Aliment öhdəlikləri barədə bilmədiklərimiz

posted in: Xəbər | 0

AlimentAliment öhdəlikləri barədə bilmədiklərimiz


Boşanma işlərinin çoxalması və uşaqların maddi təminatının mühüm olması səbəbindən bu dəfəki yazıda aliment ilə bağlı yazmağı vacib hesab edirik.

Aliment və ya uşaqların saxlanması üçün vəsait ya tərəflərin razılığına əsasən, ya da məhkəmə qaydasında tutulur.

Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay

– 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi,

– 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi,

– 3 və daha çox uşağa görə isə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.

Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa,

– ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,

– yaxud onun qazancı və ya sair gəliri yoxdursa,

– habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Yekunda isə xatırlatmaq istərdik ki, 2019-cu ildə uşaqlar üçün yaşayış minimumu 160 manat müəyyən edildiyindən sabit pul məbləğində olan aliment də həmin həddə nəzərdə tutulur.

Qeyd: Sağlam bir cəmiyyətin təməli sağlam ailələrdir. Buna görə də hər bir uşaq ailəsi ilə birgə yaşamalıdır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Aliment öhdəlikləri

Vakansiya: Xəzinədar tələb olunur

Vakansiya XəzinədarVakansiya: Xəzinədar / İşəgötürən: NBCbank

Əmək Haqqı: 600 – 700 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Əliyeva S.
  • Telefon: (077) 277-99-36 / (012) 566-46-46,1159
  • E-mail: hr@nbcbank.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Filialın ehtiyaclarına uyğun Banklararası nəğdləşdirmə əməliyyatları üzrə nəğd vəsaitlərin hərəkətinin icrası
– Dövriyyəyə yararsız qiymətlilərin dövriyyədən çıxarılması, dəyişdirilməsi sahəsində Mərkəzi Bank və Bankdaxili göstərişlərin icrası
– Bankın ehtiyaclarına uyğun pul əskinaslarının ekspertizasının icrası
– Müştərilərə və işçilərə kassa və seyf xidmətinin göstərilməsi, nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi işinin icrası
– Bankın müştəriləri Kassa xitmətindən istifadə etdikdə, müştərilərin identifikassiya edilməsi
– Banklararası nəğdləşdirmə əməliyyatları üzrə nəğd vəsaitlərin Mərkəzi Bankın qayda və təlimatlarına uyğun hazırlanması, bağlanması və təhvil verilməsi
– Filial rəhbəri tərəfindən alınmış məlumatlar əsasında tabeçiliyində olan ATM-lər üzrə inkassasiya işinin icrası
– İş qrafiki: I-V 09:00-dan 18:00-dək

Xəzinədar ilə bağlı tələblər

– Ali təhsil
– Vətəndaş qüsursuzluğuna malik olma.
– Bank sektorunda xəzinədar kimi ən azı 6 aylıq iş təcrübəsi
– İnsanlarla ünsiyyət qurma bacarığı.
– Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma.
– Analitik qabiliyyət
– Azərbaycan və rus dillərində səlist danışıq bacarığı.
– MS Office proqramlarında işləmə bacarığı

Mənbə: kadr.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Xəzinədar
Vakansiya

Mühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım (6-cı addım)

posted in: muhasibat, Məqalə, Xəbər | 0
Mühasibat uçotuMühasibat uçotunu öyrənənlər üçün zəruri olan 13 addım
6-cı addım 
Amortizasiya və aşınma barədə dəqiq təsəvvürə malik olmaq və onların fərqini dəqiq bilmək.

Torpaqdan başqa istənilən əşyanın, uzunmüddətli istifadə edilən aktivlərin müəyyən bir istifadə müddəti var. Və xidməti müddət ərzində bu aktivlərin – əsas vasitələrin dəyərini istehsal olunan məhsulun dəyərinə paylamaq lazımdır.

Məsələn, şokolad konfetləri istehsal edən avadanlığı götürək.  Onun istifadə müddəti 5 ildir. Yəni, bu avadanlıq 5 il ərzində ardıcıl məhsul istehsal edərək aşınmaya məruz qalır, köhnəlir. Lakin, beş il müddətində o, öz dəyərini bu şokolad məhsulunun dəyərinə köçürür.

Bax, bu köhnəlmə elə aşınmadır. Öz dəyərini buraxılan məhsulun dəyərinə köçürmək isə amortizasiyadır. Əsas malların balans dəyərinin bu məbləğin istehsal dəyərinin qiyməti üzrə hesablanması amortizasiya xərcləri vasitəsilə həyata keçirilir.

Beləliklə, amortizasiya xərcləri məhsul, xidmət və xidmətlərin dəyərinin əsas elementlərindən biridir. Buna görə əsas fondların amortizasiyasına çox ciddi yanaşmaq lazımdır. Çünki amortizasiya ayırmalarının həddindən artıq yüksəldilməsi və ya azaldılması istehsal dəyərinin düzgün müəyyən olunmamasına səbəb olacaqdır.

