyyəsi ilə bağlı sərt qaydalar təşkilatlar üçün müəyyən narahatlıq yaradır. O səbəbdən, təcrübə göstərir ki, təşkilatlar bəzi pul hesablarını müəssisə hüdudlarından kənara çıxarırlar. Nəticədə müəssisənin xeyrinə olmalı olan bəzi ödənişlər əslində fiziki şəxslərin – sahibkarların və müəssisə rəhbərlərinin şəxsi istifadəsində qalır ki, onlar da təşkilatın maraqları daxilində bəzi məbləğləri həmin istiqamətlərə yönəldirlər.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda uçot dərəcəsi yenidən azaldılıb

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 13%-dən 11%-ə endirilməsi, faiz dəhlizinin yuxarı və aşağı həddinin isə +/- 3% səviyyəsində olması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, qurumun İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.

Faiz dəhlizinin parametrləri növbəti dəfə bu il iyunun 14-də müzakirə ediləcək.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Kim nə qədər işləyir??? (2-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Dünyanın müxtəlif ölkələrində iş günü, iş həftəsi və iş vaxtı, eləcə də məzuniyyətlərdən bəhs edən yazının 2-ci hissəsini sizə təqdim edirik.

Ödənilən məzuniyyət dövrünün orta müddəti müxtəlif ölkələrdə bir-birindən fərqlənir:

Avstriya – məzuniyyət dövrü 6 həftə təşkil edir (25 yaşdan başlayaraq);

Finlandiya – məzuniyyət 8 həftəyə qədər çəkə bilər (bura bir müəssisədə uzunmüddətli staja görə 18 günlük bonus da daxildir );

Fransa – məzuniyyət 9,5 həftəyə qədər çəkə bilər;

Böyük Britaniya, Almaniya – 4 həftəlik məzuniyyət;

Avropada ortalama – 25 iş günü təşkil edir;

Rusiya – 28 gün çəkən 4 həftəlik məzuniyyət;

Ukrayna – 24 günlük məzuniyyət;

ABŞ – məzuniyyətin davamiyyəti ilə bağlı qanunvericilik normaları nəzərdə tutulmayıb, burada hər şey İşəgötürəndən asılıdır;

Yaponiya – məzuniyyət 18 gün təşkil edir, qəribə də olsa bu ölkədə istirahət etmək üçün tətil götürmək pis forma sayılır, yaponlar ildə orta hesabla 8 gün istirahət edirlər;

Hindistan – ildə 12 gün;

Çin – ildə 11 gün;

Meksika – ildə 6 gün;

Filippin – ildə 5 gün (bu minimal göstəricidir).

O ki qaldı uzun çəkən yeni il tətilinə, qərb ölkələrində həmin dövr məzuniyyəti faktiki olaraq daha çox çəkir. Rəsmi olaraq istirahət günləri elə də çox deyil, amma reallıqda dekabrın 20-dən oralarda işgüzar aktivlik demək olar ki, sıfıra enir, dekabrın 25-dən isə bütün müəssisələr bağlanır, yalnız yanvarın 9-10 fəaliyyətə başlayır.

Ümumiyyətlə, tendensiyaya diqqət yetirsək, görürük ki, dünyanın əksər ölkələrində iş vaxtı tədricən aşağı enir. 1900-cü illərin əvvəllərində bir çox ölkələrdə il ərzində iş saatı 3000 saat təşkil edirdisə, hazırda dünyada bu göstərici 1800 saata bərabərdir, özü də daha məhsuldar və iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrdə bu rəqəm bir qədər də aşağıdır.

Hələ 1930-cu ildə məşhur keysiançılıq nəzəriyyəsinin müəllifi Con Keyns belə bir proqnoz vermişdi ki, 100 ildən sonra, yəni 2030-cu ildə iş həftəsi ortalama 15 saat çəkəcək. Əlbəttə, rəqəmlərdə o səhvə yol verib, amma tendensiya ilə bağlı düz söyləyib: həqiqətən də o dövrdən indiyə qədər iş saatları durmadan aşağı düşür.

İƏİT-in əməklə bağlı təqdim etdiyi məlumatları təhlil etsək, əyani çəkildə görmək olar ki, güclü iqtisadiyyat üçün çox işləmək yox, effektiv çalışmaq lazımdır. Onların məlumatlarında bunu təsdiq edən və iş vaxtından səmərəli istifadə ilə bağlı göstərici var, məs, maksimal və minimal iş vaxtı ilə bağlı iki Avropa ölkəsində, Yunanıstan və Almaniyada məhsuldarlığı müqayisə etsək, görəcəyik ki, Almaniyada məhsuldarlıq Yunanıstandakından 70 % yüksəkdir. Bu nümunə bir daha təsdiq edir ki, sutkada 12 saat işləmək yox, başla çalışmaq gərəkdir.

