“Sosial sığorta haqqında” qanunda kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, №5, maddə 348; 1999, №11, maddə 609; 2000, №11, maddə 776; 2001, №9, maddə 576, №12, maddələr 733, 736; 2002, №12, maddə 706; 2004, №7, maddə 505, №12, maddə 976; 2005, №1, maddə 2, №12, maddə 1082; 2006, №11, maddə 923, №12, maddə 1018; 2007, №1, maddə 4, №12, maddə 1193; 2008, №2, maddə 49, №4, maddə 254, №6, maddə 462, №7, maddə 602; 2009, №12, maddə 970; 2010, №4, maddə 276, №11, maddə 949; 2011, №10, maddə 883; 2013, №11, maddə 1284, №12, maddə 1487; 2014, №10, maddə 1171; 2016, №4, maddə 657, №6, maddə 971; 2017, №3, maddə 336, №7, maddə 1279) 17-ci maddəsinə “sığortaçı tərəfindən” sözlərindən sonra “, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 fevral, 2018-ci il

Mənbə: president.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Gilan Holding-də vakansiya

posted in: Audit, Bank, İş elanı, Xəbər | 0

AFB Bank Audit departamentində Auditor vəzifəsinə vakansiya elan edir.

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali iqtisadi və ya hüquqi təhsil;
• Analoji sahədə 1 il iş təcrübəsi;
• AR qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
• Təhlil etmək, risk yönümlü yoxlama aparmaq üzrə bacarıqlar;
• Dəqiqlik, detallara diqqət yetirmək və analitik düşüncə qabiliyyəti.

İŞİN TƏSVİRİ:
• Bankda aktivlərin qorunması üzrə sistem və prosedurların yoxlanılması;
• Təsdiq edilmiş müvafiq Audit planına əsasən yoxlamaların aparılması;
• Daxili nəzarət sisteminin effektivliyinin və adekvatlığının yoxlanılması;
• Korporativ idarəetmənin tətbiqini və effektivliyinin qiymətləndirilməsi;
• Qüvvədə olan AR qanunvericiliyinə, müvafiq nəzarət orqanlarının normativ hüquqi aktlarına və göstərişlərinə, Bankın daxili prosedur və qaydalarına, daxili davranış məcəlləsinə riayət olunmasını təmin edən sistemlərin yoxlanılması və s..

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Auditor” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Mənbə: afb.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

 

Vergitutma üçün mexaniki nəqliyyat vasitələri nədir?

posted in: Vergi, Xəbər | 0

Sual: Əmlak vergisi bəyannaməsinin əlavəsində, vergidən azad olunan əmlakın dəyəri haqqında məlumat göstərilməlidir. Həmin əlavənin 512.1 sətri VM – 199.4.3-cü maddəsinə istinadən vergidən azad olunan əmlakın dəyəri göstərilməlidir. 199.4.3-cü maddədə isə “mexaniki nəqliyyat vasitələri” göstərilib. Xahiş edirəm izah edəsiniz “mexaniki” nə deməkdir. Qabaqcadan sizə təşəkkür edirəm.

Cavab: Bildiririk ki, nəqliyyat vasitəsi yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən qurğu, habelə onun qoşqusudur (nəqliyyat vasitələri mexaniki və insanın, yaxud heyvanın əzələ enerjisi ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinə bölünür).

Vergi qanunvericiliyinə əsasən mexaniki nəqliyyat vasitələrinin dəyəri əmlak vergisindən azaddır.

Mexaniki nəqliyyat vasitələrinə isə asma mühərrikli velosipedlər və relsli nəqliyyat vasitələri istisna olmaqla, hər hansı özügedən nəqliyyat vasitəsi aiddir (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir).

Cavabın əsaslandırılması: Vergi Məcəlləsinin 199.4.3-cü maddəsi, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının  3 iyul 1998-ci il tarixli 517-İQ nömrəli Qanununun 1-ci maddəsinin 18-ci hissəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

600 manat əmək haqqı ilə 1C Operator tələb olunur

posted in: İş elanı, Xəbər | 0

İşəgötürən: Future Recruitment

Vəzifə öhdəlikləri:

  • Satış və Anbar əməliyyatlarının 1C sisteminə daxil edilməsi;
  • Hesabatların hazırlanması, Satış Planının hazırlanması;
  • Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsi;
  • Sifarişlərlə bağlı lazımi qeydlərin sistemə daxil edilməsi;
  • Anbara daxil olan və çıxan bütün malların qeydiyyatının aparılması.

İş şərtləri

  • İş qrafiki: Həftənin 6 günü (Bazar günü istirahət)
  • Əmək haqqı: 500-600 AZN və Premiyalar
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə

Tələblər: 

  • Ali təhsil;
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı);
  • 1 C (8.3 versiyasını) əla səviyyədə bilməli;
  • 25-40 yaş arası kişi namizəd;
  • Məsuliyyətli, dəqiq, gülərüz və ünsiyyətcil;
  • Kollektivdə işləmə bacarığı.

Əlaqə üçün e-mail: recruitment@future.az

Əlaqə nömrəsi: (051) 250 97 47

Mənbə: vakansiya.az
Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az