» » » Bakı şəhərində 29.101 təsərrüfat subyekti dislokasiya olunub

Bakı şəhərində 29.101 təsərrüfat subyekti dislokasiya olunub

posted in: Vergi, Xəbər | 0

Bakı şəhərində 29.101 təsərrüfat subyekti (obyekti) dislokasiya olunub

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin məlumatına görə, 2019-cu ilin əvvəlindən paytaxt ərazisində dislokasiya olunmuş 29.101 təsərrüfat subyektinin (obyektinin) 24 faizində nöqsan aşkar edilib.

Nöqsanların əksəriyyəti VÖEN-i olan hüquqi və fiziki şəxslərin təsərrüfat subyektlərinin (obyektlərinin) vergi orqanında qeydiyyata alınmadan fəaliyyət göstərməsi ilə bağlıdır. Uçota alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmiş fiziki şəxslərdən 746-nın VÖEN qeydiyyatı aparılıb və uçot vahidləri bərpa edilib, uçotsuz təsərrüfat subyektlərindən (obyektlərdən) 2.532-sinin qeydiyyata alınması təmin edilib. Baza məlumatları üzrə fəaliyyəti dayandırılmış, lakin faktiki fəaliyyət göstərdiyi müəyyən edilən 2.127 vergi ödəyicisinin 19 faizinin fəaliyyəti aktivləşdirilib, 1.156 obyektdə NKA, 1.201 obyektdə POS-terminal quraşdırılıb.


Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin gördüyü işlər nəticəsində
3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə
cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb


Vergilər Nazirliyi şəffaflaşma səviyyəsi aşağı olan sahələrdə əmək münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb olunmasının qarşısının alınması, əməkhaqqının məbləğinin real bəyan edilməsi istiqamətində monitorinq və nəzarət tədbirlərini də gücləndirib. Departamentin gördüyü işlər nəticəsində 3.557 vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 11.710 işçi ilə əmək müqaviləsi bağlanılıb. Həmin vergi ödəyiciləri 2019-cu ilin mart-aprel ayları ərzində məcburi dövlət sosial sığortası üzrə 686,8 min manat ödəniş ediblər ki, bu da cari ilin yanvar-fevral ayları üzrə ödənilmiş məbləğdən 1,8 dəfə çoxdur.

Sadələşdirilmiş verginin dərəcəsinin 4 faizdən 2 faizə endirilməsinə baxmayaraq, Bakı şəhəri ərazisində departamentdə qeydiyyatda olan vergi ödəyiciləri üzrə büdcə daxilolmalarında bu vergi növündə əhəmiyyətli artım qeydə alınıb.

Cari ilin mart-may ayları ərzində 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 dəfə çox, yəni 4.378 min manat məbləğində vergilər dövlət büdcəsinə ödənilib. 2019-cu ilin mart-may ayları üzrə məcburi dövlət sosial sığortası üzrə 5.182,6 min manat, işsizlikdən sığorta üzrə 279,9 min manat dövlət büdcəsinə daxil olub ki, bu da yanvar-fevral aylarındakı göstəricilərdən, müvafiq olaraq, 1,22 dəfə və 1,76 dəfə çoxdur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.