Baş direktor və mühasib dövlətdən 1 milyard 300 milyon rubl (təxminən 33 milyon manat) məbləğində vergini gizlədiblər.
Nalçik şəhər məhkəməsinə (Rusiya) respublika müəssisələrindən birinin baş mühasibi ilə bağlı cinayət işi göndərilib. Qadın özünün bilavasitə rəhbəri ilə birlikdə iri məbləğdə vergi ödənişindən yayınıb.
Rusiya Federasiyası Baş prokurorluğunun mətbuat xidmətindən bildiriblər ki, Kabarda-Balkariyada fəaliyyət göstərən şirkətlərdən birinin baş direktoru, baş mühasiblə cinayət əlaqəsinə girərək, 2014-cü ilin mart ayından, 2016-cı ilin oktyabr ayına kimi vergi bəyannaməsinə bilərəkdən yalan məlumatlar daxil ediblər ki, bu da onların 1 milyard 300 milyon rubl məbləğində vergidən yayınmalarına gətirib çıxarıb.
Bir qrup şəxs tərəfindən öncədən əlbir olmaqla külli miqdarda vergi ödənişindən yayınmaq maddəsilə baş mühasib mühakimə olunacaq. Direktoru tapmaq hələ mümkün olmayıb. Belə ki, o istintaqdan qaçaraq gizlənib. Hazırda baş direktor beynəlxalq axtarışa verilib.