İşçi intizam məsuliyyətinə necə cəlb edilməlidir?

posted in: Xəbər | 0

Sual: İşçinin intizam məsuliyyətinə cəlb olunmasının hansı hüquqi aspektləri vardır? İntizam tənbehi verilən gündən sonra nə qədər müddətdə qüvvədə qalır?

Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən (töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək) birini verə bilər. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

Məcəllənin 190-cı maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

Mənbə: www.mlspp.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda 5 xarici şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “UİLLİ ƏND MEYRİS S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851421) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci  mərtəbə ünvanına bildirə bilərlər.
  • “LONDEKS RESORSİZ S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza, 11-ci  mərtəbə ünvanına bildirə bilərlər.
  • “MAMMOET KASPİAN B.V” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1300008311) ) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., İzmir küç., 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilər.
  • “Polpharma Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN:1301844261) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı ş., İzmir küç., 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Touer 2, 1-ci mərtəbə, Dentons Europe (Central Asia) Limited şirkətinin Azərbaycan Respublikasındakı Filialına bildirə bilərlər.
  • “SHİKUN AND BİNUİ-S.B.İ. İNFRASTRUCTURE LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1001840381) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37, Dəmirçi Tower 16-cı mərtəbə ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Əmək pensiyaları haqqında bilmədiklərimiz

posted in: Xəbər | 0

“Əmək pensiyaları haqqında” AR-nın Qanunu Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir.

Əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir.

Sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sosial sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

Fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə huquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir.

Fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır.

Pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.

Yaşa və əlilliyə görə əmək pensiyası 3 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi
– yığım hissəsi

Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir: 
– baza hissəsi
– sığorta hissəsi

Gözlənilən pensiya ödənişi müddəti – “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanması üçün istifadə olunan göstəricidir.

Əmək pensiyasının 3 növü var:
1. Yaşa görə
2. Əlilliyə görə
3. Ailə başçısını itirməyə görə

Qanunvericiliklə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri – 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların (kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) azı 12 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır.

Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçılarının sosial müdafiəsinin dövlət təminatıdır və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir.

Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/T, burada:
SH — yaşa görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.

Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir.

Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: 
SH = PSK/(TxK), burada:
SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir;
PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır;
T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır;
K — sığorta davamiyyəti əmsalıdır.

Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 144 ay müəyyən edilmişdir.

Mənbə: sspf.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

“ASAN İmza” ilə bağlı yeni tarif müəyyən olunub

posted in: Xəbər | 0

Ötən ilin sentyabrından dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın yeni tarifinin tətbiqinə başlanılıb.

Dövlət müəssisələrinin büdcədən maliyyələşdirilməsi proseduru və alışların əvvəlcədən planlaşdırıması nəzərə alınaraq dövlət qulluqçuları və yerli özünüidarəetmə orqanlarının nümayəndələri üçün “ASAN İmza” elektron rəqəmsal imzanın əldə edilməsi və istismarı prosesini asanlaşdırmaq məqsədilə yeni tarif müəyyən olunub.

Tarif “ASAN İmza” dövlət və ya bələdiyyə sertifikatının istifadəsi müddətində (3 il ərzində) başqa əlavə xərclər olmadan 58 manat məbləğində birdəfəlik ödənişi nəzərdə tutur.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az