2018-ci ilin avqust ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilərƏmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr

  • 2018-ci il üzrə hesablanmış Torpaq vergisinin yarısını cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.
  • 2018-ci ilin 3-cü rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələrini cari ilin avqust ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.  
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2018-ci ilin iyul ayı üzrə vergi ödəyiciləri tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsini,
  • Aksiz bəyannaməsini,
  • Yol vergisi bəyannaməsini,
  • Mədən vergisi bəyannaməsini,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsini və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsini

 

cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim etməli və hesablanmış vergiləri həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödəməlidirlər.

  • Daşınmaz əmlak təqdim edən şəxslərdən ödəmə mənbəyində tutulan Sadələşdirilmiş verginin bəyannaməsi notariuslar tərəfindən cari ilin avqust ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin iyul ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir

(ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən bəyannamə illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri tərəfindən 3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

  • Xüsusi notariusların 2018-ci ilin iyul ayı üzrə hesabladığı gəlir vergisi cari ilin avqust ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (3-cü rüb üzrə bəyannamə cari ilin oktyabr ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

Qeyd: 20.10.2018-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyindən 2018-ci ilin 3-cü rübü üzrə bəyannamələrin təqdim edilməsinin son müddəti 22.10.2018-ci il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

500 manat əmək haqqı ilə xəzinədar tələb olunur

Xəzinədar üzrə vakansiyaŞirkət: Miniso LLC

Şəhər: Bakı

E-mail:  hr@miniso.co.az / info@finstaff.az

Kateqoriya: Xəzinədar xidməti

Vəzifə: Xəzinədar

Əmək Haqqı: 500 AZN

Tələblər

• Yaş: 25-35
• Təhsili : Ali
• İş təcrübəsi : 1 ildən 3 ilə qədər
• Punktuallıq, səliqəli və işində dəqiq olmalı
• düzgün nitq, azərbaycan və rus dillərini sərbəst, ingilis dili (arzu olunan)  bilməli
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalı
• Analitik təhlil bacarığına malik
• Mükəmməl ünsiyyət qurmaq bacarığına malik
• Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər

İş haqqında məlumat:

• Gündəlik və aylıq kassa hesabatlarınin tərtib edilməsi
• Müdriyyətin tapşırdığı işləri və hesabatları vaxtında yerinə yetirməli
• Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
• Rəhbərliyə lazımi məlumatları hazırlayıb təhvil verməli

İş yeri müasir, pərakəndə mağazadır;
AR qanunvericiliyinə uyğun rəsmi sənədləşmə

Şəkilli CV-lərinizi “Xəzinədar” başlığı ilə  hr@miniso.co.az / info@finstaff.az ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib təhlükəli peşədirmi?!

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasib – təhlükəli peşədirmi?

İndiki gündə mühasiblər də işsizlər kateqoriyasına düşüblər. İşsizlikdən müdafiə olunmayan və ixtisara düşən daha bir əhali təbəqəsi yaranıb. Bu nə ilə əlaqəlidir və həqiqətənmi mühasib peşəsi təhlükə kəsb etməyə başlayıb, məqalə müəllifi, bax bunu aydınlaşdırmağa çalışıb.

Bəlkə bu peşə o qədər təhlkəli hesab olunur ki, mühasiblər hətta işə çıxmaq belə istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və mühasiblərin ünvanına daimi səsləndirilən təhdidlərdən – yəni, həbslə bağlı hədələr və s. – qorxurlar? Lakin, mühasiblər yaxın keçmişə qədər ən yaxşı kollektivlərini hələ də xatırlayırlar. Baş mühasib də əla insan idi və kollektiv də çox yaxşı kollektiv idi.

Gülməlidir. Bu gün iş yerləri vakansiyası ilə bağlı hərrac keçirilib. Bütün mühasiblər də toplanmışdı. Sən demə, baş tutan ixtisar da onların bəzilərinin cibinə ziyan vurmamışdı. Gülməlidir, ixtisaslı və iş təcrübəsinə malik mühasiblər əmək birjasında növbəyə dayanırlar və öz əməklərini satmağa cəhd edirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uzun zaman mühasib əməyinin az ödənişli bir peşə sahəsi olduğu hesab olunurdu. Əvvəllər həqiqətən də onlar aşağı tarifli məvacib alırdılar. İndi isə, vakansiya ilə bağlı məsələ ortaya çıxanda məlum olur ki, mühasiblərin əksəriyyətinin əməyi çox yüksək tariflə ödənilir.

İndi mühasib olmaq şərəflidir, ya şərəfli deyil və ümumiyyətlə, bu peşə lazımdırmı – bunu nə satıcılar, nə də xadimələr müəyyən edirlər. Mühasib peşəsi o qədər qədimdir ki, “Mühasib” nəğməsini eşidəndə özündən ixtiyarsız düşünürsən ki, bu peşənin görəsən neçə yaşı var.

İlk mühasiblər həmişə eynək taxıblar və onları hesablayıcılar adlandırıblar. Onlar hər tərəfdə şəxsi mağazalar açılanda peyda olublar və kiməsə xərcləri və gəlirləri hesablamaq lazım gəlirdi. Bir qayda olaraq bunlar kişilər idi. Dirsəklik taxırdılar və mühasibat qeydləri olan qalın kitabları götürürdülər. Belə bir kişi həmişə hörmət sahibi olurdu. Bu günkü mühasib qrupu avtomatlaşdırılmış yerə və əllə yazılmış minumum kitablara  malikdirlər. Ancaq bu, bir sual doğurur, niyə mühasiblər lazımsız olublar?

Tələbat azalıb, yoxsa ki, onları əvəz edənlər tapılıb? Və mühasiblərin özləri niyə işə getməkdənsə, evdə qalmağa və məşğulluq Mərkəzində uçota durmağa üstünlük verirlər? Bəlkə bu peşə o qədər təhlükəli olub ki, mühasiblər işə getmək istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və daimi təhdidlərdir, mühasibləri işləməkdən çəkindirən? Bəlkə kimlərəsə mühasiblərin mehriban kollektivi xoş gəlir. Bəlkə kiməsə əməkhaqqı da xoş gəlir. Amma, bu peşədə darıxdırıcı rəqəmlər və daimi məsuliyyət hissindən başqa yaxşı bir şey yoxdur. Nəsə bir şey düzgün alınmayanda, qurtardı, hər şeydə mühasib təqsirkardır. Axı belə deyil! Belə olmasa da, işdən çıxarın qurtardı getdi!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibatlıq şöbəsinə 2 təcrübəçi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

təcrübəçi tələb olunurRetail group Azərbaycan Şirkətinin baş ofisinə “Təcrübəçi Mühasib” tələb olunur. Təcrübə proqramı ödənişsizdir və 3 ay davam edəcək.

Kimlər müraciət edə bilər:

  • Universitetin 3/4-cü kurs tələbələri və ya yeni məzun olmuş gənclər.

Tələblər: 

  • İxtisas: İqtisad yönümlü
  • Yaş həddi: 20-23
  • Kompüter bilikləri: Excel (normal)
  • Dil bilikləri: İngilis dili (normal)
  • İş rejimi: Part-time
  • İş şəraiti: Ofis rejimi

Müraciət etmək istəyən namizədlərdən CV-lərini aynur.mustafayeva@retailgroups.com / info@finstaff.az ünvanına göndərmələri xahiş olunur. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.