Vergidən azad edilən torpaqlar hansılardır?

posted in: Vergi, Xəbər | 0

Vergidən azad edilən torpaqlarVergidən azad edilən torpaqlar hansılardır?


Bəzi kateqoriyalı torpaqlar var ki, onlar vergiyə cəlb olunmur. Bunlar aşağıdakılardır:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan  Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilməli torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanları;
  • müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
  • müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan  hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir. Bu güzəşt investisiya təşviqi sənədi almış hüquqi şəxs və fərdi sahibkara da aiddir. Həmçinin sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru bu parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilir.

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Təcrübəsiz gənclər üçün Nikoil Bank’da təcrübə proqramı

posted in: Bank, İş elanı, Xəbər | 0

Nikoil2017-ci ilin aprel ayından etibarən NIKOIL Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib. Bu müddət ərzində 80 nəfər təcrübə keçib və artıq onlardan 37 nəfəri daimi işə qəbul edilib.

NIKOIL Bank təcrübə proqramını davam etdirir və təcrübə keçməklə maraqlanan gənc istedadlı şəxsləri “Kredit mütəxəssisi” vəzifəsi üzrə ilk seçimlərdə iştirak etməyə dəvət edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Namizədlərə aid ilkin tələblər:

  • Biznes təhsili / İqtisadiyyat üzrə təhsil
  • Azərbaycan və rus dillərini bilmək. İngilis dili arzu olunandır.
  • Ünsiyyət bacarığı
  • Analitik bacarıqlar
  • Nəticə-yönümlü

Maraqlanan şəxslər məktubun mövzu bölməsində“Təcrübə – Kredit Mütəxəssisi” yazaraq öz CV-lərini cv@nikoil.az /info@finstaff.az  elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu 17.08.2018 tarixinə qədər davam edəcək.

Mənbə: www.nikoil.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1200 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibİşəgötürən: BSC Consulting & Outsourcing Company

Vəzifə: Baş Mühasib

Tələblər:

– Yaş həddi: 25-55

∙ Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi.
∙ Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə)
∙ Rus və ingilis dillərini bilməsi arzu olunandır
∙ 1C (8.3) proqramında işləmək bacarığı

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vəzifələr:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İş şəraiti:

İş günləri: I-VI, istirahət bazar.
İş saatı: 09:00 – 18.00, şənbə günü 09:00 – 13:00 (alt-üst həftə)
Əmək haqqı: 1000-1200AZN

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi  hr@bsc-group.az / info@finstaff.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərərkən “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Mənbə: jobsearch.az


19 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

şirkət“BRAVİSSİMO” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 2902681161) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 22 ünvanına bildirə bilərlər.

“NEOS” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1403440911) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mikrorayon, ev 60, mənzil 89 ünvanına bildirə bilərlər.

“PİCASO AUTO” MMC (VÖEN: 1401514221) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,  Vaqif prospekti, ev 3, mənzil 51 ünvanına bildirə bilərlər.

“BƏHRƏMTƏPƏ TİKİNTİ MATERİALLARI” ASC (VÖEN: 5500409701) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ünvanına bildirə bilərlər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“LİDER-GM “ MMC (VÖEN: 2902716031) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 22 ünvanına bildirə bilərlər.

“ELİT-11” MMC (VÖEN: 2902092981) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9D, mənzil 22 ünvanına bildirə bilərlər.

“FENİKS-T” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 3101101731) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 31. Mənzil 21 ünvanına bildirə bilərlər.

“ARBAT-A” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 3101101991) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Abşeron rayonu, Məmmədli kəndi, Ə.Əliyev küçəsi, ev 31. Mənzil 21 ünvanına bildirə bilərlər.

“COMPAKT-2013” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 2902737131) hüquqi varisliyinin  digər şəxsə keçmədən ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52A, mənzil 19 ünvanına bildirə bilərlər.

“DREAM TRADİNG” MMC (VÖEN: 1402462571) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu,  Neftçilər prospekti, ev 143, mənzil 32 ünvanına bildirə bilərlər.

AZƏRBAYCAN RESPUBLİKASININ SAHİBKARLIĞA KÖMƏK MİLLİ FONDU (VÖEN: 1300129151) ləğv olunduğunu elan edir. Kreditorlar 15 gün ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi 172 ünvanına bildirə bilərlər.

“OFFSHORE MANAGMENT AND CONSULTİNG SERVİCES” Məhdud məsuliyyətli cəmiyyəti (VÖEN: 1701929751) ləğv olunaraq “FEMH” MMC-yə (VÖEN: 1701851761) qoşulduğunu və “FEMH” MMC “OFFSHORE MANAGEMENT AND CONSULTİNG SERVİCES” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

“GÜÇER” MMC (VÖEN: 1600322351) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı ş., Nizami r., P.Fərzəliyev küç.41 ünvanına bildirə bilərlər.

“REAL ELEKTRİK-V” MMC (VÖEN: 4501733541) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Quba rayonu, Zərdabi ünvanına bildirə bilərlər.

“MƏK-AN” Məhdud Məsuliyyətli Müəssisəsi (VÖEN: 1300133011), “YENİ MƏKAN” MMC-nin (VÖEN: 1500085431) fəaliyyətinə xitam verilərək ona qoşulması nəticəsində yenidən təşkil edildiyini və fəaliyyətinə xitam verilən hüquqi şəxsin hüquqi varisi olduğunu elan edir. “YENİ MƏKAN” MMC (VÖEN: 1500085431) “MƏK-AN” Məhdud Məsuliyyətli Müəssisəsi   (VÖEN: 1300133011) qoşulması nəticəsində fəaliyyətinə xitam verildiyini elan edir.

“MVN-TİKİNTİ” MMC (VÖEN: 4501733991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba rayonu, Zərdabi ünvanına bildirə bilərlər.

“MV-TOPDANSATIŞ” MMC (VÖEN: 4501733131) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba rayonu, Zərdabi ünvanına bildirə bilərlər.

“MİL-İNŞAAT” MMC (VÖEN: 4501733411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba rayonu, Zərdabi ünvanına bildirə bilərlər.

“ZİRVƏ ELELKTRİK” MMC (VÖEN: 4501733261) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Quba rayonu, Zərdabi ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.