Ali Audit Qurumları birgə Anlaşma Memorandumu imzalayıb

posted in: Xəbər | 0

Azərbaycan, Belarus, Gürcüstan və Ukraynanın Ali Audit Qurumları birgə Anlaşma Memorandumu imzalayıb

 

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “BMT-nin 2030-cu il Gündəliyinin məqsədlərinin nail olunmasına nəzarət üçün Şərq Tərəfdaşlığı ölkələrində Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsinin açılış toplantısı keçirilib.

Hesablama Palatasından verilən məlumata görə, toplantıda palatanın sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.

Layihənin açılış mərasimində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Gürcüstan Dövlət Audit Ofisinin rəhbəri Erekle Mekvabişvili, Ukrayna Hesablama Palatasının sədri Valeriy Patskan, Belarusun Dövlət Nəzarət Komitəsinin sədrinin müavini Aleksandr Kurlipo, GİZ təşkilatının və Almaniyanın Gürcüstandakı səfirliyinin rəsmi şəxsləri çıxış ediblər.

Almaniya Beynəlxalq İnkişaf Təşkilatının “BMT-nin 2030 gündəliyinin məqsədlərinə nail olunmasına nəzarət etmək üçün Şərq Tərəfdaşlığı ölkələrinin Ali Audit Qurumlarının potensialının gücləndirilməsi” layihəsi Şərq Tərəfdaşlığı ölkələri arasında qanunvericilik bazası, maliyyə, uyğunluq və səmərəlilik auditi metodologiyaları sahəsində görüşlərin, seminarların, təlimlərin və Ali Audit Qurumlarının (AAQ) əməkdaşlarının təcrübə mübadilələrinin, habelə paralel səmərəlilik auditlərinin aparılmasını nəzərdə tutur.

Layihə AAQ-ların potensialının gücləndirilməsinin vacibliyini nəzərə alaraq, Şərq Tərəfdaşlığı ölkələrində əsaslı dövlət maliyyə idarəetməsi, şəffaflıq və hesabatlılıq sahələrinə daha çox töhfə vermək sahəsində bilik və təcrübə mübadiləsinin aparılması məqsədini daşıyır.

Cari ildə layihə ilə nəzərdə tutulmuş silsilə tədbirlər sırasında Gürcüstanın Tbilisi şəhərində “Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Proqramı”nın icrası üzrə Cənubi Qafqaz regionunda müvəffəqiyyətlə tətbiq olunan yanaşmaları, nəticələri və çətinlikləri nümayiş etdirmək və paylaşmaq üçün forum, həmçinin maliyyə auditinə dair təlim, eyni zamanda Ukraynanın Kiyev şəhərində səmərəlilik auditinə dair təlim-seminar keçirilib.

Tədbirin sonunda qeyd edilən istiqamətlərdə əməkdaşlığı gücləndirmək məqsədilə Azərbaycan, Belarus, Gürcüstan və Ukrayna AAQ-larının nümayəndə heyətlərinin rəhbərləri birgə Anlaşma Memorandumu imzalayıb.

Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Anlaşma Memorandumu

AGA Group Of Companies Mühasib – Xəzinədar axtarır

Mühasib-XəzinədarVakansiya: Mühasib – Xəzinədar / İşəgötürən: AGA Group Of Companies

Əmək Haqqı: 500 – 800 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 35 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • Telefon: (012) 488 88 88
  • Email: vakansiya@agagroup.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

AGA Group 1994-cü ildə təsis edilmiş və İş Mərkəzlərinin idarəsi sahəsində öncülədən biri olmuşdur. İlk inşa edilən müəssisə Caspian Business Center (1998-ci il) olmaqla, bu gün texnologiya (“Bravo Online Systems” MMC) sahəsi də daxil olmaqla bir çox istiqamətlərdə öz mövqeyini daha da gücləndirir. AGA Group-a daxil olan iş mərkəzləri : Demirchi Tower, Caspian Plaza, AGA Center, Ariana Business Park.
Əsas dəyərlərimizdən biri savadlı, bacarıqlı, və fərqli düşünə bilən yüksək potensiallı namizədləri işlə təmin edir və yüksək vəzifələrdə dəyərləndiririk.

Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyeralarını böyük korporativ şirkətdə qurmağı hədəfləyən və Mühasib-xəzinədar vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.

Sizdən nə istəyirik :

Pul vəsaitlərinin mədaxili və məxarici üzrə əməliyyatlar
Pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması
Satış qaimələrinə, ödəniş qəbzləri üzrə əməliyyatlar
Müştəri hesablaşmaları üzrə əməliyyatlar
Gün ərzində kassaya daxil olan nağd pulların qəbul edilməsi
Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması

Mühasib – Xəzinədar üçün tələblər

Əgər Siz :

  • Yaş həddi : 25 +;
  • Ali iqtisadi təhsil;
  • Maliyyə sahəsində minimum 3 il, Xəzinadar kimi ən az 2 il iş təcrübəyə malik olmaq;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
  • MS Office proqramları, xüsusən Exceli mükəmməl bilmək kimi;

Keyfiyyətlərinə sahibsinizsə…

Biz sizin müraciətinizi gözləyirik !

Vakansiya üçün müraciət qaydası : Namizədlər https://agagroup.az/vakansiya.html keçidinə daxil olmaqla “Mühasib-xəzinədar” vakansiyasının təsviri forması ilə tanış olub, vakansiyanın sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasib-Xəzinədar
vakansiya

İdxal rüsumları ilə bağlı Qərarda dəyişiklik edilib

posted in: Qanun, Xəbər | 0

İdxal rüsumları ilə bağlı Qərarda dəyişiklik edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 aprel tarixli 150 nömrəli, 9 aprel tarixli 151 nömrəli, 12 aprel tarixli 165 nömrəli və 2 may tarixli 202 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:

Faylı yükləməklə Qərara nəzər yetirə bilərsiniz:

İdxal rüsumları ilə bağlı Qərar (47 downloads )

Mənbə: cabmin.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İdxal rüsumları

Vergilər Nazirliyi tərəfindən daha bir elektron resurs istifadəyə verilib

posted in: Uncategorized | 0

Vergilər Nazirliyi tərəfindən daha bir elektron resurs istifadəyə verilib

Nazirliyin rəsmi internet səhifəsində elektron kassaların istifadəsi ilə bağlı yeni bölmə yaradılıb. “E-kassa tətbiqi” adlanan bölmədən e-kassa operatorları üçün portala daxil olmaq mümkündür. Elektron kassa aparatlarının əldə olunması və istifadəsinə dair bütün məlumatlar e-kassa.gov.az sahifəsində yerləşdirilib.

E-kassa səhifəsindəki ilk bölmə bu sahə ilə bağlı qanunvericilik bazasıdır. Burada kassaların tətbiqi ilə bağlı qanun və qərarlar yer alıb. E-kassa haqqında bölmədə isə ümumi məlumatlarla yanaşı, onların növləri, tərkibi, istifadə xüsusiyyətləri və üstünlükləri barədə ətraflı informasiya təqdim olunub.

İstifadəçilər üçün nəzərdə tutulan bölmədə e-kassanın əldə edilməsi qaydaları, istismarı və əvəzləşdirilməsi şərtləri, eləcə də operatorlara texniki dəstək üsulları yer alıb. Səhifədə e-kassaların reyestri və modernləşdirilə bilən kassaların siyahısı üçün ayrıca bölmə yaradılıb. Digər bölmədə isə e-kassa operatorlarına dair tələblər, onların hüquq və vəzifələri verilib. Saytda e-kassalarla bağlı suallara cavab almaq mümkündür.

Daha ətraflı məlumat üçün bu linkdən istifadə edə bilərsiniz:

https://e-kassa.gov.az/

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron resurs