Aktivlərin təqdim edilməsi ƏDV-yə necə cəlb olunur?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Bank aktivlərinin ƏDV-yə cəlb olunması.

aktivlərin təqdim edilməsi ƏDV

Sual:

Ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi ƏDV-yə necə cəlb olunur?

Cavab:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi – 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdir.

Əsas:

Vergi Məcəlləsi, 164.1.36-cı maddə


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ƏDV

Şirkətin qeyri-neft sektoruna aid olmağı barədə məlumat

posted in: sual-cavab, Xəbər | 0

İşlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı barədə məlumatı necə əldə edə bilərəm?

Sual:

İşlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı və yaxud olmamağı barədə məlumatı haradan və necə əldə edə bilərəm?

Cavab:

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 Saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarına əsasən Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri, eyni zamanda onlara xidmət göstərən xarici və yerli subpodratçılar neft-qaz sahəsində fəaliyyət hesab olunur.

Mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət meyarına aid olunur.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 101.1-ci maddədə qeyd olunan qaydada, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə vergi hesablanır. Mövcud qanunvericiliyə əsasən vergi ödəyicilərinin hansı meyarlara aid edildiyi barədə məlumatın vergi orqanı tərəfindən açıqlanması nəzərdə tutulmamışdır.

Əsas:

Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qeyri-neft sektoru

Çin Xalq Respublikasının vergi sistemi haqqında (4-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

ÇXR vergi sistemiÇin Xalq Respublikasının vergi sistemi haqqında

4-cü hissə (3-cü hissəni buradan oxuya bilərsiniz)

Maraqlı olacağını nəzərə alıb, bu dəfə müxtəlif ölkələrin vergiləri barədə oxuculara bir qədər geniş məlumat verəcəyik.  Beləliklə, bu dəfəki yazıda Çin Xalq Respublikasının (ÇXR) vergi sistemi haqqında danışacağıq.

Resurs vergisi

Bu vergi növü ÇXR-də faydalı qazıntılar (Çinin dəniz əraziləri də daxil olmaqla) istehsalı ilə məşğul olan təşkilatlar və fiziki şəxslər tərəfindən ödənilir.

Hüquqların keçməsinə görə vergi

Bu vergi torpaq sahələri və ya bina, tikili, qurğu, otaqlardan istifadəyə görə mülkiyyət  hüququ qazanmış şəxslər tərəfindən ödənilir. Hüquqların keçməsinə görə vergi dərəcəsi 3%-dən 5%-ə qədər təşkil edir.

Şəhər təmiri və tikintisinə görə vergi

Şəhər təmiri və tikintisinə görə vergi faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı tutulan vergilərin məbləğindən ödənilir. Vergi dərəcəsi vergi ödəyicisinin yerləşdiyi yerdən asılı olur  və şəhərlər və şəhər rayonlarında 7%, rayon mərkəzlərində və ya qəsəbələrdə 5%, kənd yerlərində isə 1% təşkil edir.

Tütün yarpağına görə vergi

Tütün yarpağına görə vergi tütün yarpağının alışı ilə məşğul olan şəxslər tərəfindən ödənilir. Bu zaman vergi dərəcəsi əldə olunmuş tütün yarpaqlarının qiymətinin 20% təşkil edir.

Gerb yığımı

Çində gerb yığımı müqavilələr bağlanılarkən və dövlət orqanları tərəfindən şəhadətnamə, vəsiqə və digər sənədlərin verilməsi zamanı toplanılır. Yığım stavkası sənədin növündən və ya müqavilənin xarakterindən asılı olur.

Kənd təsərrüfatı torpaqlarına görə yığım

Kənd təsərrüfatı torpaqlarına görə yığım həmin torpaqların tikinti təyinatı ilə istifadəsi zamanı toplanır. Onun stavkası həmin regionda torpaq resurslarının orta təminatından asılı olaraq hər kv metrə görə 5 yuandan 50 yuanadək təşkil edir.

Təhsilə görə əlavə yığım

Təhsilə görə əlavə yığım faktiki ödənilmiş ƏDV, istehlak vergisi və sahibkarlıq fəaliyyəti ilə bağlı ödənilən vergilərin məbləğindən ödənilir. Bu zaman ümumdövlət əlavə yığımı 3%, yerli yığım isə 2% təşkil edir.

İndi isə Çin Xalq Respublikasında hazırda mövcud olan əməkhaqqı ilə bağlı məlumatı da diqqətinizə çatdıraq. 

2003-cü ildə bu ölkədə ayda 300 ABŞ dolları ekvivalentində Çin yuanı əksər ailələr üçün qəbulolunan məbləğ hesab olunurdu. 2017-ci ildə orta aylıq əməkhaqqı 740 dollara çatıb. Beləliklə, ölkədə minimal maaşlar 325 dollar təşkil edir. Diplomlu mühasib Çində il ərzində 17 000 dollar pul qazana bilir.

Biznes və əcnəbi sərmayəçilər ilə iş təcrübəsi olan, beynəlxalq iqtisaditendensiyalar və maliyyə auditorluğu sahəsi üzrə analitiklər xüsusilə daha çox tələb olunurlar. Veb-saytların redaktorları ayda 2000 dollar əməkhaqqı alırlar.  Yüksək məvaciblər sırasında liderliyi isə heç şübhəsiz tərcüməçi peşəsi tutur. Əcnəbi sahibkarlarla əməkdaşlıq sahəsində çalışan sinxron-tərcüməçilərin aylıq məvacibi 3400 dollar təşkil edir. Beləliklə, 2018-ci ildə Çində müxtəlif sahələr üzrə aylıq maaşların həddi belə olacaq:

Maliyyə və mühasibatlıqda – 2700 ABŞ dolları; inteqrasiya olunmuş texnologiyalar sahəsində – 3500; elektro-energetika – 2920; elm və təhsil sahəsində – 3430; səhiyyədə – 2460; mədəniyyət və əyləncə sahəsində – 1300; topdansatış və pərakəndə ticarət – 1530; faydalı qazıntıların çıxarılması sahəsində – 4080; sosial sektorda – 1620; nəqliyyat xidmətində – 1306; daşınmaz əmlak səhəsi üzrə – 1089; tikintidə – 1780; sənaye istehsalı sahəsi – 2450; kənd təsərrüfatı sahəsində – 980; xidmət sahəsində – 1420; ictimai iaşə sahəsində – 2320 ABŞ dolları təşkil edəcək.


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
ÇXR

Dövlət Gömrük Komitəsi bu ilin I yarısında büdcəyə ödənişləri artırıb

posted in: Vergi, Xəbər | 0

Dövlət Gömrük Komitəsi (DGK) bu ilin I yarısında büdcəyə ödənişləri 28% artırıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsi (DGK) xətti ilə dövlət büdcəsinə 2  065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur.
DGK-dən verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71,79 mln. manat və yaxud 17,4% artaraq 483,958 mln. manat olub.
Həmçinin ƏDV üzrə daxilolmalar 309,939 mln. manat və yaxud 27,8% artaraq 1 424,239 mln. manat, aksizlər üzrə daxilolmalar 61,541 mln. manat və yaxud 81,8% artaraq 136,799 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 2,983 mln. manat və yaxud  16,75% artaraq 20,165 mln. manat təşkil edib.
Mənbə: report.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.