» » » Vergidən azad edilən torpaqlar hansılardır?

Vergidən azad edilən torpaqlar hansılardır?

posted in: Vergi, Xəbər | 0

Vergidən azad edilən torpaqlarVergidən azad edilən torpaqlar hansılardır?


Bəzi kateqoriyalı torpaqlar var ki, onlar vergiyə cəlb olunmur. Bunlar aşağıdakılardır:

  • yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
  • dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan  Respublikası Mərkəzi Bankının və onun qurumlarının, maliyyə bazarlarına nəzarət orqanının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
  • istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;
  • dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə ödənilməli torpaq vergisinin məbləği 10 manat azaldılır:

  • Azərbaycan Respublikasının Milli qəhrəmanları;
  • Sovet İttifaqı və Sosialist əməyi qəhrəmanları;
  • müharibə əlilləri;
  • həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
  • müharibə veteranı adı almış şəxslər;
  • Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən yaradılmış sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan  hüquqi şəxs yaratmadan  sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər həmin parklarda qeydiyyata alındıqları hesabat ilindən başlayaraq bu parklarda istifadə etdikləri torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad edilir. Bu güzəşt investisiya təşviqi sənədi almış hüquqi şəxs və fərdi sahibkara da aiddir. Həmçinin sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru bu parkların ərazisində istifadə etdiyi torpaqlara görə torpaq vergisini ödəməkdən azad edilir.

Biznes hesabi

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.