» » » 800 manat məvaciblə Mühasib tələb olunur

800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0
birbank biznes

Mühasib tələb olunurİşəgötürən: Green City

  • Şəhər: Bakı
  • Yaş: 35 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Türkan Hacıyeva
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
– Vergi və mühasibat uçotunun aparılması
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
– Debitor və kreditor hesablaşmaların aparılması
– Əmək haqqı, məzuniyyətlərin hesablanması
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s
– Mal-materialların uçotunun aparılması
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– İş günləri: I-VI, istirahət bazar
– İş saatı: 09:00-dan 18:00-dək
– Nahar fasiləsi saat 13:00-dan 14:00-dək
– Servis və nahar yeməyi ilə şirkət tərəfindən təmin edilir.
– Əmək haqqı: 800 AZN
Namizədə tələblər– Yaş həddi: 35-50
– Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi.
– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
– Rus və ingilis dillərini bilməsi arzu olunandır
– MS Office (Word, Excel, Outlook) və 1C (8.3) proqramlarında işləmək bacarığıQeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizihr@greencity.az / info@finstaff.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.Mənbə: boss.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.