» » » Mühasib və dostları əlbir olarsa…

Mühasib və dostları əlbir olarsa…

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

Rostovda 106.000 manat pulu oğurlamış mühasib mühakimə olunub.

Kirov rayon məhkəməsi sosial sığorta Fondunun pul vəsaitləri ilə bağlı dələduzluq etmiş şəxslərdən biri haqda hökm çıxarıb. İstintaqın məlumatına görə qadın digər iştirakçılarla birlikdə sənədləri saxtalaşdırmaq yolu ilə Fondun hesabından 106.000 manat (36 milyon rubl) pul çıxarıb. Buna görə ona beş il şərti cəza verilib.

İttiham olunan və onunla işbirliyi təşkil edən on nəfər Fonda saxta sənədlər təqdim etməklə (misal üçün analıq məzuniyyəti ilə bağlı ödənişlər və s.), bu əsasda ödəniş üçün zəmin hazırlayıblar. Sonra isə həmin sənədlər əsasında cinayətkarlar vəsaitləri Fondun hesabından özlərinin nəzarətində olan 18 şirkətin hesabına köçürüblər və daha sonra pulları nağdlaşdıraraq, bankın kassasından ələ keçiriblər.

Ümumilikdə, işbirliyində olan bu şəxslər 173 ədəd saxta ödəniş həyata keçiriblər ki, bununla da əvvəlcədən əlbir olmaqla saxta sənədlər düzəldiblər – DİN-nin Rostov vilayəti üzrə baş idarəsindən belə deyiblər.

Söhbət sosial sığorta Fondunun Rostovdakı filiallarından birinin baş mühasibi işləmiş Svetlana Nasledişevadan gedir. Polis əməkdaşları iki  maddə üzrə daha on iştirakçı barəsində cinayət işi qaldırıb.

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az