500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Hakanfoods Azerbaijan Trading

Vəzifə: İstehsalat mühasibi

  • Şəhər: Bakı
  • Yaş: 30 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq

İş barədə məlumat

  • Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
  • Aylıq istehsal edilmiş məhsulların maya dəyərinin formalaşdırılması
  • Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması
  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
  • Əsas vəsaitlərin uçotunun aparılması
  • Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
  • Maliyyə hesabatlarının hazırlanması (Balans,Mənfəət və Zərər, Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s)
  • Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək, məhsulların maya dəyərinə təsir edən faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
  • Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
  • Əmək haqqı: Razılaşma əsasında
  • İş qrafiki 6 gün, saat 08:00-dan 18:00-dək

Namizədə tələblər

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə Ali təhsil
  • İstehsalat sahəsində (Istehsalat əməliyyatlarının uçotu üzrə) mühasib kimi iş təcrübəsi
  • Mühasibat uçotu, qaydaları, vergi qanunvericiliyi üzrə mükəmməl biliklərə sahib olmalı
  • Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda biliklərə sahib olmalı
  • Microsoft Excel və 1C proqramlarının mükəmməl istifadəçisi olmalı

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

“Coca-Cola” spirtli içki istehsalına başlayacaq

posted in: Xəbər | 0

“Coca-Cola” dərəcəni artırır. Şirkət öz tarixi ərzində ilk dəfə spirtli içki buraxmaq niyyətindədir. Düzdür, həmin içki yalnız Yaponiyada satılacaq.

İçkinin tərkibində zəif alkoqol olacaq. Gündoğar ölkədə müxtəlif aromatizatorlar və Setyü adlandırılan milli tünd spirt qatılmış qazlaşdırılmış sərinləşdirici içkilər çox dəbdədir. Belə içkilərin orta tündlüyü 3 – 8 dərəcə arasında tərərddüd edir. Həmin içkilər daha çox gənclər və qadınlar arasında məşhurdur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçiriləcək

posted in: Maliyyə, Xəbər | 0

“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.

Görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib.

M.Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib. ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Mənbə: report.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Vergilər Nazirliyinin büdcə daxilolmaları artıb

posted in: Vergi, Xəbər | 0
Bu ilin I rübündə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 1 mlrd. 436,5 mln. manat vəsait daxil olub. Bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 15,8 mln. manat və ya 1,1% çoxdur. Həmin vəsaitin 67,5%-i və yaxud 969,7 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
Mənbə: apa.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az