“Dövlət qulluğu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1, № 3, maddə 131; 2002, № 12, maddə 693; 2003, № 1, maddə 16; 2004, № 1, maddə 10, № 4, maddə 199, № 5, maddə 321, № 8, maddə 597, № 11, maddə 884; 2005, № 6, maddələr 463, 475, № 10, maddə 874; 2006, № 5, maddə 386, № 6, maddə 479, № 8, maddə 657, № 11, maddə 927, № 12, maddələr 1005, 1014; 2007, № 2, maddə 83, № 5, maddələr 434, 436, № 7, maddə 711, № 10, maddə 934, № 11, maddələr 1049, 1074, 1078, № 12, maddələr 1213, 1219; 2008, № 3, maddə 153, № 5, maddələr 326, 341, № 6, maddələr 471, 481, № 7, maddə 602, № 8, maddə 699, № 10, maddə 881; 2009, № 2, maddə 54, № 5, maddə 311, № 6, maddə 403, № 10, maddə 771, № 11, maddə 878, № 12, maddə 964; 2010, № 4, maddə 276; 2011, № 2, maddə 71, № 3, maddə 165, № 6, maddə 463; 2012, № 5, maddə 413, № 10, maddə 945, № 11, maddə 1049; 2015, № 1, maddə 9, № 5, maddə 488, № 10, maddə 1100; 2016, № 8, maddə 1365, № 11, maddələr 1760, 1782, 1785; 2017, № 5, maddə 726, № 6, maddə 1054, № 7, maddə 1267, № 8, maddə 1513, № 11, maddə 1974, Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 824-VQD nömrəli, 29 dekabr tarixli 967-VQD və 968-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 23.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

2. 23.2-ci maddə üzrə:

2.1. birinci cümlədə “qulluğunda xidmət illərindən” sözləri “qulluğu vəzifəsində qulluq stajından” sözləri ilə əvəz edilsin;

2.2. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

“Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.”.

3. 23.3-cü maddədə “qulluğunda xidmət illərinin minimum həddinə” sözləri “qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına” sözləri ilə əvəz edilsin.

4. 23.5-ci maddə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 mart 2018-ci il.

Mənbə: president.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Məzuniyyət dövrü bir neçə ayı əhatə edərsə hesablama hansı ayda aparılır?

posted in: Xəbər | 0

Sual: Əmək məzuniyyətinə gedən zaman məzuniyyət pulunun avans şəkildə verildiyini nəzərə alsaq, hesablama nə zaman aparılmalıdır? Məzuniyyətə çıxdığı ay ya avans aldığı ay üzrə?

Cavab: Bildiririk ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

Eyni zamanda, qanunvericiliyin tələbinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir.

Bu baxımdan da işçinin məzuniyyətə çıxması barədə əmr əsas götürülməklə həmin şəxsin məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı hesablanır, avans şəklində ödənilir, hesablanmış məbləğə uyğun olaraq gəlir vergisi tutulur.

Məzuniyyət götürülən ay başa çatdıqdan sonra məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə həmin ayda işlənmiş günlərin sayına uyğun olaraq hesablanan əmək haqqı məbləği cəmlənir, məzuniyyət haqqı ödənilən zaman hesablanmış vergi məbləği dəqiqləşdirilir.

Onu da qeyd edək ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə hər ay üzrə ayrılıqda gəlir vergisi hesablanır.

Əmək qanunvericiliyi ilə bağlı əlavə məlumatın alınması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (195-5 Çağrı Mərkəzi,  http://www.mlspp.gov.az/ rəsmi sayt), vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı isə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 150.3.1-ci maddəsi və Əmək Məcəlləsinin 140-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Nazirlər Kabineti Qəzet nəşri üçün idxal olunan kağızın ƏDV-dən azad olunması məsələsinə yenidən baxıb

posted in: Vergi, Xəbər | 0

Nazirlər Kabineti qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxalı zamanı əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

Qəzet çapı üçün nəzərdə tutulan kağızın əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələyə müvafiq dövlət dövlət orqanlarının iştirakı ilə Nazirlər Kabinetində baxılıb.

Vergi sahəsində tətbiq edilən azadolmaların minimuma endirilməsi istiqamətində aparılan ardıcıl siyasət baxımından və bu sahədə beynəlxalq təcrübə də nəzərə alınmaqla qəzet nəşri üçün nəzərdə tutulan kağızın idxal zamanı ƏDV-dən azad olunması məqsədəuyğun hesab edilməyib.

Eyni zamanda, “Azərbaycan Respubikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, “Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı”na bu il yanvarın 1-dən 0 faizli gömrük rüsumu tətbiq edilir.

Vergi Məsəlləsinə əsasən, kütləvi informasiya vasitələrinin alqı-satqısının bütün növləri üzrə dövriyyələri, mətbu kütləvi informasiya vasitələri məhsulları ilə bağlı redaksiya, redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti üzrə (reklam xidmətləri istisna olmaqla) ölkədaxili əməliyyatlar ƏDV-dən azaddır.

Mənbə: trend.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az