ƏDV bəyannamələrini vergi orqanları dolduracaq

posted in: Vergi, Xəbər | 0

ƏDV bəyannamələrini vergi orqanları dolduracaq

Vergilər Nazirliyi “Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması” qaydalarını və bununla bağlı bildiriş formasını təsdiq edib.

Qaydalar Vergi Məcəlləsinə və digər normativ-hüquqi aktlara uyğun hazırlanıb və Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatı tətbiq etməklə fəaliyyət göstərən kiçik sahibkarlıq subyektlərinin Əlavə Dəyər Vergisi bəyannamələrinin əvvəlcədən doldurulması xidməti ilə bağlı məsələləri tənzimləyir.

“ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması” xidməti dedikdə, həmin bəyannamələrin Vergilər Nazirliyinin uçot-baza məlumatları əsasında vergi orqanları tərəfindən hazırlanması nəzərdə tutulur. Bu xidmətdən yalnız Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan, nəzarət-kassa aparatından istifadə edən kiçik sahibkarlıq subyektləri faydalana biləcəklər. Kiçik sahibkarlıq subyektləri Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü Meyarları”na əsasən müəyyən ediləcək.

ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidməti yalnız vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayan, eləcə də bəyannamə və hesabatları elektron formada təqdim edən vergi ödəyiciləri üçün nəzərdə tutulub. Yeni qaydalar sahibkarların Əlavə Dəyər Vergisi bəyannamələrinin tərtibi ilə bağlı maliyyə sanksiyalarına məruz qalma risklərini, bəyannamənin tərtibatına sərf edilən vaxtlarını və inzibati xərclərini minimallaşdırmaq məqsədi daşıyır.

ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması zamanı bir sıra informasiya sistemlərindən, o cümlədən dövlət reyestri, Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı, elektron qaimə-faktura, elektron vergi hesab-fakturası, yük gömrük bəyannaməsi, notarius, Əlavə Dəyər Vergisi depozit hesabı və əmək müqavilələri bildirişləri üzrə informasiya sisteminin məlumatlarından istifadə olunacaq.

Qaydalara əsasən, vergi ödəyicisi bu xidmətdən istifadə üçün ərizə ilə müraciət etdikdə, vergi orqanı 5 iş günü ərzində ona ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması xidmətinə qoşulması barədə bildiriş göndərməlidir. Yeni xidmətdən istifadə hüququ əldə edən vergi ödəyicisinin ƏDV bəyannaməsi hesabat ayı başa çatdıqdan sonra 5 iş günü ərzində müvafiq vergi orqanı tərəfindən elektron formada hazırlanaraq vergi ödəyicisinə təqdim olunacaq.

Zərurət yarandığı təqdirdə, vergi ödəyicisi göndərilmiş bəyannamədə müvafiq dəqiqləşdirmələr apara bilər. Ancaq bunu Əlavə Dəyər Vergisi bəyannaməsinin təqdim olunması müddəti başa çatanadək etməli və bəyannaməni təsdiqləməlidir. Əlavə Dəyər Vergisi bəyannaməsinin təqdim edilməsi müddəti başa çatanadək vergi ödəyicisi tərəfindən təsdiqlənmədiyi təqdirdə, bəyannamə artıq təsdiqlənmiş hesab olunur və bu barədə ona müvafiq bildiriş göndərilir.

Qaydalara əsasən, vergi orqanı tərəfindən Əlavə Dəyər Vergisi bəyannaməsi əvvəlcədən hazırlanaraq vergi ödəyicisinə göndərildikdə vergi ödəyicisi tərəfindən ƏDV bəyannaməsində göstərilən məlumatların Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla dəqiqləşdirilməsi hüququ vardır. Bununla yanaşı, vergi ödəyicisi ƏDV bəyannaməsinin əvvəlcədən doldurulması xidmətindən imtina edə bilər.

Xatırladaq ki, Vergilər nazirinin 30 yanvar 2019-cu il tarixli əmrinə əsasən, vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminin tətbiqi ilə bağlı mövcud məlumat imkanlarının araşdırılması, Əlavə Dəyər Vergisi qeydiyyatına düşmə ehtimalı olan vergi ödəyicilərinin müəyyənləşdirilməsi mexanizmlərinin hazırlanması və onların məlumatlandırılması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulub. Qaydaların təsdiq edilməsindən sonra bu işlər sürətləndirilib.

