Yeni işə başlayan işçi nələri bilməlidir???

posted in: Xəbər | 0

Əmək bazarının daim təkmilləşməsi və dinamikliyi insanların mütəmadi olaraq iş yerlərini dəyişməsi ilə nəticələnir. Bir işçinin iş yerini dəyişməsi əlbəttə ki, heç də asan olmayan bir proses olmaqla yanaşı həm də müəyyən tərəddüdlərlə dolu bir mərhələdir.

Mövzu çərçivəsində onu da qeyd etmək mümkündür ki, işçinin yeni bir iş yerində işə başlaması onun yeni mühitə uyğunlaşması ilə yanaşı müəyyən məhrumiyyətlərlə də qarşılaşmasına səbəb ola bilir.

Bu səbəbdən də bu yazıda işçinin yeni bir iş yerində aşağıda qeyd edilənləri mütləq bilməsi zəruridir.

1) İşçi ilə əmək müqaviləsi bağlanarkən ondan şəxsiyyət vəsiqəsi, sosial sığorta şəhadətnaməsi (ilk dəfə işə başlayanlardan bu tələb edilmir), əmək kitabçası, fəaliyyəti sağlamlığı baxımından nəzərə alınmalı iş yerlərində tibbi arayış və təhsili barədə sənəddən başqa digər aidiyyatı olmayan sənədlər tələb edilə bilməz.

2) İşçi ilə bağlanmış müqavilədə mütləq hansı müddətə və ya müddətsiz bağlanması, işçinin əmək şəraiti (peşə, ixtisası, əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı (gross) və digər), işə başlama vaxtı, işləyəcəyi yer, məzuniyyətinin müddəti və sınaq müddəti (təhsil müəssisəsini bitirdiyi ildə ilk dəfə ixtisası üzrə işə başlayanlara tətbiq edilmir) tətbiq edilib-edilməyəcəyi kimi məsələlər mütləq göstərilməlidir.

3) İşçi ilə bağlanmış müqavilə hüquqi qüvvəyə minmədən, yəni elektron informasiya sisteminə daxil edilmədən ona hər hansı işlərin tapşırılması qadağandır.

4) İşçi ilə bağlanmış müqavilədə sınaq müddəti nəzərdə tutulubsa, işçi bilməlidir ki, bu müddət 3 aydan çox ola bilməz və bu müddət başa çatanadək müqavilə 3 gün əvvəl yazılı xəbərdarlıq etməklə xitam edilə bilər.

5) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçinin attestasiyaya cəlb edilməsi yol verilməzdir.

6) Faktiki işlədiyi 1-ci ildə əmək müqaviləsinin bağlandığı vaxtdan altı ay sonra əmək məzuniyyəti hüququ yaranır.

7) Faktiki işlədiyi 1-ci il başa çatanadək işçi azı 2 təqvim həftəsi əvvəlcədən yazılı xəbərdar edilməklə, 2 həftənin sonunda isə orta aylıq əmək haqqı miqdarında işdənçıxarma müavinəti verilməklə ştat ixtisarı ilə əlaqədar işəgötürən tərəfindən müqaviləsinə xitam verilir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər

posted in: Uncategorized | 0

Məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər aşağıdakılardır:

  • Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
  • Əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslərAzərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqlarına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər ;
  • seçkili ödənişli vəzifələrdə işləyənlər;
  • hərbi qulluqçular ;
  • xüsusi rütbəli şəxslər ;
  • prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri;
  • vergi orqanlarının işçiləri;
  • vəkillər kollegiyasının üzvləri;
  • fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
  • Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunmurlar.
  • Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunurlar.

Məcburi dövlət sosial sığortası haqqında

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

2017-ci ilə aid xərcə 2018-ci ildə e-qaimə verilərsə, hansı ilin mənfəət bəyannaməsində göstərilməlidir?

posted in: Vergi, Xəbər | 0

Sual: Hesablama metodu ilə mühasibatlıq aparan vergi ödəyicisi 2017-ci ilin dekabr ayında biznes fəaliyyəti ilə əlaqədar rabitə xidməti almışdır. Bu xidmətlə əlaqədar 17 yanvar 2018-ci il tarixində elektron qaimə-faktura almışdır. Mənfəət vergisi məqsədilə bu xərc hansı ildə gəlirdən çıxılmalıdır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 134-cü maddəsinə əsasən hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Odur ki, göstərilən maddəyə müvafiq olaraq sorğunuzda qeyd edilmiş birinci halda çəkilmiş xərclər, ikinci halda isə əldə edilmiş gəlir 2017-ci ildə nəzərə alınmalıdır.

Əlavə olaraq nəzərinizə çatdırırıq ki, elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilməlidir.

Elektron qaimə-faktura malların təqdim edilməsindən sonra tərtib edildikdə elektron qaimə-fakturanın “Əlavə qeydlər” sətrində təqdim edilən malların təqdim edilməsinin hansı dövrdə (ayda) həyata keçirilməsi göstərilməlidir.

Bax: Vergi Məcəlləsinin 130-cu və 134-cü136-cı maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

3000 manat məvaciblə Baş Auditor tələb olunur

posted in: Audit, İş elanı, Xəbər | 0

İşəgötürən: PKF Audit Azerbaijan

Vakansiya haqqında

Əmək haqqı: 1800 – 3000 AZN
Yaş həddi: 25 – 35
İş tipi:  Daimi
İş yeri: Bakı

Təhsil və iş təcrübəsinə dair tələblər:

  • Mühasibat / Maliyyə / İqtisadiyyat üzrə ali təhsil;
  • Azərbaycan və ingilis dillərində sərbəst danışmaq qabiliyyəti;
  • Minimum 3 il auditor təcrübəsi;
  • Yüksək səviyyədə Excel biliyi;
  • Beynəlxalq Maliyyə Hesabatı Standartları biliyi;
  • Maliyyə hesabatlarının hazırlanmasında müvafiq təcrübə;
  • Müvafiq sertifikatlar (ACCA / CPA) üstünlük təşkil edəcəkdir.

Necə müraciət etməli?

CV-nizi  hr@pkf.az email ünvanına göndərin.

“Baş Auditor” (’’Audit Senior’’) yazılmayan CV-lər nəzərə alınmayacaq.

Yalnızca seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az

Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az