Mühasib fırıldaqları (6-cı sxem)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

 

Mühasibat – istənilən biznesin mühüm tərkib hissədir. Həm nəhəng müəssisələr, həm də kiçik şirkətlər öz fəaliyyətlərində mühasibsiz keçinə bilməzlər. Bununla yanaşı, mühasiblərdən bəziləri öz rifah hallarını işlədikləri şirkətlərin hesabına artırmaqdan əl çəkmirlər. Bundan ötrü çoxlu sayda variantlar mövcuddur, axı, öz təşkilatlarının bütün maliyyə axınının “nəbzini öz əllərində” məhz, mühasiblər tuturlar.

Bu bölmədə biz mühasiblərin bəzi saxta sxemlərini nəzərdən keçirəcəyik, hansı ki, bunların sayəsində şirkətin gəlirləri əhəmiyyətli dərəcədə azala bilər, eləcə də həmin müəssisənin nüfuzuna xələl gələ bilər.

6-cı sxem
Kontragentlərlə hesablaşma zamanı fırıldaqçılıq

Bir çox müəssisələrdə zəruri cari ödənişləri etməkdən ötrü bəzən pul vəsaitlərinin çatışmazlığı məsələsi kəskin şəkildə özünü büruzə verir.

Belə deyək ki, istehsal müəssisəsinə cari həftə ərzində A və B tədarükçülərinə xammala görə ödəniş etmək, C müştərisinə isə artıq ödədiyi məbləği geri qaytarmaq lazımdır. Bundan əlavə, istehsal sahələri, anbar və ofisin icarəsinə görə ödəniş etmək və həmçinin vergiləri də ödəmək lazımdır. Zəruri ödəniləsi ümumi məbləğ deyək ki, 250 min manat təşkil edir, müəssisə isə yalnız 200 min manat ödəmək iqtidarındadır.

Belə hallarda fırıldaqçılıq etmək üçün mühasibdən ötrü yaxşı imkanlar ortaya çıxır. Sözügedən vəziyyətdə vergilər ən zəruri ödənişlər hesab olunur, çünki vaxtında ödənilməsə, cərimələrdən can qurtarmaq mümkün olmayacaq. Qalan ödənişləri etmək üçün isə mühasibin qarşısında seçim imkanları yaranır, əlbəttə, əgər rəhbərlikdən hər hansı konkret göstəriş yoxdursa.

Mühasib A tədarükçüsünə zəng edərək üzrxahlıq edir və söyləyir ki, ödənişi yalnız 10 gündən sonra etmək iqtidarındadırlar. Ola bilsin ki, A tədarükçüsü buna qarşı çıxmasın, lakin o, belə vəziyyətdə xammal göndərişinin baş tutmayacağı ilə bağlı xəbərdarlıq edəcək. Mühasib B tədarükçüsünə də zəng edir, amma burada başqa söhbət gedir.

Tədarükçü ödənişin ertələnməsinə qəti şəkildə etiraz edir, çünki o, bu pulların indi lazım olduğunu, özlərinin də təcili şəkildə nələr üçünsə ödəniş etməli olduqlarını bildirir. Belə olan halda ola bilsin ki, yaranmış vəziyyəti müzakirə etməklə bağlı mühasibə qarşılıqlı təklif edilsin.

Şəxsi söhbət zamanı mühasibə ödəniləcək məbləğin təxminən 3% həcmində “mükafat” təklif oluna bilər. Əgər, ödəniləcək məbləğ 50 min manat təşkil edirsə, mühasibə 1500 manat çatacaq. Özü də bu məbləği əldə etməkdən ötrü mühasib fövqəladə bir şey etməyəcək, yalnız öz xidməti vəzifəsini yerinə yetirəcək, yəni, tədarükçüyə çatası pulları onun hesabına köçürəcək.

Bəzən isə vicdansız mühasiblər belə vəziyyəti süni şəkildə özləri yaradırlar, baxmayaraq ki, ödənişləri etmək üçün müəssisənin hesabında kifayət qədər vəsait var. Belə halda mühasib təcili şəkildə pula ehtiyac duyan partnyorlarla “əlaqə” qurur. Sonra o, söyləyir ki, müəssisədə hazırda pul yoxdur və təəssüflər olsun ki, lazımi vəsaitin nə vaxt olacağı hələ məlum deyil.

