Vakansiya: Mühasib / İşəgötürən: Baku Electronics
Əmək Haqqı: 800 – 1400 AZN
Ümumi məlumat
- Kateqoriya: Maliyyə və Mühasibat
- Alt kateqoriya: Mühasibat
- Şəhər: Bakı
- Yaş: 27 – 45 yaş
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Əlaqədar şəxs: HR
- Telefon: (012) 143
- E-mail: hr@bakuelectronics.az / info@finstaff.az
Vakansiya barədə məlumat
– Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması
– Vergi, sosial fonda ayırmaların hesablanması
– Ştat cədvəlinin yoxlanması, 1C proqramında üzləşdirilməsi
– Rəsmi əmək haqlarının yenidən hesablanması (kütləvi artım)
– İş vaxtının uçotu (tabel) cədvəllərinin və ödəniş cədvəllərinin hazırlanması
– Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi
– Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət
– Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət
– Rüblük hesabatın, işsizlik söğortası hesabatının hazırlanması
Mühasib ilə bağlı tələblər
– Ali təhsili
– Əmək haqqı hesablanması üzrə ən azı 2 il iş təcrübəsi
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı
– Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel.)
– Komandada işləmək bacarığı
– 1C (7.7., və ya 8.3.)-də iş təcrübəsi mütləqdir
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini (hr@bakuelectronics.az / info@finstaff.az) elektron poçtuna göndərməlidir.
“Mövzü” qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.
Mənbə: boss.az