1700 manat əmək haqqı ilə mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Marine Company

Tələblər:

  • Maliyyə hesabatı üzrə minimum 2 il iş təcrübəsi;
  • ACCA, CIMA və ya digər beynəlxalq səviyyədə tanınmış orqanlardan keçən imtahanların qəti sayı. Başqa hər hansı bir ixtisas da qəbulolunandır.
  • Dil bilikləri – İngilis, Rus, Azərbaycan.
  • Audit təcrübəsi böyük üstünlükdür (Mümkündürsə Böyük 4-lük’də)

– Digər bütün tələblər şirkətlərə müraciət etdiyinizdə gərəkli olan tələblərdir (yaxşı ünsiyyət bacarığı, təzyiq altında işləmək bacarığı və s)

Əmək haqqı: 1700 AZN

Maraqlanan namizədlərdən CV-lərini ingilis dilində, mövzu bölməsində vəzifənin adını (Account Officer) qeyd etməklə aynur.gasimova@ires.az elektron ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yazı ingilis dilindən tərcümə olunmuşdur.

Mənbə: jobsearch.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Yumoru sevənlər üçün “Peşəyə meyillilik” testi

posted in: Məqalə, Xəbər | 0

Yumoru sevirsinizsə, bu test sırf sizin üçündür. Sadəcə bir sualı cavablandıraraq hansı peşənin sizə uyğun olduğunu müəyyən edə bilərsiniz 🙂

Sual: 2×2 neçə edər?

Cavab variantları:

  1. 2.
  2. Ölçü vahidlərinə bağlıdır.
  3. 79 (50 – bizə; 25 – sizə; 4 – kassaya).
  4. Sizə nə qədər lazımdır?
  5. İntim təklif etməməli.
  6. Orta hesabla 4.
  7. Üçdən beşə qədər.
  8. Bizim fikrimizcə, adi vaxtlarda olduğu kimi.
  9. Cavab verməkdə çətinlik çəkirəm, dəqiqləşdirmək lazımdır.
  10. Axmaq suallara cavab vermirəm.

Cavabların şifrinin açması:

  1. Müəllim.
  2. Proqramçı.
  3. Maliyyə direktoru.
  4. Mühasib.
  5. Katibə – referent.
  6. İqtisadçı.
  7. Hüquqşünas.
  8. Auditor.
  9. Marketoloq.
  10. Menecer.

Uğurlar 🙂

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Səhv yazılmış təsnifat koduna görə cərimə hesablana bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Əgər vergi verdikdə təsnifat kodunu indiyə kimi səhv qeyd etmişəmsə bu nəsə problem olarmı?

Cavab: Bildiririk ki, ödəniş aparılan zaman büdcə təsnifat kodu səhv göstərildikdə vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətini uyğun olaraq müvafiq düzəlişlər apamaqla həmin məbləği şəxsi hesab vərəqəsinə işlədikdə hər hansı problem yaranmır.

Bununla belə, təsnifat kodunun vergi ödəyicisi tərəfindən düzgün göstərilməsi məqsədəuyğundur.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Transmilli şirkətlər az vergi ödəməyə başlayıblar

posted in: Vergi, Xəbər | 0

Hökümətlərin vergilərin ödənilməsindən yayınma ilə bağlı  apardıqları mübarizəyə baxmayaraq, onların effektiv tarifləri aşağı düşüb.

Financial Times nəşrinin apardığı tədqiqatlar göstərib ki, nəhəng transmilli şirkətlər maliyyə böhranından əvvəlki dövrlə müqayisədə vergiləri daha aşağı tariflə ödəməyə başlayıblar. 2008-ci illə müqayisədə onların orta effektiv vergi tarifi 26%-dən, 2016-cı ildə 24%-ə qədər aşağı düşüb. 2000-ci ildə isə ümumiyyətlə həmin tarif 34% bərabər idi. Vergilərdən yayınma ilə bağlı beynəlxalq mübarizənin aparıldığı bir dövrdə bu, təbii ki, təəccüb doğurmaya bilmir.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az