2017-ci ilin aprel ayından etibarən NIKOIL Bank ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib. Bu müddət ərzində 80 nəfər təcrübə keçib və artıq onlardan 37 nəfəri daimi işə qəbul edilib.
NIKOIL Bank təcrübə proqramını davam etdirir və təcrübə keçməklə maraqlanan gənc istedadlı şəxsləri “Kredit mütəxəssisi” vəzifəsi üzrə ilk seçimlərdə iştirak etməyə dəvət edir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Namizədlərə aid ilkin tələblər:
- Biznes təhsili / İqtisadiyyat üzrə təhsil
- Azərbaycan və rus dillərini bilmək. İngilis dili arzu olunandır.
- Ünsiyyət bacarığı
- Analitik bacarıqlar
- Nəticə-yönümlü
Maraqlanan şəxslər məktubun mövzu bölməsində“Təcrübə – Kredit Mütəxəssisi” yazaraq öz CV-lərini cv@nikoil.az /info@finstaff.az elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu 17.08.2018 tarixinə qədər davam edəcək.
Mənbə: www.nikoil.az
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.