» » » Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılır

Daha bir rayonda icbari tibbi sığortanın tətbiqinə başlanılır

posted in: Tibb, Xəbər | 0
birbank biznes

Daha bir rayonda icbari tibbi sığorta tətbiq ediləcək

İcbari Tibbi sığorta

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

İyulun 5-də imzalanmış sərəncam Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədi daşıyır.

Sərəncamla Kəngərli Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə publik hüquqi şəxsin nizamnaməsini təsdiqləmək və icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2019-cu il avqustun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etmək, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il avqustun 1-dən 50 faiz artırılmasını təmin etmək tapşırılıb.

Eyni zamanda bütün mərkəzi icra hakimiyyəti orqanlarına, aidiyyəti dövlət qurumlarına, Kəngərli Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, bu sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə zəruri köməklik göstərilməsini təmin etsinlər. Naxçıvan Muxtar Respublikasının Maliyyə, Səhiyyə və Vergilər nazirliklərinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə pilot şəklində 2016-cı ildən başlanılıb. Hazırda pilot layihə Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunur.

Layihənin icra olunduğu ərazilərdə rəsmi qeydiyyatda olan bütün vətəndaşlar və bu ərazilərdə məskunlaşmış məcburi köçkünlər icbari tibbi sığortadan faydalanmaq hüququna malikdirlər. Pilot layihə 1829 tibbi xidməti əhatə edən baza zərfi əsasında həyata keçirilir. Gələcəkdə icbari tibbi sığortanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiqi planlaşdırılır.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.