» » » Təsisçi tərəfindən müəssisənin valyuta hesabına pul qoyula bilərmi?

Təsisçi tərəfindən müəssisənin valyuta hesabına pul qoyula bilərmi?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Müəssisənin kassasına təsisçi pul qoyub və həmin pul müəssisənin bankdakı dollar hesabına qoyulub. Bu düzgündürmü yoxsa buna görə cərimə düşürmü?

Cavab: Sorğunuzdan təsisçi tərəfindən müəssisənin kassasına vəsaitin xarici valyutada qoyulduğu qənaətinə gələrək bildiririk ki, mövcud qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasında pul vahidi manatdır və yalnız xarici fiziki və ya hüquqi şəxslərlə mülki münasibətlər zəminində pul öhdəliyi xarici valyuta ilə ifadə oluna bilər. Digər hallarda, o cümlədən 2 rezident arasında bağlanan müqavilələrdə pul öhdəliyi manatla ifadə edilməlidir.

Valyuta sərvətləri ödəniş vasitəsi kimi qəbul edildikdə isə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək inzibati cərimə tətbiq edilir.

BaxMülki Məcəllənin  439-cu maddəsi, İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az