» » » Mühasib təhlükəli peşədirmi?!

Mühasib təhlükəli peşədirmi?!

posted in: muhasibat, Məqalə, Xəbər | 0
birbank biznes

MühasibMühasib – təhlükəli peşədirmi?

İndiki gündə mühasiblər də işsizlər kateqoriyasına düşüblər. İşsizlikdən müdafiə olunmayan və ixtisara düşən daha bir əhali təbəqəsi yaranıb. Bu nə ilə əlaqəlidir və həqiqətənmi mühasib peşəsi təhlükə kəsb etməyə başlayıb, məqalə müəllifi, bax bunu aydınlaşdırmağa çalışıb.

Bəlkə bu peşə o qədər təhlkəli hesab olunur ki, mühasiblər hətta işə çıxmaq belə istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və mühasiblərin ünvanına daimi səsləndirilən təhdidlərdən – yəni, həbslə bağlı hədələr və s. – qorxurlar? Lakin, mühasiblər yaxın keçmişə qədər ən yaxşı kollektivlərini hələ də xatırlayırlar. Baş mühasib də əla insan idi və kollektiv də çox yaxşı kollektiv idi.

Gülməlidir. Bu gün iş yerləri vakansiyası ilə bağlı hərrac keçirilib. Bütün mühasiblər də toplanmışdı. Sən demə, baş tutan ixtisar da onların bəzilərinin cibinə ziyan vurmamışdı. Gülməlidir, ixtisaslı və iş təcrübəsinə malik mühasiblər əmək birjasında növbəyə dayanırlar və öz əməklərini satmağa cəhd edirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Uzun zaman mühasib əməyinin az ödənişli bir peşə sahəsi olduğu hesab olunurdu. Əvvəllər həqiqətən də onlar aşağı tarifli məvacib alırdılar. İndi isə, vakansiya ilə bağlı məsələ ortaya çıxanda məlum olur ki, mühasiblərin əksəriyyətinin əməyi çox yüksək tariflə ödənilir.

İndi mühasib olmaq şərəflidir, ya şərəfli deyil və ümumiyyətlə, bu peşə lazımdırmı – bunu nə satıcılar, nə də xadimələr müəyyən edirlər. Mühasib peşəsi o qədər qədimdir ki, “Mühasib” nəğməsini eşidəndə özündən ixtiyarsız düşünürsən ki, bu peşənin görəsən neçə yaşı var.

İlk mühasiblər həmişə eynək taxıblar və onları hesablayıcılar adlandırıblar. Onlar hər tərəfdə şəxsi mağazalar açılanda peyda olublar və kiməsə xərcləri və gəlirləri hesablamaq lazım gəlirdi. Bir qayda olaraq bunlar kişilər idi. Dirsəklik taxırdılar və mühasibat qeydləri olan qalın kitabları götürürdülər. Belə bir kişi həmişə hörmət sahibi olurdu. Bu günkü mühasib qrupu avtomatlaşdırılmış yerə və əllə yazılmış minumum kitablara  malikdirlər. Ancaq bu, bir sual doğurur, niyə mühasiblər lazımsız olublar?

Tələbat azalıb, yoxsa ki, onları əvəz edənlər tapılıb? Və mühasiblərin özləri niyə işə getməkdənsə, evdə qalmağa və məşğulluq Mərkəzində uçota durmağa üstünlük verirlər? Bəlkə bu peşə o qədər təhlükəli olub ki, mühasiblər işə getmək istəmirlər? Bəlkə çoxlu maxinasiyalar və daimi təhdidlərdir, mühasibləri işləməkdən çəkindirən? Bəlkə kimlərəsə mühasiblərin mehriban kollektivi xoş gəlir. Bəlkə kiməsə əməkhaqqı da xoş gəlir. Amma, bu peşədə darıxdırıcı rəqəmlər və daimi məsuliyyət hissindən başqa yaxşı bir şey yoxdur. Nəsə bir şey düzgün alınmayanda, qurtardı, hər şeydə mühasib təqsirkardır. Axı belə deyil! Belə olmasa da, işdən çıxarın qurtardı getdi!


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.