» » » Gəlir vergisi güzəşti əldə etmək üçün işçi hansı sənədləri təqdim etməlidir?

Gəlir vergisi güzəşti əldə etmək üçün işçi hansı sənədləri təqdim etməlidir?

posted in: Vergi, Xəbər | 0

Gəlir vergisi güzəştiGəlir vergisi güzəşti əldə etmək üçün işçi hansı sənədləri təqdim etməlidir?


Sual: Sualım Vergi Məcəlləsinin 102.5-102.6 cı maddələri ilə bağlıdır. İki azyaşlı uşağım var və həyat yoldaşım heç yerdə işləmir. Bilmək istərdim həyat yoldaşım himayədə olanlar sırasına aiddirmi və mənim vergi tutulmalı olan aylıq gəlirimdə 50 manat güzəşt nəzərə alınmalıdırmı? Belə olan halda mən mühasibatlığa hansı sənədləri təqdim etməliyəm və işlədiyim dövr ərzində itirilmiş məbləği bərpa edə bilərəmmi?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Cavab: Bildiririk ki, sorğuda göstərilən halda fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır. Təsdiqedici sənədlər təqdim olunmayan dövr üzrə vergi güzəştinin nəzərə alınması isə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Xatırladırıq ki, təqaüd, pensiya və işsizlik müavinəti alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Bax: Vergi Məcəlləsinin 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 450-VQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Biznes hesabi

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.