» » » 600 manat məvaciblə mühasib köməkçisi axtarılır

600 manat məvaciblə mühasib köməkçisi axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisi axtarılırİşəgötürən: “Ze-Troniks” MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
İş barədə məlumat– Ofisdə kargüzarlığın təşkili, daxil olan və çıxan sənədlərin qeydiyyatı, məktubların və faksların göndərilməsi, elektron poçtla daxil olan məktubların cavablandırılması
– Şirkətin əməkdaşlıq etdiyi banklarla şirkətə mühasibatlıq xidməti göstərən şirkət arasında əlaqələrin koordinasiyası, o cümlədən gündəlik maliyyə-mühasibat sənədlərinin, hesab-fakturaların tərtib olunması, müqavilələrin qeydiyyatı və mühasibatlıq xidməti göstərən şirkətə təqdim olunması, tələb olunan hesabatların hazırlanması
– Cari ödənişlərin bankın təqdim etdiyi “internet-banking proqramı” vasitəsilə onlayn rejimdə həyata keçirilməsi
– Ofis ləvazimatlarının və ofisə lazım olan digər təsərrüfat mallarının və xidmətlərinin satın alınmasının təşkili
– İşçilərin məzuniyyət və ezamiyyə sənədlərinin hazırlanması və mühasibatlıq xidməti göstərən şirkətə təhvil verilməsi
– Rəhbərliyin tapşırığına uyğun olaraq ofis daxilində digər administrativ işlərin yerinə yetirilməsi
– İş qrafiki: Bazar ertəsi-cümə günləri, saat 09:00-dan 18:00-dək
Həmçinin bax: Agro Art Mühasib axtarır
Namizədə tələblər
– Cinsi: Kişi
– İqtisadiyyat, maliyyə/mühasibatlıq və ya biznes idarəçiliyi üzrə ali təhsil
– Müvafiq sahədə ən azı 1 illik iş təcrübəsi
– Microsof Office (xüsusi ilə Excel) proqramlarına dair mükəmməl bilik və təcrübə (1C və digər uçot proqramları üzrə bilik və təcrübə arzu olunandır)
– Milli mühasibatlıq, bank və vergi qanunvericiliyi üzrə bilik və təcrübə
– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili bilikləri arzuolunandır)
– Ünsiyyət və komanda ilə işləmə bacarıqları
– Analitik düşünmə və problemləri həll etmə bacarıqları
– Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq

Namizədlər öz CV-lərini mövzu hissəsində vəzifənin adı göstərilməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər: rashad@ze-tronics.com / info@finstaff.az

Mənbə: boss.az

Biznes hesabi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.