7 ayda Gömrük Komitəsinə 1,5 milyon elektron müraciət daxil olub

posted in: Xəbər | 0

müraciətBu ilin yanvar-iyul ayında vətəndaşlar tərəfindən Dövlət Gömrük Komitəsinə (DGK) 1 milyon 520 min 55 elektron müraciət daxil olub.

DGK-dan bildirilib ki, daxil olan müraciətlər arasında fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron sadələşdirilmiş bəyannamənin qəbulu və gömrük əməliyyatları və ya gömrük prosedurları ilə bağlı ödəniləcək gömrük ödənişlərinin həyata keçirilməsi çoxluq təşkil edir. İyul ayında isə Dövlət Gömrük Komitəsinə 246 min 106 müraciət daxil olub.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat uçotunun aparılması: şübhəli borclar

posted in: muhasibat, Məqalə, Xəbər | 0

borclarMühasibat uçotunun aparılması: şübhəli borclar

Müasir dövrdə bütün şirkətlər istisnasız olaraq mühasibat uçotunu aparmağa borcludurlar. Eyni zamanda şübhəli borcları müəyyənləşdirmək və onlara ehtiyat yaratmaq lazımdır. Bütün bu işlər mühasibat uçotu və mühasibat hesabatlılığı ilə bağlı əsasnamədə nəzərdə tutulur.

İlk növbədə şübhəli borcların hansı dövrülük üzrə aşkara çıxarılmasını müzakirə edəcəyik. Ümumi cavab ondan ibarətdir ki, mühasibat uçotu siyasətiniz iqtisadi fəaliyyət faktlarının mühasibat uçotu və maliyyə hesabatlarında vaxtında əks olunmasını təmin etməlidir. Bunların zamanında əks olunması, qərar qəbul edənlərdən əldə edilən məlumatların mövcudluğu deməkdir, eyni zamanda bu, onların qəbul etdiyi qərarlara  öz təsirini göstərə bilməsi anlamına da gəlir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bir qayda olaraq, məlumatın faydalılığı onun müddətinin artması ilə aşağı düşür. Şübhəli borcların müəyyənləşdirilməsi ilə əlaqədar vaxtında zamanında ortaya çıxan tələblər şirkət haqqında məlumatların dərhal müəssisə rəhbərlərinə təqdim edilir və onlar tərəfindən idarəedici qərarlar qəbul qəbul olunmasında istifadə olunur. Axı, mühasibat uçotu öz-özlüyündə əhəmiyyəti deyil, ancaq istifadəçilərin maraqları üçün aparılır. Nəticədə, mühasib müqavilə üzrə ödəmə tarixləri üzrə debitor borclarının analitik hesabını təşkil etməlidir, həmçinin borcalanların ödəmə qabiliyyətinə nəzarət etməlidir. Bundan əlavə, zəmanətlər ilə təmin edilmiş borcları ayırmaq lazımdır. Bu cür borclar daha likvidli hesab olunur. Lakin, ilk baxışda belədir.

Şübhəli borclar üzrə ehtiyatlar və qarşılıqlı borclar

Vergi uçotunda şübhəli borc – bu müqavilədə nəzərdə tutulan şərtlər çərçivəsində malın satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi, bu borcun ödənilmədiyi və girov, zəmanət və ya bank zəmanəti ilə təmin edilməməsi ilə bağlı yaranmış borclardır.

Şübhəli borclar üzrə hesablama metodunu tətbiq edərkən, hesabat vergi dövrünün sonunadək həyata keçirilmiş debitor borclarının inventarlarının nəticələrinə əsasən ehtiyat yarada bilərsiniz. Bu halda kontragent qarşısında  ödənilməli olan qarşılıqlı iddia varsa, qarşı tərəfin alacaqlarının bir hissəsi şübhəli borc hesab olunur, hansı ki, qarşılıqlı kreditor borcunun miqdarını ötüb keçir. Və sözügedən borcların nə vaxt yaranması vacib deyil.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

33 milyon manat məbləğində vergidən yayınma

posted in: Vergi, Xəbər | 0

vergiBaş direktor və mühasib dövlətdən 1 milyard 300 milyon rubl (təxminən 33 milyon manat) məbləğində vergini gizlədiblər.

Nalçik şəhər məhkəməsinə (Rusiya) respublika müəssisələrindən birinin baş mühasibi ilə bağlı cinayət işi göndərilib. Qadın özünün bilavasitə rəhbəri ilə birlikdə iri məbləğdə vergi ödənişindən yayınıb.

Rusiya Federasiyası Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, Kabarda-Balkariyada fəaliyyət göstərən şirkətlərdən birinin baş direktoru, baş mühasiblə cinayət əlaqəsinə girərək, 2014-cü ilin mart ayından, 2016-cı ilin oktyabr ayına kimi vergi bəyannaməsinə bilərəkdən yalan məlumatlar daxil ediblər ki, bu da onların 1 milyard 300 milyon rubl məbləğində vergidən yayınmalarına gətirib çıxarıb.

Bir qrup şəxs tərəfindən öncədən əlbir olmaqla külli miqdarda vergi ödənişindən yayınmaq maddəsilə baş mühasib mühakimə olunacaq. Direktoru tapmaq hələ mümkün olmayıb. Belə ki, o istintaqdan qaçaraq gizlənib. Hazırda baş direktor beynəlxalq axtarışa verilib.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib tələb olunurİşəgötürən: Green City

  • Şəhər: Bakı
  • Yaş: 35 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Türkan Hacıyeva
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– İş günləri: I-VI, istirahət bazar
– İş saatı: 09:00-dan 18:00-dək
– Nahar fasiləsi saat 13:00-dan 14:00-dək
– Servis və nahar yeməyi ilə şirkət tərəfindən təmin edilir.
– Əmək haqqı: 800 AZN
Namizədə tələblər– Yaş həddi: 35-50
– Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi.
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Rus və ingilis dillərini bilməsi arzu olunandır
– MS Office (Word, Excel, Outlook) və 1C (8.3) proqramlarında işləmək bacarığıQeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizihr@greencity.az / info@finstaff.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.