İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi

posted in: Xəbər | 0

“İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin keçirilən iclasında “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edilib.

Qanunla İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsinin gəlirləri və xərcləri artırılır.

Belə ki, fondun cari ilin büdcəsinin gəlirləri və xərcləri artırılaraq 98 451 400 manata çatdırılır.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
İşsizlikdən Sığorta Fondu

Mühasib tələb olunur

vakansiya MühasibVakansiya: Mühasib

İşəgötürən: Marine Technical Solutions QSC

Vakansiya barədə məlumat

– Müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil edilməsi;
Dövlət büdcəsinə ödənişlərin hesablanması və ödənişi, Dövlət Sosial Müdafiə Fonduna sosial ayırmaların hesablanmasını təmin edilməsi;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
– Anbar proqram təminatına materialların mədaxil və məxaric edilməsi
– Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparılması;
– Hesabat-uçot işlərinin müasir avtomatlaşdırılma vasitələrindən istifadə edərək qurulmasında birbaşa iştirak etmək
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirakı.
– Online bank ödəniş tapşırıqlarının hazırlanması və nəzarəti.

Mühasib üçün tələblər

– Ali təhsilli
– Rəsmi bütün hesabatları vermək qaydalarını bilməli və bu sahədə təcrübəsi olmalı
– Müvafiq sahədə ən az 3 illik təcrübəsi olmalı.
– Mühasibatlıqla bağlı mükəmməl qanunvericilik bilikləri olmalı
– Microsoft office programlarında (əsasən excel) əla səviyyədə işləyə bilməli
– 1C 7.7 də işləməyi bacaran

İş şəraiti

– 09:00-dan 18:00-a qədər iş vaxtı
– 13:00-dan 14:00-a qədər nahar fasiləsi
– Nahar şirkət tərəfindən verilir.
– Şənbə, bazar istirahət günləri.

CV-lərinizi “Mühasib” başlığı ilə və əmək haqqı gözləntinizi də qeyd edərək k.aghasanli@marinets.az / info@finstaff.az elektron ünvanına göndərə bilərsiniz.

Mənbə: jobsearch.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vakansiya
Mühasib

Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar

Əmək müqaviləsi bağlandığı halda işçinin əldə etdiyi hüquqlar

əmək müqaviləsi

Minimum əmək haqqı almaq hüququ:

İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ əldə edir.

8 saatlıq iş hüququ

İşçi işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq hüququ əldə edir. Bununla belə, işçi müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq və qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir.

Əmək məzuniyyətindən istifadə hüququ

Əmək müqaviləsi ilə işləyən işçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, sosial məzuniyyət, təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti, ödənişsiz məzuniyyət hüququna malikdirlər. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.

Peşə-əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta hüququ

İş vaxtı işçi peşə əmək qabiliyyətini, sağlamlığını itirərsə, eləcə də işəgötürənin təqsirli hərəkətləri nəticəsində işçiyə maddi, ya da mənəvi ziyan dəyərsə, işəgötürən qanunvericiliyə müvafiq qaydada məsuliyyət daşıyır və işçiyə dəymiş zərərin əvəzini tam şəkildə ödəmək işəgötürənin vəzifəsidir.

 Xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə alınması hüququ

İşçi xəstələndikdə və ya işdən çıxdıqda o tam həcmdə xəstəlik və işdənçıxma müavinətini əldə etmə hüququ əldə edir.

 Gələcəkdə layiqli əmək pensiyasının alınması imkanı

Əmək müqaviləsi ilə çalışan işçi əmək stajına uyğun olaraq gələcəkdə layiqli pensiya təminatı hüququ əldə edəcəkdir.

İpoteka və digər kreditləri almaq imkanı

Banklar tərəfindən istehlak və ya ipoteka kreditlərin verilməsi zamanı işçiyə veriləcək krediti qaytarmaq qabiliyyəti araşdırılarkən kredit istəyən şəxsin rəsmi qaydada təsdiqlənmiş gəlirləri nəzərə alınır və bu baxımdan da əmək münasibətlərini əmək müqaviləsi ilə rəsmiləşdirən şəxslərin istənilən krediti almaq imkanları daha genişdir. Bununla belə işçi mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq imkanı da əldə edir.

Məhkəmədə hüquqların müdafiəsi

Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və müdafiə olunmaq hüququna malikdir. Qeyd edilənlər nəzərə alaraq işçi işəgötürənlə əmək müqaviləsi bağlamaqla və bunu işəgötürəndən tələb etməklə gələcəyini indidən düşünmüş olur.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Əmək müqaviləsi

Qaimə-fakturalarla rəsmiləşdirilmiş dövriyyələrin sektorlar üzrə bölgüsü

posted in: Xəbər | 0

Qaimə-fakturalar ilə rəsmiləşdirilmiş dövriyyələrin sektorlar üzrə bölgüsü

2019-cu ilin yanvar-may ayları üzrə elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmində artım qeydə alınıb. Ötən ilin ilk 5 ayında qeyri-neft sektorunun dövriyyəsində elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin ümumi həcmi 59,5 faiz təşkil etdiyi halda, bu ilin eyni dövründə həmin göstərici 65,7 faizə yüksəlib.

Qeyri-neft sektorunun ayrı-ayrı sahələri arasında bu sırada birinci yeri tikinti tutur. Belə ki, cari ilin ilk 5 ayı ərzində tikinti sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmi 91,4 faiz artıb. İkinci yeri 82,1 faizlə kənd təsərrüfatı, üçüncü yeri 80,4 faizlə sənaye, dördüncü yeri 69,5 faizlə xidmət, beşinci yeri isə 58,4 faizlə ticarət sektoru tutur. Hesabat dövründə rabitə sektorunda elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmində 50,9 faiz, nəqliyyatda 43,8 faiz, bank və sığortada 34,6 faiz artım qeydə alınıb.

Xatırladaq ki, elektron qaimə-fakturaların tətbiqi 2017-ci il aprelin 1-dən əlavə dəyər vergisinin ödəyiciləri, 2018-ci il yanvarın 1-dən isə digər vergi ödəyiciləri üçün imperativ xarakter daşıyır. Rəsmi statistikadan da göründüyü kimi, bu il elektron qaimə-fakturaların tətbiqi səviyyəsində ayrı-ayrı sektorlar üzrə müsbət irəliləyişlər müşahidə olunur.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qaimə-fakturalar