Gürcüstan Respublikasının vergi sistemi haqqında (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Gürcüstan vergi sistemiGürcüstan Respublikasının vergi sistemi haqqında

2-ci hissə (1-ci hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda qonşu Gürcüstan Respublikasının vergi sistemi haqqında danışacağıq.

Yalnız bəzi vergi faizləri aşağı salındı, ən çox da sosial üzvlük haqları 33%-dən 20%-dək. Sonrakı mərhələlərdə isə (2007-2009-cu illər və 2010-2011-ci illər) vergi faizləri kəskin şəkildə aşağı salındı. Belə ki, 2008-ci ildə sosial vergi gəlir vergisi ilə birləşdirildi, bundan sonra onun stavkası 32%-dən 25%-ə və sonra, 2009-cu ildə isə 20%-dək aşağı salındı.

Eləcə də 2008-ci ildə gəlirə görə vergi faizi 20%-dən 15%-ə kimi, 2009-cu ildə isə dividendlərə və faizlərə görə vergi faizi 15%-dən 5%-ə salındı. Bundan əlavə, kapital məsrəfləri ilə bağlı 100%-lik amortizasiya tətbiq olundu ki, bu zaman beş il ərzində itkilərin əks olunmasına imkan verildi.

Stavkaların aşağı salınması vergi bazasının genişlənməsi, o cümlədən güzəştlərin ləğvi və vergidən yayınma hallarına qarşı nəzarətin sərtləşdirilməsi  ilə müşaiyət olunurdu. Populyar olmayan qadağalardan biri də lisenziya olmadan, yəni müvafiq olaraq vergi ödənilmədən küçə ticarəti ilə məşğul olmağın yasaqlanması oldu. Çünki bir çoxlarından ötrü küçə ticarəti ailələrini dolandırmaq üçün əsas gəlir mənbəyini təşkil edirdi. O səbəbdən küçə ticarəti ilə məşğul olanlar etirazlara qalxdılar.

Eləcə də ƏDV əməliyyatlarının uçotu zamanı bütün müəssisələr tərəfindən kassa aparatlarının tətbiq olunması ilə bağlı tələb də kütləvi etirazlara və sahibkarların müqavimətinə gətirib çıxardı. Hakimiyyət nəinki güzəştə getmədi, əksinə yeni tələblərin yerinə yetirilməsini daha sərt şəkildə tələb etməyə başladı. Tələblərə əhəmiyyət verməyən və kassa aparatları tətbiq etməyən sahibkarlara qarşı cərimələr kəsildi ki, onun da məbləği kassa aparatlarının məbləğindən 3-4 dəfə çox idi.

Gürcülər paralel olaraq bu sahədə administrativ işləri yaxşılaşdırmağa başladılar. Biznes həyatını sadələşdirmək və məmurlarla əlaqəni minimuma endirmək məqsədilə 2007-ci ildə vergi hesabatlarının elektron təqdimetmə sisteminə keçildi. Vergi yoxlamaları risk uçotu sistemi əsasında keçirilməyə başlanıldı, hansı ki, bu da dəqiq kriteriya bazasına söykənirdi. 2011-ci ildən başlayaraq isə vergi yoxlamalarına yalnız vergidən yayınma riskinin böyük olduğu müəssisələr məruz qalırdı.

Kompleks vergi islahatı sayəsində Gürcüstanda təkcə biznes üçün əlverişli şərait yaradılmadı, həm də dövlət büdcəsinin vəziyyəti əhəmiyyətli şəkildə yaxşılaşdı. Qeyd etmək lazımdır ki, gəlirlərin sürətli artımı hələ vergi qanunvericiliyinə dəyişikliklər olunmazdan əvvələ təsadüf edirdi. Artıq 2004-cü ildə büdcə gəlirləri ÜDM-in 23% təşkil edirdi ki, bu da 2003-cü il göstəricisindən 7% çox idi. Növbəti illərdə də büdcənin gəlirləri o cür yüksək tepmlə olmasa da, hər halda artmaqda davam edirdi.

Gürcüstanın vergi islahatı həmişə öz aktuallığını qoruyub saxlayır. İslahatın uğur səbəbləri bunlardır:

Birincisi, gürcü islahatçıları təkcə liberal deyil, həm də praqmatiklərdilər. İlkin məqsəd büdcənin doldurulması idi ki, gürcülər korrupsiya ilə aktiv mübarizə aparmaqla, bunun öhdəsindən uğurla gəldilər, baxmayaraq ki, bu zaman heç də həmişə ideal metodlardan istifadə olunmurdu.

