1700 əmək haqqı ilə Baş Mühasib axtarılır

Baş mühasib vakansiyaVakansiya: Baş Mühasib / İşəgötürən: Beta Azerbaijan

Əmək Haqqı: 1500 – 1700 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 25 – 55 yaş
  • Cins: Qadın
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (012) 408-66-95
  • E-mail: post@beta.azinfo@finstaff.az

Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – şənbə, 08:30-dan 18:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən verilir

Baş Mühasib üçün tələblər

– Qadın namizəd
– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– www.e-gov.az, www.e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı
– Vergi, əmək qanunvericilikləri üzrə biliklərə sahib olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı
– Balansın çıxarılması üzrə biliklərə sahib olmalı

CV-lərinizi foto ilə birlikdə post@beta.azinfo@finstaff.az ünvanına “Baş mühasib” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
vakansiya 
baş mühasib

Azərbaycanda orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Azərbaycanda orta aylıq əmək haqqı 584 manata çatıb

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq 1590,7 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunun 898 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 692,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 21,0%-i təhsil, 18,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,4%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 12,3%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

2019-cu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9% artaraq 583,7 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
orta aylıq əmək haqqı

Viza rəsmiləşdirməsi üçün dövlət rüsumlarından biri ləğv olunur

posted in: Xəbər | 0

Viza rəsmiləşdirməsi üçün dövlət rüsumlarından biri ləğv olunur

Milli Məclisin plenar iclasında “Dövlət rüsumu haqqında” Qanuna dəyişiklik edilməsinə dair layihə müzakirəyə çıxarılıb.

Qanun layihəsində Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun ləğv edilməsi təklif olunur. Layihə ikinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Xatırladaq ki, indiyədək xarici ölkələrin səfirliklərinə və konsulluqlarına vizanın rəsmiləşdirilməsi üçün notanın verilməsinə görə dövlət rüsumunun məbləği 4 manat təşkil edirdi.

Mənbə: vergiler.az

Həmçinin bax: Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
viza 
dövlət rüsumu

Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib

posted in: Xəbər | 0

Azərbaycanda elektron pul kisəsi istifadəyə verilib

elektron pul kisəsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC və Məlumat Hesablama Mərkəzi arasında imzalanmış “Birgə Fəaliyyət Haqqında” müqaviləyə əsasən Azərbaycanda “PostPay” adlı yeni elektron pul kisəsi istifadəyə verilib. Yeni sistemin fiziki və virtual daşıyıcılara yerləşdirilməsi, ödəniş sisteminin və istifadəçilər üçün təhlükəsizlik tədbirlərinin aparılması, həmçinin sonrakı mərhələdə texniki dəstəyin göstərilməsi məsələləri razılaşdırılıb.

MHM-dən bildirlib ki, “PostPay” layihəsinin “Azərpoçt”la birgə həyata keçirilməsi bu brendin əhatə dairəsinin sürətlə genişlənməsinə imkan yaradacaq. Belə ki, ölkənin bütün bölgələrində, ucqar kəndlərində mövcud olan poçt məntəqələri “PostPay”i vətəndaşlar üçün daha da əlçatan edəcək. Həmçinin, “Azərpoçt”da aparılan nağd əməliyyatların da bundan sonra “PostPay” üzərindən həyata keçiriləcəyi gözlənilir.

“Postpay” elektron pul kisəsinin “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiqi də vətəndaşların istifadəsinə verilib. Bu tətbiqi “PlayStore”dan yükləmək olar. “PostPay”in əsas menyusu “Balansın artırılması”, “Nağdlaşdırma”, “Pul köçürmələri”, “Ödəmələr”, “Mal və xidmətlərin dəyərinin ödənişi (dinamik QR kod)” və “Balans” bölmələrindən ibarətdir. Ondan istifadə son dərəcə sadədir.

“PostPay”istifadəçiləri balanslarını ödəmə terminalları, bank kartları, digər elektron pul kisələri və poçt şöbələri vasitəsilə artıra bilərlər

“PostPay”in digər elektron pul kisələrindən əsaslı fərqi poçt filialları və məntəqələrində həm balans artırma, həm də nağdlaşdırma əməliyyatlarının həyata keçirmək imkanını istifadəçilərinə təqdim etməsidir. Poçt vasitəsi ilə balansı artırmaq üçün istifadəçi “Azərpoçt”un filialına yaxınlaşmalı və əməliyyatçıya “PostPay” hesab nömrəsini təqdim etməlidir. Nağdlaşdırma etmək üçün isə istifadəçi əvvəlcə hesab nömrəsini və istədiyi məbləği əməliyyatçıya təqdim edir. Əməliyatçı proqram təminatı vasitəsi ilə hesabı yoxlayır və PİN kodu tələb edir. Təqdim edilən kod doğru olarsa əməliyyat uğurla həyata keçirilir və istifadəçiyə uğurlu əməliyyat haqqında bildiriş göndərilərək vəsait ödənilir.

“PostPay” vasitəsilə digər “PostPay” istifadəçisinə, başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, poçt şöbəsində təqdim olunan kod qarşılığında, eləcə də beynəlxalq pul köçürmə sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmələri həyata keçirmək mümkündür.

“PostPay” istifadəçiləri ödəmələr bölməsində geniş xidmətlər siyahısına malikdirlər. Belə ki, mobil operatorlara ödənişlər, komunal xidmət haqları, gömrük rüsumları və s. bir sıra bu tip ödəmələri təhlükəsiz və rahat şəkildə həyata keçirə biləcəklər.

“PostPay”, istifadəçilərinin rahatlığını, həmçinin müasir ödəmə funksiyalarından istifadəni təmin etmək məqsədilə QR kodla ödəmə imkanını da yaradır. Belə ki, mağazalarda və ya xarici internet saytlarında alış veriş edən “PostPay” istifadəçisi tətbiqdən QR kod vasitəsilə ödəmə funksiyasını seçərək ödəmələrini həyata keçirə bilər.

“PostPay” istifadəçiləri bu bölmə vasitəsilə istədikləri zaman hesab qalığı, hesabdan çıxarış, link edilmiş kartların qalığı ilə tanış ola, qruplaşdırılmış analiz çıxarışlarını əldə edə bilər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
elektron pul kisəsi