Bəzi məhsullar gömrük rüsumundan azad edilib

posted in: Xəbər | 0

Emal üçün Azərbaycana idxal olunan propan gömrük rüsumundan azad edilib

Təmizliyi 99 %-dən az olmayan propan istisna ilə, Azərbaycana gətirilən  propana tətbiq edilən 15 faiz idxal gömrük rüsumu ləğv edilib.

Nazirlər Kabineti bununla bağlı “AR-nın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Beləliklə, emalın spesifik prosesləri və proseslərdə kimyəvi çevrilmələr, o cümlədən digər məqsədlər üçün təmizliyi 90 %-dən çox, lakin 99 %-dən az olan propan 15 faiz idxal gömrük rüsumundan azad edilib. Təmizliyi 99 %-dən az olmayan propan üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb.

Bu qərar dərc edildiyi gündən 30 gün sonra, yəni avqustun 14-də qüvvəyə minir.

Tam mətnə nəzər yetirin:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının
Nazirlər Kabineti QƏRARA ALIR:
1. AR Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli 150 nömrəli, 9 aprel tarixli 151 nömrəli, 12 aprel tarixli 165 nömrəli və 2 may tarixli 202 nömrəli qərarları)

ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 2711 12 910 0, 2711 12 930 0, 2711 12 940 0, 2711 13 100 0, 2711 13 300 0, 2711 13 910 0 və 2711 13 970 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin.
2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

Azərbaycan Respublikasının

Baş Naziri                  Novruz Məmmədov 

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

gömrük rüsumu

1400 manat əmək haqqı ilə Mühasib tələb olunur

Vakansiya MühasibVakansiya: Mühasib / İşəgötürən: Baku Electronics

Əmək Haqqı: 800 – 1400 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 27 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 143
  • E-mail: hr@bakuelectronics.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması
– Vergi, sosial fonda ayırmaların hesablanması
– Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi
– Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım)
– İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması
– Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi
– Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət
– Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət
– Rüblük hesabatın, işsizlik söğortası hesabatının hazırlanması

Mühasib ilə bağlı tələblər

– Ali təhsili
– Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
– Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel.)
– Komandada işləmək bacarığı
– 1C (7.7., və ya 8.3.)-də iş təcrübəsi mütləqdir

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.azinfo@finstaff.az) elektron poçtuna göndərməlidir.
“Mövzü” qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.

Mənbə: boss.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya
Mühasib

ƏDV bəyannaməsini necə hazırlamalı?

posted in: Vergi, Xəbər | 0

Yeni başlayan mühasiblərin çətinlik çəkdiyi məsələlərdən biri də ƏDV bəyannaməsi-nin hazırlanması olur. Çətinliyin əsas səbəbi isə bəyannaməni tam halda görə bilməməkdir. Uzun illər əvvəl bu problemi mən də yaşamışam, ona görə də işi asanlaşdıracaq bir vasitəni yazsam yeni başlayanların köməyinə çata bilər.

Çalışın ki, Bəyannaməni BTP-yə yığmazdan əvvəl bir Excel faylına yığılsın. Bu faylı Siz özünüzə uyğun şəkildə yarada bilər və ya mənim əlavə etdiyim nümunə faylın üzərində dəyişiklik edib istifadə edə bilərsiniz. (fayl sadəcə olaraq nümunədir, rəqəmlər şərtidir, faylda 166-cı maddə manual olaraq hesablanmalıdır – fayl orta çətinliklidir, lap yeni başlayanlar üçün daha sadə variantları mümkündür).

Yaxşı olardı ki, hər bir yeni başlayan mühasib özünə uyğun bir fayl yaratsın. Məsələn elə şirkət var ki, heç zaman qeyri-rezidentə ödəmə etmir və ya YGB-si olmur. Bu halda bu bölmələrin saxlanmasının mənası yoxdur.

ƏDV bəyannaməsinin hazırlanması üçün köməkçi Excel faylının yeni başlayan mühasiblər üçün aşağıdakı üstünlüyü var:

1) Mühasib özü baxarkən tam şəkildə hər şey ona aydın olur.

2) Əvəzləşdirmələri rahat şəkildə edə bilir.

3) Kameral məktuba rahat şəkildə cavab yaza bilir

4) Rahat başa düşülən olduğundan ƏDV bəyannaməsi verilmədən öncə rəhbərliyə verilir (“bu borc hardan yarandı?” sualı olmur)

5) Vergi yoxlaması zamanı Vergi müfəttişinə təqdim edilir, hətta onun da veriləcək əlavə sualı qalmır.

Qeyd:  Biz professional mühasiblər üçün ƏDV bəyannaməsinin hazırlanması üçün mükəmməl bir fayl yaratmışıq, (faylın üstünlüyü 166-cı maddənin avtomatik hesablanması, uçotun qurulması və audit zamanı hətta bir neçə ilin ƏDV bəyannaməsinin cəmi yarım saat içində hazırlanması və yoxlanılmasının mümkünlüyü və bir sıra başqa üstünlükləri var)

Bunu gələcək dərslərimizdə və ya video şərhlə birlikdə təqdim etməyi planlaşdırırıq.

Faylı yükləyin:  ƏDV Bəyyannaməsi orta çətinlikli (123 downloads )
Müəllif: Ramin Ramazanov

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV bəyannaməsi EDV beyannamesi

Gəlirdən amortizasiya ayırmaları hansı qaydada çıxılmalıdır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Amortizasiya ayırmaları

Sual:

Kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicisi istifadə etdiyi əsas vəsaitlərə münasibətdə gəlirdən amortizasiya ayırmalarını hansı qaydada çıxmalıdır?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarına 1,5 əmsalı tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Əsas:

Vergi Məcəlləsi, 114.3-2-ci maddə

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
amortizasiya ayırmaları