İkincisi, vergi faizlərinin aşağı salınması tədricənhəyata keçirildi və vergi güzəştlərinin ləğvi ilə müşaiyət olunurdu ki, bu da öz növbəsində büdcə xərclərində aşınmalardan yayınmağa kömək etdi və hamı üçün bərabər şərtlər yaratmağa imkan verdi.

Üçüncüsü, stavkaların aşağı salınmasından əlavə, administrativ məsələlərin sadələşdirilməsi də aktiv şəkildə paralel aparıldı.

Dördüncüsü, vergi ödənişlərinə nəzarət gücləndirildi və eyni zamanda yalnız vergidən yayınanlara qarşı cəzalar sərtləşdirildi.

Təmiz bizneslə məşğul olanlar isə cansıxıcı yoxlamalardan qurtularaq, sakitliklə öz işlərinə davam etdilər. Yeni sərt qaydalar, narazılıqlara və hətta etirazlara gətirib çıxardı, lakin bu zaman hamıya eyni cür münasibət bəslənildiyindən, heç kimə güzəşt olunmadığından, sonradan bu sakitliklə qarşılandı.

Gürcüstandakı maaşlara gəldikdə, bu ölkədə orta aylıq əmək haqqı 900 lari (350 dollara yaxın) təşkil edir. Gürcüstanın Milli statistika agentliyinin məlumatına görə ölkədə ən aşağı əmək haqqı təhsil sahəsindədir – 564 lari (220 dolar).

Beləliklə, Gürcüstanda müxtəlif sahələr üzrə orta maaşlar belədir:

Təhsil – 564 lari (234 dollar)

Kənd təsərrüfatı – 657 lari (273 dollar)

Otellər və restoranlar – 740 lari (308 dollar)

Kommunal xidmətlər – 781 lari (325 dollar)

Emal sənayesi – 826 lari (344 dolar)

Ticarət – 853 lari (355 dollar)

Səhiyyə – 934 lari (389 dollar)

Balıqçılıq – 955 lari (397 dollar)

Elektrik enerjisi istehsalı və satışı – 1115 lari (539 dollar)

Dağ-mədən sənayesi – 1226 lari (510 dollar)

Dövlət idarəçiliyi – 1295 lari (539 dolar)

Nəqliyyat və rabitə 1332 lari (555 dollar)

Tikinti – 1498 lari (624 dollar)

Maliyyə fəaliyyəti – 1907 lari (794 dollar)


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vergi sistemi
Gürcüstan
Gürcüstan
vergi sistemi

Vergilər Nazirliyinin Apelyasiya Şurasında 69 şikayətə baxılıb

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin Apelyasiya Şurasında 69 şikayətə baxılıb

Vergilər Nazirliyinin Apelyasiya Şurasının 2019-cu ilin 1-ci yarımilliyində fəaliyyəti barədə

2019-cu ilin birinci yarımilliyində Vergilər Nazirliyinin Apelyasiya Şurasında ümumilikdə 69 şikayətə baxılıb. Bunlardan 7-si səyyar vergi yoxlamaları, 23-ü kameral vergi yoxlamaları, 11-i operativ vergi nəzarəti tədbirləri, 25-i vergi hesabatının müəyyən olunmuş müddətdə təqdim edilməməsi və 3-ü digər məsələlərlə bağlı olub.

Daxil olmuş şikayətlərdən 20 vergi ödəyicisinin müraciətinə mahiyyəti üzrə baxılıb, bunlardan 11-i tam, 1-i qismən təmin edilib, 8 şikayət isə təmin olunmayıb. 49 vergi ödəyicisinin şikayətinə qanunvericiliyin tələbləri rəhbər tutulmaqla mahiyyəti üzrə baxılmamış saxlanılıb. Buna səbəb şikayətin predmeti üzrə məhkəməyə şikayət verilməsi və ya şikayətin məhkəmədə icraatda olması, şikayətin verilmə müddətinin buraxılması və şikayətlə bağlı qanunla müəyyən edilmiş forma və məzmuna əməl edilməməsi olub.

Eyni zamanda, Şura tərəfindən icraata qəbul edilmiş şikayətlər üzrə baxılaraq qəbul edilmiş qərarlardan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasına təkrar şikayətlər verilməyib.

