Mühasib təftişçinin əmək funksiyası nədir və nələri bilməlidir?

posted in: muhasibat, Xəbər | 0

Mühasib təftişçiƏmək funksiyası. Müəssisə, idarə və təşkilat və onların sərbəst balansında olan bölmələrin təsərrüfat və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir. Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları müvafiq yerlərə təqdim edir. Təftiş olunan obyektin rəhbərlərinə aşkar edilmiş pozuntu hallarını və çatışmazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir.

Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərin və əsas fondların hesabının düzgünlüyünə, onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, elektrik enerjisinin, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisə, idarə və təşkilatın bölmələrində inventarizasiya və mühasibat uçotunun aparılmasının təşkilinə nəzarət edir. Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların hər vasitə ilə qənaətinə, müəssisə, idarə və təşkilatların təsərrüfat-maliyyə fəaliyyətinə nəzarətin gücləndirilməsinə, mühasibat uçotun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Mühasibat uçotu və hesabatın aparılmasına dair müəssisə, idarə və təşkilatın işçilərinin fəaliyyətinə nəzarət edir.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bilməlidir:

  • mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki, normativ və başqa rəhbər materialları;
  • müəssisə, idarə və təşkilatlarda mühasibat hesabatının işlənilməsinin üsul və formalarını;
  • uçot-hesabat planını və korrespondensiyasını;
  • hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
  • sənədlərin rəsmiləşdirilməsini, təsərrüfat vəsaitinin, onun hərəkətinin mühasibat hesabı sistemində əks olunması qaydasını;
  • müəssisənin təsərrüfat maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarım;
  • hesablama texnikasının istismarı qaydasını; iqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını;
  • əmək qanunvericiliyinin əsaslarını;
  • əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Ödəniş dərəcələrinə ixtisas tələbləri:

  • 7-ci dərəcə: ali iqtisadi təhsil və müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı;
  • 8-ci dərəcə: ali iqtisadi təhsil və 7-ci dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
  • 9-cu dərəcə: ali iqtisadi təhsil və 8-ci dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı;
  • 10-11-ci dərəcələr (aparıcı mühasib-təftişçi): ali iqtisadi təhsil, 9-cu dərəcəli mühasib təftişçi vəzifəsində 3 ildən az olmayaraq iş stajı.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2000 manat məvaciblə Büdcə Şöbəsinin Müdiri tələb olunur

posted in: İş elanı, Xəbər | 0

Büdcə Şöbəsiİşəgötürən: TuranBank

Vəzifə: Büdcə Şöbəsinin Müdiri

Əmək haqqı: 1800-2000 AZN

  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat
– Büdcənin tərtibi və onun icrasına nəzarət
– BMHS-a uyğun Maliyyə hesabatlarının hazırlanması
– BMHS-a uyğun aktivlər üzrə ehtiyatların hesablanması
– Beynəlxalq Maliyyə Təşkilatlarına hesabatların hazırlanması
– İş qrafiki: 09:00-dan 18:00-dək
Həmçinin bax: 600 manat məvaciblə mühasib köməkçisi axtarılır
Namizədə tələblər
– İqtisadi/maliyyə/beynəlxalq münasibətlər sahəsində ali təhsil
– Səlis Azərbaycan və ingilis dili bilikləri
– Beynəlxalq audit şirkətlərində analoji sahə üzrə 3 il iş təcrübəsi
– İT resursları və ofis proqramları ilə mükəmməl işləmək bacarığı

Əlilliyi olan işçilərin təminatları

posted in: Xəbər | 0

Əlilliyi olan işçilərƏvvəla bildirək ki, Azərbaycan Respublikası Konstitusiyasına görə hər kəs qanunla bərabər hüquqlara malikdir. Bu baxımdan da əlilliyi olan şəxslər üçün hər hansı məhdudiyyətlərin nəzərdə tutulması qanunvericiliklə qadağan edilmişdir.
Bu mövzu çərçivəsində əlilliyi olan işçilərə verilən təminatlardan bəhs edəcəyik.
1) Əvvəla Vergi Məcəlləsinin 102.2-ci madddəsinə görə müharibə əlillərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Məcəllənin 102.3-cü maddəsinə görə isə I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.
Misal, şəxsin əmək haqqı (hesablanmış, gross) 600 AZN-dirsə, onun əlilliyinin dərəcəsinə görə gəlir vergisi 600 AZN-dən deyil, 600-200=400 və ya 600-400=200-dən hesablanacaq.
2) Əmək Məcəlləsinin 66-cı maddəsinə görə vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər attestasiya olunmayan işçilər sayılır.
Məcəllənin 79.1-ci maddəsinə görə öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin işəgötürən tərəfindən müəssisə ləğvi və ya müqavilə müddətinin bitməsi istisna olmaqla müqaviləsinə xitam verilməsi qadağandır.
Məcəllənin 91.2-ci maddəsinə görə 1-ci və 2-ci qrup əlil olan işçilər üçün qısaldılmış iş həftəsinin müddəti 36 saatdan artıq ola bilməz.
Məcəllənin 98.2-ci maddəsinə görə Əlil işçilər gecə vaxtı görülən işlərə yalnız onların yazılı razılığı ilə və müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla cəlb edilə bilərlər.
Məcəllənin 119.2-ci maddəsinə görə Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə  və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir.

Mənbə: Şəhriyar Həbilov / Praktiki hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sifarişçi yerinə yetirilmiş işi qəbul etmirsə, ƏDV bəyannaməsində əks edilməlidir?

posted in: Vergi, Xəbər | 0

yerinə yetirilmiş işSual: VM 166.1.1-ci maddəsində qeyd olunan işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxt dedikdə bunu iş görən tərərfindən görüldüyü, yaxud müştəri tərəfindən qəbul edildiyi vaxt vergi hesabatı baxımından qəbul olunmalıdır? ƏDV hesabatı üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi vaxt hansı vaxt hesab olunur?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə 5 gün ərzində verilmiş elektron vergi hesab-fakturada göstərilən məbləğ 30 gün müddətində ödənildiyi halda vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV tutulan əməliyyatın vaxtı ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Təqdim edilmiş mallara görə elektron vergi hesab-faktura 5 gün müddətində verilmirsə və ödəmə 30 gün müddətində həyata keçirilmirsə əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt hesab edilir. Mülki qanunvericiliyə əsasən podrat müqaviləsinə və ya işin xarakterinə əsasən işlərin qəbul edilməsi nəzərdə tutulmuşdursa, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun, qüsurlardan azad olduğu halda və ya keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda sifarişçi yerinə yetirilmiş işi podrat müqaviləsi ilə müəyyənləşdirilmiş müddətdə qəbul etmirsə, bu halda iş qəbul edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt, elektron vergi hesab-fakturası isə mal (iş, xidmət) təqdim ediləndən sonra 5 gündən gec olmayaraq verilməlidir. Qeyd olunanlara əsasən sorğunuza əsasən görülən iş və göstərilən xidmət həmin aya görə təqdim olunan ƏDV bəyannaməsində öz əksini tapmalıdır.

Bax: Mülki Məcəllənin 752.1-ci, 756.1-ci, 762-ci və 770-ci maddələri, Vergi Məcəlləsinin 13.2.11-ci, 166-cı və 176.3-cü maddələri

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.