Zəhmətsevərliyin pərəstişkarları çox vaxt Asiya ölkələrini, məs, iş vaxtının uzun sürdüyü Hindistan və Çini misal çəkir və deyirlər ki, bu ölkələrdə də iqtisadi artım göstəricisi çox yüksəkdir. Asiya ölkələrinə başqa bir tərəfdən baxmağı məsləhət görürəm.

Məhz, Asiyada xüsusu bir termin mövcuddur, hansı ki, çox işləməkdən öldü mənasını verir. Çünki həmin ölkələrdə iş yerində ölmə faktları nadir hadisə deyil: insanlar sözün həqiqi mənasında birbaşa iş yerində can verirlər, belə ki, onların orqanizmi o cür gərgin əməyə tab gətirmir.

Düşünürəm ki, iş gününün davamlılığı, iş həftəsi və ümumilikdə iş vaxtı ilə bağlı Asiyaya deyil, Avropaya istiqamətlənmək lazımdır. Avropa ölkələrinin iqtisadiyyatı, əmək məhsuldarlığının iş vaxtının müddətindən daha mühüm olduğunu əyani nümayiş etdirir. Qısa iş günü və iş həftəsinin başlıca müsbətləri bunlardır:

  • İnsan işdə az yorulur, deməli o, daha effektiv çalışa bilər;
  • Məhdud iş vaxtı fikrin başqa yerlərə yönəlməsinin qarşısını alır və işçi bütün diqqətini iş prosesinə yönəldir;
  • İş saatları nə qədər qısa olsa, insan diqqətini bir o qədər çox işə cəmləşdirər;
  • İşçi vaxtının böyük hissəsini evdə ailəsi, doğmaları və yaxınları ilə keçirir, zamanını öz hobbisinə həsr edir, istirahət edir, deməli, əmək üçün daha çox enerjisi və gücü qalır;
  • Az işləyən insanın səhhəti ilə bağlı problemləri də az yaranır, deməli işini yerinə yetirməkdən ötrü onun daha çox qüvvəsi və enerjisi olur.  

Yuxarıda deyilənlərə yekun vurduqdan sonra, belə bir nəticəyə gəlmək olar: müsbət nümunələrə köklənmək lazımdır və iş vaxtı, iş həftəsi və ümumilikdə iş müddətinin qısaldılması kursu götürülməlidir. Başlanğıc üçün heç olmasa normadan artıq işləməni ləğv etmək lazımdır. Çünki iş prosesi qul əməyinə çevriləndə, nə işəgötürənlər, nə də işçilər üçün bu, yaxşı heç nə vəd etmir. Normal, sivil əmək münasibətləri birmənalı olaraq əmək məhsuldarlığının yüksəlməsinə kömək edir və bundan hamı bəhrələnir.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Böyük dördlük audit şirkətlərindən birində təcrübə proqramı

posted in: Audit, Xəbər | 0

Vəzifə: Vergi Hesabatı və Strategiya Qrupunda Stajyer

Vəzifə barədə

Müxtəlif vəzifələrdə işin icrası və çatdırılması üçün məsuliyyət daşıyacaqsınız. Siz:

  • PwC Azerbaijan Korporativ Vergi konsaltinqində işləmək şansı əldə edəcəksiniz;
  • Daha yüksək səviyyəli kadrların nəzarəti altında konkret məsələlər üzrə əsas tədqiqatlar aparacaqsınız;
  • Vergi qanunvericiliyində bacarıq və biliklər əldə edəcək, müntəzəm uyğunluq və müştərilərə məsləhət məktubları hazırlayacaqsınız;
  • Layihələrə dəstək olacaq və peşəkar komandamızla qarşılıqlı əlaqə quraraq, gündəlik texniki bacarıqlarınızı inkişaf etdirəcəksiniz.

Tələblər:

  • Maliyyə və Mühasibat, MBA, LLB və ya vergi qanunvericiliyi üzrə magistr dərəcəsi . Xarici universitetdən alınmış dərəcə üstünlük hesab olunacaqdır;
  • Azərbaycan,rus və ingilis dillərinin güclü yazılı və şifahi biliyi. (Başqa hər hansı dil üstünlükdür)
  • Azərbaycanın vergi qanunvericiliyinin, eyni zamanda beynəlxalq vergitutmanın ümumi prinsiplərini bilmək;
  • Kifayət qədər Word, Excel, Powerpoint bilikləri;
  • Güclü analitik və yaxşı problem quruluşu bacarıqları;
  • yeni və çətin vəzifələri üstlənmək istəyi;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarıqları;
  • Əlaqəli sahə ilə bağlı təcrübənin olması yaxşıdır, amma tələb olunmur;
  • Motivasiyalı və təşəbbüskar olmaq.

Bu linkə daxil olaraq müraciət edə bilərsiniz.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mənbə: www.pwc.com

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az