200.000 AZN – Dövriyyə yoxsa Hasilat???

posted in: Vergi, Xəbər | 0

Sual: Sadələşdirilmiş vergi ödəyicisi hansı halda ƏDV qeydiyyatına ərizə verməyə borcludur? – Əvvəlki 12 ayda hasilatın həcmi 200.000 Azn keçdikdə yoxsa əvvəlki 12 ayda dövriyyənin həcmi 200.000 Azn keçdikdə?

Cavab: Bildiririk ki, ƏDV-nin vergitutma bazasını malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi təşkil etdiyindən, ƏDV-nin məqsədləri üçün qeydiyyat üçün ərizə ikinci halda, yəni vergi ödəyicisinin vergi tutulan dövriyyəsi 200.000 manatdan artıq olduqda verilir.

Bax: Vergi Məcəlləsinin 155.1-ci və 218.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Mühasib və dostları əlbir olarsa…

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Rostovda 106.000 manat pulu oğurlamış mühasib mühakimə olunub.

Kirov rayon məhkəməsi sosial sığorta Fondunun pul vəsaitləri ilə bağlı dələduzluq etmiş şəxslərdən biri haqda hökm çıxarıb. İstintaqın məlumatına görə qadın digər iştirakçılarla birlikdə sənədləri saxtalaşdırmaq yolu ilə Fondun hesabından 106.000 manat (36 milyon rubl) pul çıxarıb. Buna görə ona beş il şərti cəza verilib.

İttiham olunan və onunla işbirliyi təşkil edən on nəfər Fonda saxta sənədlər təqdim etməklə (misal üçün analıq məzuniyyəti ilə bağlı ödənişlər və s.), bu əsasda ödəniş üçün zəmin hazırlayıblar. Sonra isə həmin sənədlər əsasında cinayətkarlar vəsaitləri Fondun hesabından özlərinin nəzarətində olan 18 şirkətin hesabına köçürüblər və daha sonra pulları nağdlaşdıraraq, bankın kassasından ələ keçiriblər.

Ümumilikdə, işbirliyində olan bu şəxslər 173 ədəd saxta ödəniş həyata keçiriblər ki, bununla da əvvəlcədən əlbir olmaqla saxta sənədlər düzəldiblər – DİN-nin Rostov vilayəti üzrə baş idarəsindən belə deyiblər.

Söhbət sosial sığorta Fondunun Rostovdakı filiallarından birinin baş mühasibi işləmiş Svetlana Nasledişevadan gedir. Polis əməkdaşları iki  maddə üzrə daha on iştirakçı barəsində cinayət işi qaldırıb.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

“Baktelecom” auditi bu şirkətə həvalə etdi

posted in: Audit, Xəbər | 0

“Bakı Telefon Rabitəsi” MMC-nin (“Baktelecom”) 2017-2019-cu illər üçün auditini aparacaq şirkətin adı açıqlanıb.

Şirkətin auditini “PricewaterhouseCoopers Azerbaijan” (“PwC Azerbaijan”) audit şirkəti həyata keçirəcək.

Qeyd edək ki, hər iki şirkət auditin həyata keçirilməsi ilə bağlı martın 1-də 208,860 min manatlıq müqavilə imzalayıb.

Mənbə: apa.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

4 xarici şirkətin filialı və 13 şirkət ləğv edildi

posted in: Xəbər | 0

  • “Lekrus” MMC (VÖEN: 1301018051) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39 ünvanına bildirə bilərlər.
  • “Bağban-1” MMC (VÖEN: 7700453611) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 15, mənzil 39 ünvanına bildirə bilərlər.
  • “MAKSEM MÜSTƏQİL” Kiçik Müəssisəsi (VÖEN: 1600229761) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Azərbaycan prospekti 28 ünvanına bildirə bilərlər.
  • “UİLLİ ƏND MEYRİS S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1700851421) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “LONDEKS RESORSİZ S.A” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1300981111) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Ələsgər Qayıbov küçəsi 10Q, STN Plaza 11-ci mərtəbə ünvanına bildirə bilərlər.
  • “Kür –Ə” MMC (VÖEN: 2000878031) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Xətai rayonu, General Səmədbəy Mehmandarov küçəsi, ev 42, mənzil 32 ünvanına bildirə bilərlər.
  • “TƏRLAN” MMC (VÖEN: 1400304011) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Y.Vəzirov küçəsi, döngə 1, ev 27A ünvanına bildirə bilərlər.
  • “MTU Motor Türbin Sənaye və Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1701695631) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 90A ünvanına bildirə bilərlər.
  • “MƏŞRİQ” MMC (VÖEN: ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 3, mənzil 37 ünvanına bildirə bilərlər.
  • “Nurn-2016” MMC (VÖEN: 2903653651) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 8-ci mkr, ev 20A ünvanına bildirə bilərlər.
  • “Əngəlan” Kiçik Müəssisəsi (VÖEN: 1400763711) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 29 A ünvanına bildirə bilərlər.
  • “Şahdağ-2003” MMC (VÖEN: 4500021221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba şəhəri, N.Nərimanov küçəsi, ev 41 ünvanına bildirə bilərlər.
  • “Az Group DBK” MMC (VÖEN: 1503684461) “İnter DBK” MMC-yə (VÖEN: 1502098721) qoşularaq ləğv olunduğunu elan edir.
  • “KOTAZ AQRO” MMC (VÖEN: 1801190901) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi, ev 62, Marine Plaza, 9-cu  mərtəbə ünvanına bildirə bilərlər.
  • “Prof Consulting” MMC (VÖEN: 1004992801) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Binəqədi rayonu, Şəmsi Rəhimov, ev 58, mənzil 35 ünvanına bildirə bilərlər.
  • “Sunny-H” MMC (VÖEN: 1701110451) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Səbail rayonu, Əziz Nəzərov, ev 12 ünvanına bildirə bilərlər.
  • “RIVIERA GREEN SMART S.R.L” Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (VÖEN: 1401384641) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Baki şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az