Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə artıb

posted in: Xəbər | 0

Vergilər Nazirliyi: Qeyri-neft sektoru üzrə dövriyyə 8% artıb

Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır. Bununla yanaşı, 2019-cu ilin yanvar-may aylarında qeyri-neft-qaz sektorunun dövriyyələrində, habelə əlavə dəyər vergisinə (ƏDV) cəlb olunan və elektron qaimə-fakturalarla rəsmiləşən dövriyyələrdə artım dinamikasının yüksəlməsi iqtisadiyyatda şəffaflaşma proseslərinin sürətlənməsini təsdiq edir.

2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə dövriyyələr 8% artıb. ƏDV dövriyyəsində artım isə 9,6% təşkil edir. Ticarət və ictimai iaşə sektoru daha yüksək artım göstəriciləri nümayiş etdirir. Topdansatış ticarət sektorunda dövriyyə 18,4%, o cümlədən ƏDV dövriyyəsi 24,6% artıb. Pərakəndə ticarət sektorunda dövriyyə daha yüksək templə – 37,3%, o cümlədən ƏDV dövriyyəsi 38,2% artıb. İctimai iaşənin dövriyyəsində isə artım 20,6% təşkil edir.

Şəffaflaşmanı əks etdirən daha bir mühüm indikator e-qaimə ilə rəsmiləşən dövriyyələrin artımıdır. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5%-dən 65,7%-ə yüksəlib.

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3%-i ticarət və sənayenin payına düşüb. Bu sektorda dövriyyənin nominal artım tempinin ÜDM-in nominal artımı tempini üstələməsi, e-qaimə ilə rəsmiləşən dövriyyənin xüsusi çəkisinin artması gəlirlərin şəffaflaşması və əqdlərin sənədləşməsi səviyyəsinin yüksəlməsini göstərir ki, bu da “kölgə iqtisadiyyatı”nın həcminin azalmasına işarə edir.

2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3%, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7%, istehsalda isə 30,1% artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi ticarət dövriyyəsində xüsusi çəkisi 68,9%-dən 83,6%-ə, istehsalda isə 65,7%-dən 75,4%-ə yüksəlib.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7%-ə çatıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8%), ticarətdə (43,7%), rabitədə (24,2%), sənayedə (16,9%) və digər fəaliyyət sahələrində (29,9%) müşahidə olunur. Bütün fəaliyyət sahələrində elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisinin artması qeydə alınıb.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1% və 56,3% artmasıdır.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Qeyri-neft sektoru

Vakansiya: Auditor tələb olunur

Auditor vakansiyaVakansiya: Auditor / İşəgötürən: TuranBank

Əmək Haqqı: 800 – 1000 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 23 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR Department
  • Telefon: (012) 510-79-11
  • E-mail: mmusayev@turanbank.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

– Filiallarda kredit fəaliyyətinin qanunvericiliyə, normativ xarakterli aktlara uyğunluğunun qiymətləndirilməsi
– Audit yoxlaması çərçivəsində kredit dosyelərinin yoxlanılması
– Filialların kredit portfelini hesabatlar və kredit memorandumları əsasında təhlil etmək və şübhəli halları aşkar etmək
– Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək
– Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
– Bankın fəaliyyətinin daxili siyasət və qaydalara uyğunluğunun, eyni zamanda daxili sənədləşmələrin, biznes proseslərin düzgünlüyünün və effektivliyinin qiymətləndirilməsi
– Aparılmış əməliyyatların effektivliyinin, iqtisadi məqsədə uyğunluğunun, həmçinin əməliyyat, kredit və maliyyə sahələri üzrə nəzarətliliyin adekvatlığının qiymətləndirilməsi
– İş qrafiki: 09:00-dan 18:00-dək

Auditor üçün tələblər

– Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır)
– Bankda mikro və biznes kreditləri üzrə minimum 2 illik iş təcrübəsi
– MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər
– Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı
– Analitik düşünmə qabiliyyəti
– Bankın filiallarına ezamiyyətlərə gedə bilmək imkanı

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri artırıb

posted in: Xəbər | 0

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb

Dövlət Gömrük Komitəsi

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 303,3 min manat və yaxud  13,05% çoxdur.
DGK-dən verilən məlumata görə, hesabat ayında büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 325,4 min manat və yaxud 13,2% artaraq 80 019,1 min manat olub.
Həmçinin ƏDV üzrə daxilolmaları 25 369,2 min manat və yaxud 12,5% artaraq 227 727,6 min manat, aksizlər üzrə daxilolmalar 3 263,5 min manat və yaxud 18,8% artaraq 20 593,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 345,2 min manat və yaxud  11,6% artaraq 3 323,1 min manat təşkil edib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Dövlət Gömrük Komitəsi

Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılır

posted in: Tibb, Xəbər | 0

Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək

İcbari Tibbi sığorta

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İyulun 5-də imzalanmış sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Sərəncamla Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb.

Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər. Naxçıvan Muxtar Respublikasının Maliyyə, Səhiyyə və Vergilər nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə pilot şəklində 2016-cı ildən başlanılıb. Hazırda pilot layihə Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunur.

Layihənin icra olunduğu ərazilərdə rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilir. Gələcəkdə icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiqi planlaşdırılır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.