Öz faydasını götürmək naminə bədniyyət mühasib nəinki təkcə doğma müəssisənin maraqlarını yaddan çıxarır, hətta öz kollektivini də zərbə altına qoyur.  Məsələr, olur ki, mühasib kontragentə iri məbləğdə pul köçürür (özünə çatacaq “mükafatı” aldığına görə), digər ödənişləri, məsələn, vergiləri ödəmək üçün hesabda pul saxlamır.

Bəzən asan qazanca çatmaq mühasibin gözlərini o qədər bağlayır ki, hətta ödənişi savadlı şəkildə tərtib etməyi belə unudur. Sənədlərlə təsdiq olunmamış bu cür ödənişlər isə nəzarətedici orqanlarla ciddi xoşagəlməzliklər yaranmasına gətirib çıxara bilər.

Bu növ saxtakarlıqları həyata keçirməkdən ötrü mühasib bir çox hallarda müəssisənin digər əməkdaşları, əsasən təchizatçılarla sövdələşməyə girir. Həmin əməkdaş bu maxinasiyalarda təşəbbüskar rolunda da çıxış edə bilər. Çünki, tədarükçülərlə daha sıx iş birliyində olur və bu cür incə məsələlərdə araçı rolunda çıxış etmək ondan ötrü elə də çətinlik törətmir.

Belə ki, o bir qayda olaraq tədarükçülərin maliyyə çətinlikləri ilə bağlı məlumatlı olur. Çox hallarda tədarükçü ilə danışıqlara da o başlayır və yalnız bundan sonra konkret təkliflə mühasibə müraciət edir.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

İnzibati Xətalar Məcəlləsində kiçik dəyişiklik edildi

posted in: Xəbər | 0

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1038-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1038-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1613, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 fevral tarixli 1834 nömrəli və 7 mart tarixli 1878 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.30-cu bənddə “, 515.0.1 və 516.0.1-ci” sözləri “və 515.0.1-ci” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 4.30-1-ci bənd əlavə edilsin:

“4.30-1. həmin Məcəllənin 516.0.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirirlər;”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2018-ci il.

Mənbə: president.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Mühasib-Xəzinədar tələb olunur

İşəgötürən: AGA Group of Companies

İş barədə məlumat

  • Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar;
  • Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması;
  • Satış qaimələri, ödəniş qəbzləri üzrə əməliyyatlar;
  • Müştəri hesablaşmaları üzrə əməliyyatlar;
  • Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi;
  • Gün ərzində mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması;
  • Kassa kitablarında yazılışlar aparılması.

Namizədə tələblər

  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • MS Office proqramları, xüsusən Excel-i mükəmməl bilməli.
  • Şəhər: Bakı
  • Yaş: 25 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Telefon: (012) 497-32-10
  • Əlaqədar şəxs: HR
  • Əmək haqqı: 600-800 AZN

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini recruitment@agagroup.az ünvanına mövzu yerində “Mühasib-xəzinadar” yazaraq göndərə bilərlər.

Mənbə: boss.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az

Kapital Bank’da vakansiya

posted in: Audit, Bank, İş elanı, Xəbər | 0

Kapital Bank namizədləri Daxili Audit Departamentinin auditoru vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

İmkanlar

  • Bank fəaliyyətinin bütün istiqamətləri üzrə biliklərin inkişaf etdirilməsi imkanı və biznes proseslərin təkmilləşdirilməsinə tövhə vermək
  • Peşəkar kvalifikasiyanın artırılması üzrə sertifikasiya və treninqlərdə iştirak
  • Peşəkar inkişaf üzrə fərdi yanaşma və dövrü qiymətləndirilmə.

Öhdəliklər

  • İllik Audit Planına əsasən həyata keçirilən audit yoxlamalarında iştirak etmək
  • Yoxlama nəticələrini dəstəkləyən məlumatları toplamaq, təhlil və şərh etmək, sənədləşdirmək
  • Biznes prosesləri yoxlamaq üçün planlaşdırılmış audit prosedurlarını həyata keçirmək
  • Audit hesabatlarının yazılmasında iştirak etmək

Tələblər

  • Audit, ümumi iqtisadiyyat, bank işi və uçot yönümlü ixtisaslar üzrə ali təhsil
  • Bank sahəsində minimum 3 illik iş təcrübəsi
  • Ünsiyyətqurma və təhlil qabiliyyəti
  • Mükəmməl yazı bacarığı
  • Mükəmməl Azərbaycan dili, səlis İngilis və Rus dili bilikləri

Maraqlanan namizədlər bu linkə daxil olmaqla CV-lərini göndərə bilər.

Mənbə: kapitalbank.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az