Ötən həftənin hüquqi icmalı (13.08.2018-18.08.2018)

posted in: Xəbər | 0
həftənin icmalıMövzu çərçivəsində 13 avqust – 18 avqust tarixləri arasında Azərbaycan Respublikası qanunvericiliyində baş vermiş dəyişiklikləri araşdıracağıq.
Ötən həftə hansı yeniliklər oldu?

1) 13.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi” Qaydalarınının 2.26-cı maddəsinə əlavələr edilmişdir.
– Mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına, tikinti işləri Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə, həmçinin həmin Agentliyə məlumat verməlidir.
2) 14.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 15 nəfərdən ibarət kollegiyası (kollegiya sədri Kənd Təsərrüfatı naziri oldu) müəyyən edildi.
3) 14.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 15 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan magistralını Əhmədalılar, Kərimbəyli, Aşağı Yağlıvənd, Araz Zərgər kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4.7 mln manat ayrıldı.
4) 14.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin adı dəyişdirilərək Aqrar Elm və İnnovasiya Mərkəzi oldu.
5) 15.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bakı şəhəri ərazisində ümumşəhər əhəmiyyətli Babək prospektinin yenidən qurulması məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20.1 mln manat ayrıldı.
6) 16.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 6 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Sanqaçal–Çeyildağ avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 11.6 mln manat ayrıldı.
7) 17.08.2018. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9.1 mln manat ayrıldı.
8) 17.08.2018. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”-na aşağıdakı yeni əlavələr edildi.
4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlər
4-1.1. Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu
4-1.2. Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu
4-1.3. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu
4-1.4. Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu
Ayrı-ayrı qurumların məlumatları:
9) 14.08.2018. Azərbaycan Respublikası Prezidenti yanından Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatı:
– Çoxsaylı müraciətləri və aparılmış statistik təhlilləri nəzərə alaraq vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 20 avqust 2018-ci tarixindən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində xidmət daha erkən başlayacaq.
Müvafiq tarixdən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri həftənin bazar ertəsi – cümə günləri saat 09:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 09:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Yalnız “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Eyni zamanda 108 Çağrı mərkəzinin iş rejimində də dəyişiklik ediləcək. Mərkəz bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü isə saat 09:00-dan 13:00-dək fəaliyyət göstərəcək.
Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Bu hesabatlar “Elektron xidmət növlərinin Siyahısı”na əlavə edildi

posted in: Xəbər | 0

Elektron xidmətAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 355
Bakı şəhəri, 17 avqust 2018-ci il
“Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan
Respublikasının Prezidenti tərəfindən yaradılan publik
hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 304 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:

4-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
4-1.1. Bələdiyyələr tərəfindən təqdim edilən rüblük maliyyə məlumatlarının qəbulu
4-1.2. Kommersiya təşkilatları və publik hüquqi şəxslər tərəfindən təqdim edilən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qəbulu
4-1.3. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən təqdim edilən illik maliyyə hesabatlarının qəbulu
4-1.4. Qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən təqdim edilən statistik hesabatların qəbulu

 

Azərbaycan Respublikasının
Baş naziri                                    Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Gəlir vergisi güzəşti əldə etmək üçün işçi hansı sənədləri təqdim etməlidir?

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi güzəştiGəlir vergisi güzəşti əldə etmək üçün işçi hansı sənədləri təqdim etməlidir?


Sual: Sualım Vergi Məcəlləsinin 102.5-102.6 cı maddələri ilə bağlıdır. İki azyaşlı uşağım var və həyat yoldaşım heç yerdə işləmir. Bilmək istərdim həyat yoldaşım himayədə olanlar sırasına aiddirmi və mənim vergi tutulmalı olan aylıq gəlirimdə 50 manat güzəşt nəzərə alınmalıdırmı? Belə olan halda mən mühasibatlığa hansı sənədləri təqdim etməliyəm və işlədiyim dövr ərzində itirilmiş məbləği bərpa edə bilərəmmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır. Təsdiqedici sənədlər təqdim olunmayan dövr üzrə vergi güzəştinin nəzərə alınması isə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Xatırladırıq ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 450-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gilan Holding Baş mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0
Baş Mühasib (Gilan İnşaat Qrupu)

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Təhsil: Bakalavr

Öhdəliklər:
  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
  • Vergi bəyannamələrini, e-qaimə, VHF tərtib etməkylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Namizəddə tələblər:
  • Ali təhsil  (Mühasibat uçotu, Maliyyə)
  • 1C, MS Office proqramlarını yüksək səviyyədə bilməli
  • Baş mühasib kimi ən azı 5 illik iş təcrübəsi
  • Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Beynəlxalq mühasibat standartlarını bilməlidir.

Dillər: Səviyyə

Azərbaycan: Ana dili

Rus: Orta səviyyədən yuxarı

İngilis: Orta

Mənbə: gilanholding.com

Müraciət üçün bu linkə daxil olun.

Son müraciət tarixi: 01.09.2018


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.