» » » Bu ölkədə kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur

Bu ölkədə kriptovalyuta əməliyyatlarına görə bəyannamə tələb olunur

posted in: Xəbər | 0
birbank biznes

Bəyannamələrin verilməsi ilə bağlı son tarix ərəfəsində ABŞ Vergi Xidməti vergi ödəyicilərinə kriptovalyuta əməliyyatları nəticəsində əldə etdikləri gəlirlər barədə məlumat verməyin zəruriliyini xatırlatmışdır.

Xəbərdarlıq bildirişində göstərilmişdir ki, bu gəlirlər barədə məlumatın təqdim edilməməsi ağır nəticələrə səbəb ola bilər.

Vergi Xidmətinin normativ tələblərinə uyğun olaraq, ABŞ-da rəqəmsal valyutalar federal vergitutma məqsədləri ilə əmlak obyektləri qismində qiymətləndirilir. Kriptovalyuta üçün eynilə əmlak aktivləri üçün tətbiq olunan qaydalar tətbiq edilir.

Hazırda dünyada 1500-dən artıq kriptovalyuta mövcuddur. ABŞ-ın Vergi Xidmətində qeyd edildiyi kimi, kriptovalyutalar anonim təbiətli olduğuna görə, vergi ödəyicilərinin çoxu bu aktivlərdən əldə etdikləri gəlirləri gizlətməyə cəhd göstərirlər. ABŞ qanunlarına əsasən, vergidən yayınmanın «qiyməti» vətəndaşa beş ilə qədər həbs cəzasına və ya 250 min dollar pul vəsaitinə başa gələ bilər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az