Vergi ödəyicilərində vergi nəzarəti tədbirləri, habelə vergi yoxlamaları keçirilən zaman vergi qanunvericiliyinin və Vergilər Nazirliyinin normativ sənədlərinin tələblərinə ciddi əməl edilməsi, həmçinin vergi ödəyicilərinin məmnunluğunun təmin edilməsi, bununla belə dövlət büdcəsinə vergiləri ödəməkdən yayınan vergi ödəyiciləri barədə Vergi Məcəlləsinə uyğun olaraq tədbirlərin görülməsi məqsədilə Şuranın qərarları Vergilər Nazirliyinin aidiyyəti struktur vahidlərinə və bölmələrinə mütəmadi olaraq göndərilir.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Apelyasiya

Bakı şəhərində 29.101 təsərrüfat subyekti dislokasiya olunub

posted in: Vergi, Xəbər | 0

Bakı şəhərində 29.101 təsərrüfat subyekti (obyekti) dislokasiya olunub

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin məlumatına görə, 2019-cu ilin əvvəlindən paytaxt ərazisində dislokasiya olunmuş 29.101 təsərrüfat subyektinin (obyektinin) 24 faizində nöqsan aşkar edilib.

Nöqsanların əksəriyyəti VÖEN-i olan hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında qeydiyyata alınmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş fiziki şəxslərdən 746-nın VÖEN qeydiyyatı aparılıb və uçot vahidləri bərpa edilib, uçotsuz təsərrüfat subyektlərindən (obyektlərdən) 2.532-sinin qeydiyyata alınması təmin edilib. Baza məlumatları üzrə fəaliyyəti dayandırılmış, lakin faktiki fəaliyyət göstərdiyi müəyyən edilən 2.127 vergi ödəyicisinin 19 faizinin fəaliyyəti aktivləşdirilib, 1.156 obyektdə NKA, 1.201 obyektdə POS-terminal quraşdırılıb.


Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin gördüyü işlər nəticəsində
3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb


Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmasının qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini də gücləndirib. Departamentin gördüyü işlər nəticəsində 3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb. Həmin vergi ödəyiciləri 2019-cu ilin mart-aprel ayları ərzində məcburi dövlət sosial sığortası üzrə 686,8 min manat ödəniş ediblər ki, bu da cari ilin yanvar-fevral ayları üzrə ödənilmiş məbləğdən 1,8 dəfə çoxdur.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsinə baxmayaraq, Bakı şəhəri ərazisində departamentdə qeydiyyatda olan vergi ödəyiciləri üzrə büdcə daxilolmalarında bu vergi növündə əhəmiyyətli artım qeydə alınıb.

Cari ilin mart-may ayları ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox, yəni 4.378 min manat məbləğində vergilər dövlət büdcəsinə ödənilib. 2019-cu ilin mart-may ayları üzrə məcburi dövlət sosial sığortası üzrə 5.182,6 min manat, işsizlikdən sığorta üzrə 279,9 min manat dövlət büdcəsinə daxil olub ki, bu da yanvar-fevral aylarındakı göstəricilərdən, müvafiq olaraq, 1,22 dəfə və 1,76 dəfə çoxdur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aksizli mallar üzrə vergi daxilolmalarında yüksək dinamika müşahidə olunur

posted in: Vergi, Xəbər | 0

Nazirlik: Aksizli mallar üzrə vergi daxilolmalarında yüksək dinamika müşahidə olunur

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər, bütövlükdə, fiskallaşma istiqamətində görülən işlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, aksizli məhsulların istehsal həcmində və aksiz məbləğində yüksək artım templəri istehsalın və dövriyyələrin şəffaflaşmasına, vergidən yayınmanın miqyasının azalmasına dəlalət edir.

2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7%, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.

Cari ilin 5 ayında ötən ilin 5 ayı ilə müqayisədə, tütün məmulatlarının istehsalçıları üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4%, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb. Bu sektorda artımlar əsasən yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub.

Tütün məmulatlarının istehsalçıları üzrə vergi ödəmələrinin artımına təsir edən amillərdən biri də aksiz məbləğinin artırılması ilə əlaqədardır. Bu amil nəzərə alınmadan tütün məmulatları üzrə aksiz məbləğində artım 12,5% təşkil edir.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Aksizli mallar
Vergi daxilolmaları