» » » İnflyasiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

İnflyasiya ilə bağlı maraqlı faktlar (1-ci hissə)

posted in: iqtisadiyyat, Məqalə, Xəbər | 0
birbank biznes

İnflyasiya ilə əlaqəli hadisələr elə də əyləncəli görünmür, lakin iqtisadiyyat tarixində bununla bağlı maraqlı faktlar da az deyil. Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırq.

  • Məlum olduğu kimi, müharibə çox xərc aparan bir hadisədir. Belə ki, 1923-cü ilin noyabr ayında Almaniyada birinci dünya müharibəsinə çəkilən hərbi xərcləri hesablamaq barədə qərar qəbul edilib. Sən demə, müharibə keçmiş imperiyaya 15,4 pfenninqə başa gəlibmiş. Çünki bunun nəticəsi olaraq reyxin pul vahidi olab marka, inflyasiya nəticəsində həmin dövrlə müqayisədə trilyon dəfə ucuzlaşıbmış! Təxminən hər 49 saatdan bir qiymətlər iki dəfə yüksəlirmiş, inflyasiya isə illik  göstəricilər üzrə 3,25×106 faiz həcmində baş verirmiş. 1923-cü il inflyasiyası Almaniyada ona gərib çıxarmışdı ki, bir amerikan dollarına 4,7 trilyon marka pul verirdilər.
  • 1944-cü il Yunanıstan üçün heç də sevindirici il olmayıb. Həmin vaxt inflyasiya 8,55×109% (hər 28 saatdan bir qiymətlər ikiqat qalxıbmış) təşkil edib.
  • 1993-cü ilin oktyabrından 1994-cü ilin yanvar ayına qədər Yuqoslaviyada hiperinflyasiya yaşanıb – qiymətlər hər 16 saatdan bir ikiqat yüksəlib. İnflyasiya isə ildə 5×1015% təşkil edib.
  • Türkiyə də inflyasiya sahəsində  fərqlənən ölkələr sırasında yer alan dövlətlərdən olub. Belə ki, 2001-ci ildə 1 ABŞ dolları 1mln 650 min türk lirəsinə dəyişdirilib. 2004-cü ildə Türkiyə parlamenti dövriyyəyə yeni türk lirəsi buraxmaq barədə qərar qəbul etdi. 2005-ci ilin əvvəlindən dövriyyəyə buraxılan yeni türk lirəsi 1 000 000 keçmiş türk lirəsinə bərabər oldu.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.