Mühasib köməkçisi, operator tələb olunur

vakansiya Mühasib köməkçisi, operatorVakansiya: Mühasib köməkçisi, operator / İşəgötürən: AZM Trading MMC

Əmək Haqqı: 400 – 500 AZN

Ümumi məlumat

  • Kateqoriya: Maliyyə və Mühasibat
  • Alt kateqoriya: Mühasibat
  • Şəhər: Bakı
  • Yaş: 22 – 30 yaş
  • Cins: Fərqi yoxdur
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: HR
  • E-mail: hr@azmtrading.azinfo@finstaff.az
Vakansiya barədə məlumat

– Mühasibatlıq modulu üzrə (mədaxil, məxaric, anbar əməliyyatı) 1C əməliyyatlarının aparılması;
– Elektron qaimə-fakturaların və elektron vergi hesab-fakturalarının hazırlanması (Online kargüzarlıq üzrə işləmə bacarığı)
– İnternet vergi idarəsi ilə işləməli;
– 1C (8.3), BTP proqramında işləmək bacarığı;
– İş qrafiki: – Həftə içi 6 gün saat 08:00-18:00 –a dəkdir.
– Nahar şirkət hesabına verilir

Mühasib köməkçisi, operator üçün tələblər

– Riyazi analitik qabiliyyətə malik olmalıdır.
– Mühasibatlıq sahəsi üzrə 1 il iş təcrübəsi olmalı.
– MS Office proqramlarında sərbəst işləməli.
– Axşam servisi Maraqlanan namizədlər mövzu yerində “Mühasib köməkçisi, operator Edumap.az” yazmaqla öz CV-lərini

Mənbə: kadr.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvvəlki illərin DSMF hesabatı hara və necə təqdim edilməlidir?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Əvvəlki illərin DSMF hesabatı hara və necə təqdim edilməlidir?

Sual 1:
Hüquqi şəxs 2017-ci il və 2018-ci ilin I; II; III rübləri üzrə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə hesabatlarını DSMF orqanına vaxtında təqdim etməyib. Hal-hazırda həmin hesabatlar hansı orqana təqdim olunmalıdır – DSMF orqanına və ya vergi orqanına?
Sual 2:
Hesabatların vergi orqanına elektron şəkildə təqdim olunması imkanı olmadığı halda kağız variantında təqdim olunması mümkündür?
Cavab:
Bildiririk ki, sosial sığorta və işsizlikdən sığorta üzrə cari və keçmiş dövrlərə aid hesabatlar Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada, elektron və ya kağız formada Vergilər Nazirliyinə təqdim edilməlidir.
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Rüşvət tələb edən gömrük əməkdaşı işdən çıxarılıb

posted in: Xəbər | 0

Rüşvət tələb edən gömrük əməkdaşı işdən çıxarılıb

Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa edilib.

Komitədən verilən məlumata görə, DGK Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Gömrük prosedurları və ödənişləri şöbəsinin böyük inspektoru, gömrük xidməti polkovnik-leytenantı Namiq Firudin oğlu Əsədovun “Liebherr-Azeri LLC” MMC-nin ünvanına Almaniyadan daxil olan malların gömrük rəsmiləşdirilməsini prosesini qısa müddət ərzində yekunlaşdırmaq müqabilində şirkət nümayəndəsindən qeyri-qanuni olaraq 350 manat tələb etdiyi müəyyən edilib.

“O da məlum olub ki, Namiq Əsədov şirkət nümayəndəsinə tələb etdiyi qeyri-qanuni vəsaiti birbaşa deyil, broker şirkətlərində kompüter operatoru vəzifəsində çalışan şəxslər vasitəsilə çatdırmağı tapşırıb. Lakin Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində N.Əsədovun əməli ifşa edilib. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə N. Əsədov tutduğu vəzifədən azad edilib”, – deyə məlumatda bildirilir.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna göndərilib.

Mənbə: report.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

posted in: Vergi, Xidmət, Xəbər | 0

onlayXidmətin adı: Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması

Xidmətin göstərilməsi üçün tələb olunanlar

– “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə”

– Servis Texniki Xidmət Mərkəzinin (STXM) plombun zədələnməməsi barədə aktı (fiskal yaddaşın göstəricisi əks etdirilməklə)

– EMQ-nin və ya ENL-nin işlək vəziyyətdə olmasını təsdiq edən akt

– NKA-nın fiskal yaddaşının göstəricisi əks olunmuş çek (baş vermiş yanğın nəticəsində NKA yanarsa bu halda vergi ödəyicisi tərəfindən ərizə ilə birlikdə yanğın mühafizə şöbəsinin (bölməsinin) və STXM-in NKA-nın fiskal yaddaşının çıxarılmasının mümkünsüzlüyü barədə arayışı, NKA oğurlanarsa, itirilərsə isə –   ərizə ilə birlikdə müvafiq polis şöbəsinin(bölməsinin) arayışı vergi orqanına təqdim edilir)

Qeyd: sənədlərin tarixləri ərizənin təqdim edildiyi gündən ən çoxu 2 iş günü əvvələ ola bilər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər

– NK-nın  28.12.1995-ci il tarixli 266 nömrəli Qərarı

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə  xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və  uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin, BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti

– çatışmazlıqlar aşkar edilmədikdə 2 iş günü

– vergi borcu olduqda 20 gün

Xidmətin nəticəsində təqdim edilən sənədlər
– Nəzarət-kassa aparatının qeydiyyatdan çıxarılması barədə bildiriş və ya NKA-nın qeydiyyatdan çıxarılmasının təxirə salınması barədə məktub (e-qutuya  göndərilir)
Elektronlaşdırma səviyyəsi
Tam elektronlaşıb (bax 3.4-e nömrəli xidmətə)
Mənbə: taxes.gov.az

Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.