Lakin, elə olur ki, obyekt fiziki olaraq tam aşınmayıb, amma tətbiqi arzuolunmazdır. O, artıq istifadə olunmaz hala gəlib. Çünki həmin avadanlıq mənəvi keyfiyyətlərinə görə yararsızdır. İstehsal üsulları yenilənib, dəyişib, təkmilləşib, avadanlıq isə köhnədir. Yəni, mənən aşınıb. Beləliklə, fiziki aşınma ilə yanaşı, həm də mənəvi aşınma da mövcuddur.

Amortizasiya ayırmaları isə – bu, xidmət müddətində amortizasiya dəyərinin əsas vasitələrə  paylanmasıdır. Bu – əsas vasitələrin dəyərinin hazır məhsulların dəyərinə köçürülməsidir. Yəni, amortizasiya (“ödəmə”) – aşınmanın qiymətlə ifadəsidir.

Məqalənin 5-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gürcüstan Respublikasının vergi sistemi haqqında (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Gürcüstan vergi sistemiGürcüstan Respublikasının vergi sistemi haqqında

1-ci hissə

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda qonşu Gürcüstan Respublikasının vergi sistemi haqqında danışacağıq.

Korrupisiya üçün münbit şərait yaradan yüksək vergi dərəcələri, mürəkkəb vergi sistemi, ƏDV-nin geri qaytarılması zamanı yan ötmələr, rüşvət hesabına vergi güzəştləri, sahibkarlar və vergi müfəttişləri arasında “müqavilələr”, vergini ödəməkdən imtina edənlərin üzərinə hücumlar. Bütün bunlar 2004-cü ilədək Gürcüstanda hökm sürən vəziyyəti əks etdirir.

Dünyada ən əlverişli vergi qanunvericiliyi, elektron alətlərin köməyilə keyfiyyətli xidmət göstərən vergi müfəttişliyi, sahibkarlar əmindirlər ki, vergiləri ödəmək lazımdır. Bunlar isə 2011-ci ildən bəri Gürcüstanda hökm sürən vəziyyəti əks etdirir.

2004-cü ildə hakimiyyətə gəldikdən sonra Mixeil Saakaşvili və onun komandası tərəfindən həyata keçirilən uğurlu vergi islahatları heç kimdə şübhə doğurmur. İslahatlar nəticəsində Gürcüstan sahibkarlığın aparılması ilə bağlı asanlığa görə Doing Businessin reytinqində 100 bənd irəliləyərək dünya ölkələri sırasında 112-ci yerdən (2005-ci il), 12-ci yerə (2011-ci il) yüksəldi. Vergiləri ödəyən şirkətlərin faizi isə həmin dövrdə 35%-dən 78-85%-ə yüksəldi. ÜDM-ə münasibətdə büdcə gəlirləri 2003-cü ildəki 16%-dən 2011-ci ildə 31%-ə yüksəldi.

Gürcüstan hökuməti vergi sistemi ilə bağlı islahata onun dərəcələrini kəskin şəkildə aşağı salmaqdan yox, vergi xidməti əməkdaşlarının motivasiyası sistemindən başladı. Çünki burada polis sitemində olduğu kimi bütün əməkdaşların birdən işdən çıxarılması təcrübəsindən istifadə etmək mümkün olmadı. O səbəbdən hökumət qarşısına əməkdaşların mentallığını dəyişdirmək məqsədi qoydu, motivasiya sisteminə keçid etdi.

Korrupsiyaya yol vermiş vergi müfəttişləri ilə bağlı sərt cəzalar, iri korrupsiyaçıların səs-küylü həbsləri ilə əlaqəli Tv-də gedən xəbərlər rüşvət almaq meylini tez sıradan çıxardı. Hakimiyyət orqanları korrupsiyada şübhəli bilinən keçmiş məmurlar və sahibkarların kütləvi həbsini həyata keçirdi və sonra onlara bir növ günahlarını yumaq üçün büdcəyə pul köçürmələrinə şərait yaratdı. Bu yolla ölkə büdcəsinə çox iri məbləğlərdə, bəzən on milyonlarla dollar həcmində vəsaitlər ödənildi.

Bu metodlar insan hüquqları ilə məşğul olan təşkilatlar tərəfindən bəyənilməsə də, cəmiyyətə və məmurlara oyun qaydalarının dəyişildiyindən və ölkənin yeni qanunlarla yaşamağa məhkum olduğunu nümayiş etdirdi.

Vergi qanunvericiliyində dəyişikliklər yeni vergi kodeksi və vergi amnistiyası haqqında yeni qanunun 2005-ci ildə qəbulundan sonra başlandı. İslahatlar üç mərhələdə həyata keçirildi.  2005-2006-cı illəri əhatə edən birinci mərhələnin başlıca uğuru vergi sayının 22-dən 7-ə endirilməsi, prosedurların sadələşdirilməsi və vergi bazasının genişləndirilməsi ilə bağlı oldu.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Gürcüstan
vergi sistemi