» » » Şirkətin qeyri-neft sektoruna aid olmağı barədə məlumat

Şirkətin qeyri-neft sektoruna aid olmağı barədə məlumat

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

İşlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı barədə məlumatı necə əldə edə bilərəm?

Sual:

İşlədiyim şirkətin qeyri-neft sektoruna aid olmağı və yaxud olmamağı barədə məlumatı haradan və necə əldə edə bilərəm?

Cavab:

“Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında 18 fevral 2019-cu il tarixli 56 Saylı Azərbaycan Respublikasının Nazirlər Kabineti Qərarına əsasən Dövlət Neft Şirkəti və onun strukturuna daxil olan müəssisələr, habelə hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər üzrə podratçılar və əməliyyat şirkətləri, eyni zamanda onlara xidmət göstərən xarici və yerli subpodratçılar neft-qaz sahəsində fəaliyyət hesab olunur.

Mövcud subpodratçılar üzrə – bu Meyarların 2.1.1-ci yarımbəndində göstərilən şəxslərə təqdim olunan mal, görülən iş və göstərilən xidmətlərə görə əvvəlki təqvim ili ərzində əldə olunan illik gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi məcmu illik gəlirlərin 50 faizindən çox olduğu təqdirdə neft-qaz sahəsində fəaliyyət meyarına aid olunur.

Qeyd olunan iş yerlərində çalışan şəxslərin əmək haqqından vergilər 101.1-ci maddədə qeyd olunan qaydada, 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə vergi hesablanır. Mövcud qanunvericiliyə əsasən vergi ödəyicilərinin hansı meyarlara aid edildiyi barədə məlumatın vergi orqanı tərəfindən açıqlanması nəzərdə tutulmamışdır.

Əsas:

Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

Mənbə: taxes.gov.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
qeyri-neft sektoru