1500 manat əmək haqqı ilə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Damla Mebel Fabriki

Əmək haqqı: 1500 AZN

İş barədə məlumat

  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
  • Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
  • Mal-materialların, əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların Mühasibat Standartalarına uyğun uçotunu təmin etmək
  • Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək
  • Vergi hesabatlarının (ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
  • İşçilərlə hesablaşmaların təmin edilməsi
  • Bank, Kassa, Əmək haqqı sənədlərinin 1C proqramına daxil edilməsi
  • E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
  • Gömrük bəyannamələri ilə işləməyi bacarmalı
  • AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması
  • İş vaxtı: Bazar ertəsi – Şənbə, 08:30-dan 18:30-dək

Namizədə tələblər

  • Yaş: 25-45
  • Səlist Azərbaycan dilini bilməsi (əlavə olaraq rus və ingilis dilini bilənlərə üstünlük verilir)
  • Office proqramlarını ilə işləmə bacarığı (1C 8.3 platformasında təcrübə mütləqdir)
  • Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
  • Kollektiv ilə işləmə bacarığı
  • Consulting və ya outsourcing şirkətlərində işləyənlərə üstünlük verilir

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini damalamebelfabriki@mail.ru elektron ünvanına göndərməyi xahiş olunur. Xahiş edirik təcrübəsi olmayanlar və şərtləri tam oxumayanlar müraciət etməsinlər.

  • Şəhər: Bakı
  • Yaş: 25 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Elvira Məmmədova
  • Telefon: (051) 779-90-05 / (070) 200-71-43 / (012) 447-81-29

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Özbəkistanda fərdi sahibkarların fəaliyyət sahələri məhdudlaşdırılır

posted in: Xəbər | 0

Hazırda ölkədə fərdi sahibkarların məşğul ola biləcəkləri fəaliyyət növlərinin siyahısı 80 müxtəlif istiqaməti əhatə edir. 2020-ci ilə qədər olan dövrü əhatə edən vergi islahatı konsepsiyasının təhlili zamanı maliyyə nazirinin müavini Vyaçeslav Pak bu barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, sənəd fərdi sahibkarlar üçün icazə verilən bir çox fəaliyyət növlərinə tənqidi yanaşılmasını təklif edir: fərdi sahibkarların əksəriyyətinə həm də muzdlu işçi götürməyə icazə verilir.

Bundan əlavə, sadələşdirilmiş vergi sisteminin ləğv edilməsi planlaşdırılır. Müstəqil vergilər kimi vahid torpaq vergisi və hüquqi şəxs yaratmadan fiziki şəxslər tərəfindən həyata keçirilən sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə sabit vergi saxlanılacaq.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Nazirlik: Gecikdirilmiş 20 min manat işçilərə ödənilib

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmət belə müraciətlərin hər biri ilə əlaqədar qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlərin görülməsini və cari ilin birinci rübündə 20 min manatdan artıq gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib. Həmin vəsaitin 51,1%-i əmək haqlarından, 43,9%-i zərərə görə ödənclərdən, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan ibarət olub. Bu istiqamətdə tədbirlər görülərkən aidiyyəti işəgötürənlərə əməyin ödənilməsinin təminatları, əmək haqqının ödənilməsinin formaları, qaydaları, müddətləri, əvəzçilik üzrə əmək haqqının ödənilməsi və s. barədə qanunvericilik ətraflı izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, Bakının rayonlarında, habelə Sumqayıt şəhərində, Şəmkir, Tovuz, Lənkəran, Masallı və digər rayonlarda  təbliğat-marifləndirmə məqsədilə regional seminar-müşavirələr də keçirilib. Bu tədbirlər çərçivəsində işəgötürənlər və işçilər arasında əmək qanunvericiliyi və onun tətbiqinə dair konkret mövzularda, habelə qadınların və uşaqların əmək hüquqları ilə bağlı geniş məlumatlandırma işləri aparılıb və ilin sonunadək bu tədbirlər davam etdiriləcək.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Bu ölkədə kriptovalyuta əməliyyatlarından vergi tutulacaq

posted in: Vergi, Xəbər | 0

Tailand hökuməti bazarda mövcud olan kriptovalyuta əməliyyatlarının qanunsuz məqsədlərlə istifadəsinin qarşısının alınması məqsədilə bu əməliyyatların tənzimlənməsi, eləcə də  rəqəmsal valyuta əməliyyatlarının vergiyə cəlb olunması barədə qərar qəbul etməyi planlaşdırır.  Maliyyə Nazirliyinin açıqlamasında bu tədbirin gündəliyə gətirilməsinin zərurliyi əsaslandırılmışdır.

Kriptovalyutanın tənzimlənməsinə yönəldilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, investorlar özlərinin rəqəmsal valyuta ilə apardıqları ticarət əməliyyatlarının hamısından 7 faiz dərəcəsi ilə əlavə dəyər vergisi ödəyəcəklər. Bundan əlavə, onlardan rəqəmsal tokenlərdən əldə edilmiş gəlirdən 15 faizlik kapitalın artımı vergisi tutulacaq.  Bu, kriptovalyuta sahəsində məhdudiyyət yaratmaq üçün Tailand hökuməti tərəfindən atılmış ilk addım deyil. Fevral ayında Tailandın Mərkəzi Bankı yerli banklara rəqəmsal valyutalar ilə investisiya qoymağı və ticarət etməyi qadağan etmişdi. Buna görə də Tailandda mövcud olan «kripto» şirkətlərin və sahibkarların çoxu öz fəaliyyətlərini qonşu Sinqapurda aparmağa üstünlük verirlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az