Qaydalarla tam şəkildə buradan tanış ola bilərsiniz:

Kiçik sahibkarlıq subyektlərinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması Qaydaları (106 downloads )

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
EDV
ƏDV

Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

Xidmətin adı: Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– VM-nin 16.1.8 və 24.0.6-cı maddələri
– AR Prezidentinin 23.05.2011- ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının və AR-nın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2- 1-ci hissələri
– NK-nın 28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı
– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və ARnın Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 7.20-ci bəndi
– VN Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatının onlayn qeydiyyatı və qeydiyyatdan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer

İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi

VN-nin Dövlət qeydiyyatı və uçota nəzarət departamenti və Rəqəmsal vergi inzibatçılığı departamenti

İcra müddəti

– Dərhal(sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)
– vergi borcu olduqda 20 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər

– Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması haqqında bildiriş (elektron kabinetə göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

 Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Mühasibat proqramları təkmilləşdirilməlidir

posted in: muhasibat, Vergi, Xəbər | 0

Mühasibat proqramları təkmilləşdirilməlidir

“Vergilər Nazirliyi qanunvericiliyin düzgün tətbiqinə nəzarəti həyata keçirir. Bununla yanaşı, tövsiyə olunur ki, sahibkarlar və vergi ödəyiciləri mühasibat proqramlarını tətbiq edərkən mütləq onların lisenziyalı olmasına diqqət yetirsın”.

Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov “vergiler.az” saytının “Rəsmi cavab” rubrikasında sahibkarların tətbiq etdiyi mühasibat proqramlarına münasibət bildirərkən belə deyib. Qeyd edib ki, hazırda iri və kiçik şirkətlər tərəfindən müxtəlif çoxfunksiyalı mühasibat proqramları tətbiq olunur. Lakin ölkədə mühasibat uçotu proqramlarının təkmilləşdirilməsinə ehtiyac var: “Yəqin ki, gələcəkdə bu proqramların təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq. Vergilər Nazirliyinin mühasibat uçotunun həyata keçirilməsində səlahiyyəti olan digər strukturlarla birlikdə mövcud proqramların mühasibat uçotu və vergi qanunvericiliyinə uyğun tətbiqi ilə bağlı işlər həyata keçirməsi istisna edilmir”.

 

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
mühasibat proqramları

İşəgötürənlərə 263 inzibati cərimə tətbiq olunub

posted in: Xəbər | 0

İşçilərin əmək hüquqlarının qorunması diqqət mərkəzindədir

Bu ilin altı ayında Dövlət Əmək Müfəttişliyinə vətəndaşlardan 3964 şikayət və 3106 məktub daxil olub. Müfəttişliyin rəhbərləri tərəfindən paytaxtda və ölkəmizin bölgələrində 708 vətəndaş fərdi qaydada qəbul edilib. İlin birinci yarısında vətəndaşlardan və hüquqi şəxslərdən edilən müraciətlərə əsasən 282 hüquq pozuntusu qeydə alınıb və 263 inzibati xəta haqqında cərimə tətbiq olunub. Edilən müraciətlər nəticəsində 77 nəfər əvvəlki iş yerinə bərpa olunub, ödənilməyən 52 min manat sosial ödənişlər öz sahiblərinə çatdırılıb. Həmin müddətdə 94 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 24 nəfər həyatını itirib.

Bu barədə “Strateji uyğunluq planlaşdırılmasına Beynəlxalq Əmək Təşkilatının yanaşması. Əməyin təftişi və məşğulluq” siyasəti mövzusunda keçirilən konfransda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli məlumat verib. Onun sözlərinə görə, ölkəmiz 2007-ci ildən Beynəlxalq Əmək Təşkilatına üzv qəbul olunub və təşkilatın 55 konvensiyasına qoşulub. Nazir müavini ölkəmizdə işçilərin əmək hüquqlarının qorunması, əməyin təhlükəsizliyi məsələləri, əmək qanunvericiliyinə əməl olunması sahəsində görülən işlərdən danışıb.

Konfransın açılışında Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Beynəlxalq Əmək Təşkilatının Əmək Administrasiyasının əməyin təftişi, əməyin təhlükəsizliyi və sağlamlığı idarəsində məsul şəxs Joaquim Nunes çıxış ediblər.

Konfrans ayrı-ayrı sessiyalarda öz işini davam etdirir.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
cərimə